Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

EllərMükri eli

Soy-kökü[redaktə]
Soy-kökü haqqında müxtəlif mülahizələr var. Bəzi tarixçilər bu eli kürd, bəziləri isə türk kökənli sayırlar.

Monqol fütuhatı dönəmində Azərbaycana, İrana, Kiçik Asiyaya gələn uluslardan biri də Merkitlər idilər. Rojbəyani Mükri sözünü, Mekritdən gəlməsini söyləyib.

Mənbələr mukri(n) və ya muqri(n) tayfalarının avarların tərkibində Qafqaza axını haqqında məlumat verir.

Şərəfəddin Bedlisi, mükrilərin nəsəbin İraqın Şəhri Zur şəhərində yaşayan Mükriyyə qəbiləsinə yetirir. Ardı »

EllərQaradağlı eli - Məşhur simaları

Ənsar xəlifə Qaradağlı
Şahverdi xan Qaradağlı
Söhrab bəy Qaradağlı
Mürşüdqulu sultan Qaradağlı
Fərruxzad bəy Qaradağlı
Məhəmməd bəy Qaradağlı Ardı »

EllərVediyə qayıdış

Bundan sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunmuşdur.

Düşmənləri tərəfindən 1930-cu ilin fevral ayında öldürülmüşdür. Ardı »

EllərMəhəmmədxanlı eli

Tarixi[redaktə]
Bu elin mənsubları, Çələbiyanlı tayfasından ayrılmışdır. Kəndlərdə oturmadan başqa, şimaldakı Kəleybər dağlarını yaylaq, Araz çayı sahilini qışlaq olaraq istifadə edirlər. Hazırda oturaq həyata keçmişlər. Xudafərin bölgəsindəki sınır kəndlərində məskundurlar. Qışlaqları kəndi adlarıyla, yani Məhəmmədxanlı adı ilə anılmaqda və tanınmaqdadır. Keçmiş dönəmdə bu elin rəisliyini Rüstəm xan xanədanı mənsubları yürütməkdəydi. Rüstəm xanın oğlu Heydərqulu xan və Heydərqulunun oğlu Bağır xan zamanında el şöhrət qazanmışdır. Bağır xan, Lütfullah xan Şucaülməmalikin atasıdır.

Şucaülməmalik Məşrutənin ilk illəri və Azərbaycan inqılabı sırasındakı savaşda, Əmir Ərşad Hacıəliliyə yenildi və Rusiyaya qaçdı. Burada öldü. Şucaülməmalikin qızı Səkinə xanım ilə evli olan Abdulla xan Məhəmmədxanlı el rəisi oldu. Abdulla xan Ardı »

Ellərİrəvan xanlığının nüfuz sahibləri

Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun – Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Yaşadıqları İrəvan quberniyasının Vedibasar mahalında Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri – şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında İrəvana köçüblər.

Şadlıların adı İrəvanla bağlı mühüm tarixi hadisələrdə çəkilir. Məsələn, bu qədim tayfanın ağsaqqallarından olan Aslan Sultan Şadlinski 1806-cı ildə Vedibasarın rəisi olub. Rusiya-İran müharibəsinin getdiyi bir vaxtda Paskeviç Aslan Sultanla Ardı »

EllərŞadlinskilər

Soyun tarixi[redaktə]
Azərbaycanın tarixində dəyərli izlər qoymuş, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş əsilzadə nəsillərdən biri də Şadlinskilərdir. Mükəmməl bir şəcərəsi olan bu nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar verib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərlərinin fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək səhifələrlə zəngindir.

Bu səhifələri bir daha vərəqləmək, Şadlinskilərlə bağlı xatirələri qələmə almaqda Dövlət Tibb Universitetinin Anatomiya kafedrasının müdiri, professor Vaqif Şadlinski bizə yardımçı oldu. Ardı »

EllərZəngənə eli

Tarixi[redaktə]
Zəngənə eli əsasən Azərbaycanda və Kirmanşahda köç-düşlə məşğul olurdu.

Kökənləri haqda fərziyyələr[redaktə]
M.H.Vəliyevə görə zəngənə tayfası XIII əsrin ortalarında Elxanilər (Hülakülər) tərəfindən Türkmənistandan köçürülmüş türk tayfalarındandır. Ardı »

EllərDünbililər

Tarixi[redaktə]
Dünbili eli ilk olaraq XI əsrdə ərəb coğrafyaçıların Suriya ilə bağlı məlumatlarda adı çəkilir. Şərəfnamə bu eldən "Dunbuliye Boxti" (Botanlı Dünbililər) deyə bəhs edir. Şərəf xan Bidlisiyə görə Dünbililər sonradan Müsəlmanlaşmış Yezidilərdir, onun qeydinə görə Dünbili bəyləri Sökmənabad mahalını idarə edirdilər. Yenə bir ara Həkkari bəyliyini də Səfəvilərin yardımıyla ələ keçirmişldilər.

Şərəf xan, Dünbililəri Kurmanci ləhcəsində danışan əşirətlər arasında sayır. Hələ də Ərzurum, Urmiya və İraqdakı Dünbililər Kurmanci danıçırlar və bir bölümü Yezidilik inancına sahibdir. Salmas və Xoy bölgesinde yaşayanlar isə Minorskiyə görə XVIII əsrdə Azərbaycanlılaşıblar. Bu gün etibariyle sadəcə Azərbaycan dilində danışırlar.

Dünbili elinin nümayəndələri XVIII əsrdə Xoy xanlığı və Təbriz xanlığının Ardı »