Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

EllərXançobanlı eli

Tarixi[redaktə]
Nadir şah Əfşarın yaratdığı imperiyanın dağılması ilə əlaqədar XVIII yüzilliyin ortalarında Köhnə Şamaxıda varlı ailədən olan Xançobanı tayfasının Sərkərlər nəslinin nümayəndəsi Allahverdi bəyin oğlanlarının, Yeni Şamaxıda isə Hacı Məhəmmədəlinin hakimiyyətə gəlməsi ilə ikihakimiyyətlilik əsasında Şirvanda müstəqil xanlıq yaranır. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, Şirvan xanları heç bir hakimə vergi ödəmirdilər. Bu isə Şirvan xanlığının müstəqil olaraq yaranmasına əsaslı sübut ola bilər. Sərkərlər nəsli, Şirvan xanlığının yaranmasında, həmçinin əvvəlki dövrlərdə də Şirvanda siyasi qüvvə kimi özünü göstərə bilmişdir.

1721-ci ildə Hacı Davud Şirvanda üsyan qaldırarkən Şirvanı ələ keçirir və burada böyük nüfuza malik olan Sərkərlərin nümayəndəsini öldürür. Çox güman ki, həmin nümayəndə Sərkərlər Ardı »

EllərŞadlinskilərin böyük şəcərəsi

Azərbaycan tarixində mühüm işləri ilə yadda qalan, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş tanınmış nəsillər olub. Həmin nəsilləri bu gün də insanlar böyük hörmət və ehtiramla xatırlayır. Belə əsilzadə nəsillərdən biri də Şadlinskilərdir. Mükəmməl bir şəcərəsi olan bu nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar verib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abbasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərlərinin fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək səhifələrlə zəngindir. Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun - Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Yaşadıqları Irəvan quberniyasının Vedibasar mahalında Ardı »

EllərZəngənə elinin məşhur nümayəndələri

Əlibala bəy Zəngənə — I Şah Abbas Səfəvinin cilovdarı.
Şeyxəli xan Zəngənə (?-1688)
Şahqulu xan Zəngənə (1707-1715)-ci illərdə, Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dönəmində Səfəvilər dövlətinin baş vəziri.
Hacı Hüseynəli xan Zəngənə— Şeyxəli xanın oğlu, sərkərdə.
Əbdülbaqi xan Zəngənə— Hacı Hüseynəli xanın oğlu, elxan.
Hüseynqulu xan Zəngənə — Hacı Hüseynəli xanın oğlu, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi.
İmamqulu xan Zəngənə — Məhəmmədrəhim bəy oğlu, Zəngənə elinin böyüklərindən, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi.
Allahqulu xan Zəngənə — Nadir şah Qırxlı-Avşarın sərkərdəsi, Kirmanşahın hakimi, (?-1785).
Murtuzaqulu bəy Zəngənə — Nadir şah Qırxlı-Avşarın sərkərdəsi.
Hacı Əli xan Zəngənə — Nadir şah Qırxlı-Avşarın sərkərdəsi, 1785-ci ildən sonra Kirmanşahın hakimi, Allahqulu xanın əmisi.
Məhəmməd xan Zəngənə — Fətəli Ardı »

EllərBıçaqçı eli

Tarixi[redaktə]
Azərbaycanımızın bağrından qopmuş və hal-hazırda İran adlanan ölkənin Kirman əyalətində yaşayan Oğuz boylarımızdan biri də Bıçaqçı elidir. Adın anlamını həm “bıçaq hazırlayanlar”, “bıçaq düzəldənlər”, həm də “bıçaq gəzdirənlər” mənasında “qəzəbli”, “qızğın” kimi izah edirlər, bu sonuncu daha ağlabatan sayılır.

Bıçaqçı elinin kökləri ilə bağlı çox-çox az məlumat var. Orta əsr səyyahı İbn Battuta (1304−1377) Anadoluda Sivas dolaylarında Əhməd Bıçaqçı adında bir əsilzadədən xəbər verir. Bundan başqa Bıçaqçı elinin içində Ərəşli/Ərəşlü tirəsinin olması Bıçaqçı boyunun bir zamanlar Avşarlarla bağlılığını göstərir, çünki, bilindiyi kimi Ərəşlilər tarixən Avşarlara aid bir tirə olmuşdur.

Bıçaqçı eli Birinci Dünya Savaşı dönəmində İranda Britaniyaya qarşı üsyanda, xüsusən “Sircan epizodu” olaraq Ardı »

EllərZülfüqar xan Qaramanlı

Həyatı[redaktə]
Zülfüqar xan Həsəm sultan oğlu qardaşının əksinə savaş mеydanlarını üstün tuturdu. Səfəvilərin tərkibində qalan Azərbaycan torpaqlarında 1593-cü ildə Ərdəbil mərkəz olmaqla, Azərbaycan bəylərbəyliyi yaradıldı və Zülfüqar xan Qaramanlı hakim təyin olundu. I Şah Abbas özü Qızılbaşlar ordusunun başında Osmanlılara qarşı vuruşurdu. Vuruşmaların birində şahın vəziyyəti ağırlaşır. Çoxsaylı Osmanlı ordusu onu möhkəm qısnayır. Еlə bu zaman toz-duman içində bir qoşun yaxınlaşır. Qaravul şaha xəbər gətirir ki, bəs arxadan yağı qoşunu hücuma kеçib. Şah gələn qoşunu gözdən kеçirib dеyir: -Gələn Həzrət Əlinin qoşunudur, önündə də Zülfüqarı.

Zülfüqar xan Qaramanlı böyük qoşunla yеtirib şahı qısqıdan xilas еdir.

Zülfüqar xan Qaramanlı Osmanlı sarayına еlçi gеtmişdi.

Zülfüqar xan sonra Ardı »

EllərŞeyxhasanlılar - Qolları

Şeyx Hasanlılar Ocaq (Manəvi Öndərlər) və el-əşirət olaraq iki bölümə ayrılılar. Şeyx Hasanlıların Ocaq mənsubları başta Şeyx Hasan kəndi olmaq üzərə Elazığ, Malatya, Tunceli, Ərzincan, Sivas, Tokat, Samsun kimi yerlərdə mövcudlardır. Əşirətləşmə isə Tuncelidə başlamış və zamanla Türkiyənin çeşidli bölgələrinə yayılmışdır. Şeyx Hasanlıların əşirət qolları

Şeyx Hasanlı qolu:
Abbasan (Abbasuşağı)
Karabalian (Karabaliuşağı)
Fərhadan (Fərhatuşağı)
Seyyid qolu:
Kalan (Kaluşağı)
Koçan (Koçuşağı)
Kəvan (Kavuşağı)
Və bu ana qolların özləri alt qolları da var. Hamısına birdən ümumi olaraq Şeyx Hasanlı adı verilir… Ardı »

EllərƏmirgunə xan Zəfəranlı

Həyatı[redaktə]
Əmirgunə xan Xorasan əyalətinin Xəbuşan vilayətinin Zəfəranlı elinin Həsənvənd obasında anadan olmuşdu.

Atasından sonra elbəyi təyin edilmişdi.

Əmirgunə xan Fətəli şah Qacarın hakimiyyətinin ilk illərində Xəbuşanın valisi idi. Ardı »

EllərAğacəri eli

Tarixçə[redaktə]
Beşinci əsrdə Ağacəri eli, Volqa çayının ətrafında və Qıpçaq düzənliklərində yaşayırdılar.Mahmud Qaşqarlı, Divani Lüğəti Türkdə onları 24 Oğuz Türk qəbilələrindən biri bildirib.Onlar, sonra İran, Anadolu və Qara dənizin şimalına köçüblər.İranda onlar Şərqi Azərbaycan, Zəncan, Həmədan və Xuzistan ostanlarında yaşayırlar.

“Ağacəri” adı (“ağac ərləri”, “orman insanları”) özü özlüyündə tarixi qədim olan bir etnonimdir. Türkiyə tarixçisi Zəki Vəlidi Toğanın yazdığına görə, 460-cı ildə Xəzər ölkəsində Azərbaycana Ağacəri adında bir boy gəlmişdir. Daha sonra, biz Ağacəri adına Anadolunun Maraş dağlarında Avşar və Bayatların qonşuluğunda rast gəlirik. 1246-cı ildə həmin bu Ağacərilər Elxanlı sərkərdəsi Baycu noyonla çarpışmışlar. Ağacərilərin başqa bir bölüyü isə uzun illər Ərdəbil yaxınlığındakı Ardı »