Datis və ya Datus – I Daranın hakimiyyəti dövründə Fars Əhəməni ordusunda xidmət etmiş maday sərkərdəsi. O, daha çox, Fars-Yunan müharibələrinin birinci kompaniyasında Artaferlə birgə fars ordusuna rəhbərlik etməsi ilə yadda qalmışdır.
Datis Naksos adasının mühasirəsinə cavabdeh olan ilk Əhəməni sərkərdəsi olmaqla yanaşı, e.ə. 490-cı ildə rəzil fars ordusuna rəhbərlik edərək Eretrianı fəth etmişdir. Həmin il yunanlara qarşı baş vermiş Marafon döyüşündə isə o, Əhəməni ordusunun hücumçu qüvvələrinə rəhbərlik etmişdir. Ktesi bildirir ki, Datis Marafon döyüşündə çətin hala düşərək afinalıların əlinə keçmişdir. Ancaq Herodot onun bu döyüşdən sağ çıxdığını qeyd etmişdir.
Əslində Datisin vəzifəsi Artaferlə birgə yunan ordusunun yürüşünün qarşısını almaq idi. Çünki, I Dara Trakiyaya hərbi səfər zamanı çox əziyyət çəkmiş Mardoniusun hərbi yükünü müvəqqəti olaraq bir az azaltmaq qərarına gəlmişdi.
Tarix: 27.01.2015 / 19:03 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Midiya