Ellər → Cəbrayıllı eli
Elin tarixi[redaktə]
Orta çağda Cəbrayıllı Əhmədli elinin oymaqlarından biri idi. Əhmədli eli Dizaq nahiyyəsində məskunlaşmışdı. 1588-ci ildə Osmanlıların Qarabağa yürüşü zamanı Əhmədli eli sünnü olmaq nədəniylə heç yana qaçmayaraq yurdunda qaldı. Dirəniş göstərmədən osmanlı ordusuna tabe oldu.I Şah Abbas Səfəvi 1606-cı ildə Qarabağı yenidən ələ keçirəndən sonra dönüklərə divan tutulmasını əmr etdi. Əhmədli elinin başçıları cəzalandı. Qorçubaşı Allahqulu bəy Qəpanaoğlu-Qacar dönükləri talan və tarac etdi. 1615-ci ildə elin Mazandarana sürülməsinə buyruq verildi. Sürgünə şahın iki adlı-sanlı ərkanı Lətifxan bəy davatdar Qacar və Isfəndiyar bəy Ərəbgirli-Şamlı başçılıq edirdi. Əhmədli elinin əsas hissəsi sürgün ediləndən sonra oymaqlardan bəziləri yayınıb əyləşdi. Köç-düşünə ara verərək əkin-biçinlə Ardı »