Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

EllərÜmranlı

Ümranlı (İmranlu, İmrənlu, İmranlı, Umranlu, Omranlu) (fars. عمرانلو‎)-Azərbaycan xalqının etnogenezində duran türk ellərindən biridir. Ümranlılar İranın Mazandaran və Gülüstan ostanlarında yaşayırlar. Ümranlılar Dağlıq Qarabağ və Cənubi Azərbaycanın Qaradağ vilayətindən bu məntəqələrə köçürülüblər. Ardı »

EllərAslan sultan Şadlı

Həyatı[redaktə]
Qraf Paskeviç şadlılar tayfasının rəhbəri, XX əsrin ikinci onilliyində Vedibasar mahalında erməni-daşnak işğalçılarına qarşı mübarizə aparmış xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin ulu babası Aslan sultan Binnətalı sultan oğlu ilə görüşmək təşəbbüsündə bulunur. "O (Paskeviç – Ə. Ç.) Vedibasarda məskunlaşan olduqca döyüşkən, əyilməz qarapapaqlar tayfası arasında Aslan sultanın böyük nüfuz sahibi olduğunu bilir, onun vasitəsilə qarapapaqları yola gətirmək istəyirdi".

Aslan sultan 200 şadlı və 10 qarapapaq ağsaqqalı ilə Eçmiyədzində Paskeviçlə görüşüb rusların təbəəliyini qəbul edir. Paskeviçin yazdığına görə bu qarapapaqların üzlərindən ruslara itaətdən çox etibarsızlıq açıq oxunurdu.

Aslan sultanın rus himayədarlığını qəbul etməsi müəyyən nəticələr verməyə başladı. V. Potto: "Şadlılardan 60 nəfər silahlarını atıb Ardı »