Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Mannalılar

Mannallılar – Azərbaycanda yaşayan yerli etnoslardan biri.

Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi. Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır. Ölkə orada yaşayan Manna etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumunun adıdır. Bu dövlət er. əv. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Ümumiyyətlə, qədim türk xalqlarının tarixində Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Tərəkəmələr

Tərəkəmələr və ya Qarapapaqlar — Azərbaycanlıların (Azərbaycan türklərinin) etnoqrafik qrupu.

Əvvəllər Sırdəryanın sağ sahilində yaşayıblar. Oğuz türkləri (tərəkəmələr) XI əsrdən başlayaraq, İran, Zaqafqaziya, Kiçik Asiya və Mesopotamiyaya yayılıblar. Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (ərəbcə "tərakimə" - türkmənlər) deyiblər. Tərəkəmələr Azərbaycan, Türkiyə və Gürcüstanda yaşayırlar. Azərbaycanda Kür-Araz ovalığında, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində yaşayan və icma halında yaylağa gedən tərəkəmələr həm də əkinçiliklə məşğul olurdular. Tərəkəmələrin qalan hissəsi aranda biçini qurtarıb, payız əkininə hazırlıq görürdülər. Onlar əsasən heyvandarlıq məhsulları (yağ, pendir, yun və s.) istehsal edir, bunları taxıl və sənətkarlıq məhsulları ilə dəyişirdilər. Xalçaçılıq, toxuculuq və s. də inkişaf etmişdi. "Tərəkəmə" Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Udilər Azərbaycanda

1989–cu il siyahıyaalınmasına görə Azərbaycanda 6.125 nəfər udi yaşayırdı. 27 yanvar-3 fevral 1999–cu ildə aparılmış siyahıyaalmaya əsasən Azərbaycan Resbublikasında 4.152 nəfər (Qəbələ rayonunda 3962 nəfər və Oğuz rayonunda 104 nəfər olmaqla) udin qeydə alınmışdır. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Alban Arşakiləri

Alban Arşakiləri – Qafqaz Albaniyasını Miladi tarixlə I əsrdən 510 – cu ildək idarə etmiş hökmdar sülaləsi.

Eramızın I əsrində hakimiyyətə gələn alban arşakiləri VI əsrə kimi – "alban mütləqiyyəti Sasanilər tərəfindən ləğv olunana və ölkə Sasani canişinlərinə verilənədək" davam gətirə bildilər. Moisey Kalankatlının təqdim etdiyi siyahıda arşakilər sülaləsindən olan on alban hökmdarının adı çəkilir: "Arandan arşakilərin böyük nəslindən olan Cəsur Vaçaqanadək ötən günlərin sayı məlum deyildir. Albaniyanı idarə edən hökmdarların adları sıra üzrə belədir: I Cəsur Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan". Siyahıdan aydın olur ki, Aran arşakilərdən olmayıb; görünür, Parfiya arşakilərinin Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Şamlı elinin tanınmış simaları

I Hüseyn bəy Şamlı, (?-1514), I Şah İsmayılın lələsi, vəkil, əmirəlüməra
Abdı bəy Şamlı (?-1524), Herat hakimi
Durmuş xan Şamlı (?-1525), Herat hakimi
I Zeynal xan Şamlı (?-1527), Herat hakimi
Dəmri sultan Şamlı, (?-1527),-Bəstamda özbəklərə qarşı vuruşmuşdu.
Hüseyn xan Şamlı (?-1534), Herat hakimi
Ağzivər sultan Şamlı, (?-1534)-Herat hakimi
Sultan Hüseyn xan Şamlı, (1524-1618)-Heratın hakimi
I Əliqulu xan Şamlı, (?-1581)-Sultan Hüseyn xanın oğlu, Durmuş xanın nəvəsi, II Şah İsmayıl Səfəvinin zamanında Heratın hakimi, Abbas mirzənin (I Şah Abbas Səfəvinin) lələsi, I Təhmasib Səfəvinin qızı ilə evlənmişdi.
Mirzə Vəli xəlifə Şamlı, (?-1581), (Məşhədin hakimi)
Hüseynqulu sultan Şamlı, (?-1581),I Şah Təhmasib Səfəvinin əmiri, Səbzivar vilayətinin hakimi.
Qorxmaz xan Şamlı, (?-?), Həmadan hakimi
Xəlifə sultan Şamlı, (?-1635), Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Mirzə Yəhya xan Qaragözlü

Həyatı[redaktə]
Mirzə Yəhya xan Qaragözlü Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı.

Mirzə Yəhya xan Qaragözlü Etimadəddövlə ləqəbini daşıyırdı.

Mirzə Yəhya xan Qaragözlü Rza şah Pəhləvinin hakimiyyəti dönəmində İranın mədəniyyət naziri olmuşdu.

Ailəsi[redaktə]
Əlirza xan Bəhaülmülkün qardaşı, Əbülqasim xan Nasirülmülkün bacısı oğlu idi. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Qaraqaşlılar

Tarixi[redaktə]
Qaraqşlılar qıpçaq əsilli tayfa hesab olunur. Azərbaycanda, Cənubi Sibirdə yaşayırlar. A. İ. Şifnerə və M.A. Kastrenə görə Sibir qaraqaşlıları qaş, sarıq qaş, toqdı, qara toqdı, mentey və başqa qollara ayrılırlar.


Azərbaycan qaraqaşlılarının şorbaçı adlı qolu vardı. Ardı »