Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmmədxanlı eli

Tarixi
Bu elin mənsubları, Çələbiyanlı tayfasından ayrılmışdır. Kəndlərdə oturmadan başqa, şimaldakı Kəleybər dağlarını yaylaq, Araz çayı sahilini qışlaq olaraq istifadə edirlər. Hazırda oturaq həyata keçmişlər. Xudafərin bölgəsindəki sınır kəndlərində məskundurlar. Qışlaqları kəndi adlarıyla, yani Məhəmmədxanlı adı ilə anılmaqda və tanınmaqdadır. Keçmiş dönəmdə bu elin rəisliyini Rüstəm xan xanədanı mənsubları yürütməkdəydi. Rüstəm xanın oğlu Heydərqulu xan və Heydərqulunun oğlu Bağır xan zamanında el şöhrət qazanmışdır. Bağır xan, Lütfullah xan Şucaülməmalikin atasıdır.

Şucaülməmalik Məşrutənin ilk illəri və Azərbaycan inqılabı sırasındakı savaşda, Əmir Ərşad Hacıəliliyə yenildi və Rusiyaya qaçdı. Burada öldü. Şucaülməmalikin qızı Səkinə xanım ilə evli olan Abdulla xan Məhəmmədxanlı el rəisi oldu. Abdulla xan Məhəmmədxanlı, Pişəvəri idarəsi dönəmində hökumət işçiləri tərəfindən Əhərdə öldürüldü.

Məhəmmədxanlı tayfası, Qaradağın tanınmış ellərindəndir. Son dönəmlərə qədər Əsədulla xan Məhəmmədxanlı və qardaşı, Məhəmmədxanlı tayfasından geriyə qalanların el başçısı olub.


Tarix: 21.01.2015 / 18:37 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Ellər
loading...