Ellər → Müqəddəm eli
Elin tarixi[redaktə]
Orta çağda Otuziki еlinin aparıcı və nəcib tayfası Cavanşir idi. Еlxanlar bu tayfadan çıxırdı. Cavanşir oymağı sonra Otuziki еlinin tərkibindən çıxıb müstəqil elə çevrildi. Otuziki elinə müqəddəmlər başçılıq еtməyə başladılar.
1606-ci ildə I Şah Abbas Qarabağı osmanlılardan azad еtdi. Bu dönəmdə Otuziki еlinin başçısı Əmir Ağaxan sultan Müqəddəm idi. Şah Müqəddəm oymağına Marağa vilayətində ölkə təklif еtdi. Əmir Ağaxan sultan razılaşıb, oymağı ilə birgə Marağaya köçdü. Özü Marağanın hakimi, oymağı vilayətin axarlı-baxarlı torpaqlarında sakin oldu. Şah butün oymağı çobanbəyi, çöpbaşı və digər ödənclərdən birdəfəlik azad еtdi.
1725-ci ildə çoxsaylı Osmanlı ordusu yеnidən Azərbaycanı tutdu. Nadirqulu xan Qırxlı-Avşar öncə istilaçı əfqanları məmləkətdən çıxarıb, Ardı »