Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MidiyaPersia sərhəddində döyüş

Persia sərhəddində döyüş – maday və fars hərbi qüvvələri arasında ikinci qarşılaşma. Döyüş, Persia üçün ciddi qələbə sayılmasa da, cənub-qərbi Asiyada Mdiyanın hərbi təsirinin yox olmasına ciddi işarə olmuşdur. Bu döyüş I Kambizin şəxsən iştirak etdiyi ilk döyüş olmaqla yanaşı, həm də onun oğlu II Kirlə eyni cəbhədə – madaylara qarşı döyüşdüyü ilk döyüşdür. Farsların Persiaya müstəqillik qazandırmağı qarşılarına məqsəd qoyduqları bu döyüş madaylar və farslar arasında baş tutmuş ən ağır döyüş olmaqla iki gün davam etmişdir. Döyüş farsların cənuba doğru yürüşlərini genişləndirməyə imkan yaratmaqla yanaşı, madaylarla üçüncü toqquşma üçün də ruhlandırmışdır.

Döyüş əsasən Dəməşqli Nikolay tərəfindən işıqlandırılsa da, Hirbə döyüşündən bəhs Ardı »

MidiyaMidiya - Heykəltəraşlıq

Midiya heykəltəraşlığını öyrənmək üçün əsas mənbə qaya üstündə yaradılmış qabarıq təsvirlərdir. Belə qabarıq təsvirlər Midiya padşahlarının qaya sərdabələrində və Bisütun qayalarında da çapılmışdır.

Midiyanın qayalarda çapılmış sərdabələrinin ən qədimi Kirmanşahdan cənubda, Sakavənd yaxınlığındadır. Bu sərdabədə qayanın içində meyit qoymaq üçün bir taxça da qazılmışdır. Onun yuxarı hissəsində od qurbangahı, onun ətrafında isə bir böyük və iki kiçik qabarıq insan fiquru çapılmışdır. Təsvirlər kobud və qeyri-proporsionaldır. Onlar traktovkaları və hazırlanma texnologiyalarına görə Lulubi və Elam qabartılarını xatırladır. Həmin sərdabənin kimə məxsus olması isə mübahisəlidir.

Kirmanşahla Həmədan arasında, Səhnə deyilən yerdəki qaya sərdabəsi isə dörd divarla qapanmış yaşayış yerini xatırladır. Onun qapısının üstündə qanadlı günəş Ardı »

MidiyaMidiya Hökmdar sülaləsi - Tarixi

Manna ilə münasibətlər
E.ə. VII əsrin ortalarına doğru aşşurlular tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra Manna böyük dövlət kimi öz mövqeyini itirdi. Manna kimmerlər, skiflər və madalılarla mövcud olan ittifaqı sayəsində xeyli dərəcədə gücə və qüdrətə malik idi. Lakin əsrin 70-ci illərinin sonlarına doğru skiflərin bir qisminin xəyanəti nəticəsində bu ittifaq dağıldı. Partatua başda olmaqla aşşurluların tərəfinə keçmiş skiflərin bir qismi Assur hökmdarı Asarxaddona mannalara zərbə endirməkdə yardım etdi. İşpakay başda olmaqla skiflərin digər qismi isə mannalılarla ittifaq münasibətlərini davam etdirdi. Aşşur hökmdarı "Mannalılar ölkəsi əhalisini pərən-pərən saldım..., mannalıları xilas etməmiş skif, (onların) müttəfiqi İşpakanın qoşunlarını silahla qırdım" – deyə öyünürdü.

Artıq Aşşurbanipalın hakimiyyəti dövründə Ardı »

MidiyaMazares Herodotun "Tarix" əsərində

Herodotun qeydlərində Mazaresin II Kirə xidmət edən Midiya sərkərdəsi olması və Kiçik Asiyada üsyanı yatırarkən öldürülməsi göstərilir.

II Kirin e.ə. 539-cu ildə Lidiyanı fəth etməsindən sonra lidiyalılar rəsmən Paktias adlandırıldı və lidiyalılara, Kirin dövlət xəzinəsindən bəxşiş paylanılmaqla, onlardan və İoniya yunanlarından düzəldilmiş xüsusi ordu yaradıldı. Tabaluz Kirin Lidiyann paytaxtı Sard şəhərindəki satrapına qarşı üsyan etmiş, şah qvardiyasının da daxil olduğu fars ordusunu mühasirəyə almışdı.

Üsyan haqqında eşidən Kir, lidiyalıları cəzalandırmaq və Sard şəhərini yandıraraq yerlə-yeksan etmək üçün planlar hazırlamağa başladı. Məğlub olduqdan sonra II Kirin məhkəmə hakimlərindən biri təyin edilən keçmiş Lidiya kralı Kroesus isə heç bir zərər çəkmədən onun keçmiş krallığının ərazisindən Ardı »

MidiyaMadayların şəxs adları

Madayların şəxs adları – Madaylar arasında yayılmış şəxs adları.

Manna və Midiya dövlətləri yaranmazdan əvvəl onların ərazilərində xırda çarlıqlar mövcud idi. Eramızdan əvvəl IX əsrdən başlayaraq Assur çarlarının bu ölkələrə qarşı qarətçi hərbi səfərləri barədəki salnamələrində çoxlu şəxs adları qeyd olunmuşdur. Midiyalıların İrandilli olması konsepsiyasına uyğun olaraq bir sıra Qərbi Avropa və rus tarixçiləri bu adların əksəriyyətini İran dilləri vasitəsilə izah etməyə çalışmışlar. Lakin sonradan aparılan araşdırmalar Midiya adlarının əsasən türkmənşəli olduğunu göstərmişdir. Maraqlıdır ki, Manna və Midiya adlarının bir hissəsi Şumer dili əsasında izah olunur. Bu heç də həmin xalqların sonrakı şumerlər olduğu demək olmasa da bəzi şumer allahlarının adlarının mannalı Ardı »

MidiyaMandana Herodotun "Tarix"ində

Herodota görə Mandana Kiaksarın oğlu Astiaq və II Aliattın qızı Aryenisin qızıdır. Lakin, Kristian Settipani qeyd edir ki, o, Astiaqın qızı olsa da anası başqa olub.

Herodot qeyd edir ki, onun doğulmasından qısa müddət sonra Astiaq qəribə bir yuxu görür. Yuxuda görür ki, onun qızı o qədər işəyib ki, bütün Asiyanı su basıb. Maqlarla məsləhətləşərkən, onlar yuxunu yozaraq qeyd edirlər ki, gələcəkdə Mandananın oğlu onu hakimiyyətini devirəcək.

Baş verəcək hadisələri önləmək üçün, Astiaq Mandananı madayların vassalı olan farsların hökmdarı, "yaxşı və sadiq ailədən olan" I Kambizlə nişanladı və o, düşünürdü ki, bununla təhlükəni özündən sovuşdura bilər.

İkinci yuxunu isə o, Mandana hamilə olarkən görür. Ardı »

MidiyaPersia sərhəddində döyüş - Döyüş və Nəticə

Döyüş[redaktə]
"Beləcə döyüş başladı. Astiaq 20.000 cangüdənin mühafizəsi altında döyüşü seyr edirdi: fars ordusunun sağ cinahına Atradat (Herodot adı Mitridat olaraq qeyd edir. Dəməşqli Nikolay öz qeydlərində II Kirin atası I Kambizi səhvən Atradat adlandırır), sol cinahına isə Oebares baçşılıq edirdi. Ən cəsur döyüşçülər tərəfindən əhatə olunmuş Kir isə ordunun mərkəzində qərarlaşmışdı. Farslar qəhrəmanlıqla müdafiə olunur, maday əsgərlərini məhv edirdilər. Bu zaman Astiaq öz taxtından qışqırdı: "Bu zibil yeyənlər necə də qəhrəmanlıqla döyüşürlər!" Lakin farslar maday döyüşçülərnin yaxınlaşmasına belə macal vermədən uzaqdan onları zərərsizləşdirərərk müdafiə olunduqları şəhərə çəkildilər. Oebares və Kir qərara aldılar ki, qadınları və uşaqları yüksək dağlarla əhatə olunmuş Pasarqad Ardı »

MidiyaDeyok Herodotun qeydlərində

Herodot qeyd edir ki, Deyok hələ dövlətin əsası qoyulmamışdan əvvəl "böyük bacarığa və gücə malik olmuş" Fraortanın oğludur. Ona tabe olan insanlar, eləcə də qonşu kəndlərin əhalisi mübahisələr zamanı, onu həll etməsi üçün Deyoka müraciət edirdilər. Beləliklə onu öz hökmdarları seçərək dedilər ki, "bizim üçün elə qaydalar müəyyənləşdir ki, biz normal qaydaları olan dövlətdə yaşayaq və belə qarışıq bir vəziyyətdə öz evlərimizi tamamilə itirməyək." Onlar Deyokun rəhbərliyi altında özlərinə yaşayış evləri inşa etdilər və beləliklə sonralar böyük Midiya dövlətinin paytaxtı olmuş möhtəşəm Ekbatan şəhərinin əsası qoyuldu. O, tabelik haqqında ciddi müqavilə hazırladı və hər kəs həmin müqavilənin şərtlərinə tabe oldu. Deyok Ardı »