Ellər → Çələbiyanlı eli
Tarixi[redaktə]
Çələbiyanlı eli orta çağda Osmanlı dövlətindən, Ərzirum yörəsindən gəlib, Qaradağda məskunlaşıb. Gələrkən elbəyisi Vəli ağa olub.
Çələbiyanlı eli Qaradağ vilayətinin Kərmədüz, Keyvan mahallarında yurd tutmuşdu.
Çələbiyanlı təbiri; bir ad, bir cəm şəkilçisi, bir də mənsubiyət şəkilçisindən ibarətdir. “Çələbi” adına, “yan” cəm şəkilçisi əlavə edilərək, “Çələbilər” anlamı qazandırılmış, sonuna da “lı” mənsubiyət şəkilçisi gətirilmişdir.
Çələbiyanlı elinin insanları, Arasbaran ellərinə görə daha az iskan olmuşdur. Çələbiyanlıların bir qolu da “İlyaskanlıyan/ İlyaskanlı+yan/ İlyaskanlılar” adı ilə də anılır. İlyaskanlular, daha çox sınır kəndlərinə yerləşmişdir. Yaylaqları Şiyur dağları, qışlaqları isə, Laricandan yuxarıya doğru Aras çayı kənarıdır.
Elin əski rəisi Hacı Əli xanın babası və Hacı Rəhim xanın ulu babası olan Ardı »