Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Xəzərlər və Azərbaycan türkləri

Azərbaycan türklərinin etnogenezində və Azərbaycan dilinin (Azərbaycan türkcəsinin) formalaşmasında xəzərlərin böyük rolu olmuşdur. Təsadüfi deyil ki, dilçi Elbrus Əzizov müasir Azərbaycan dilinin bəzi dialektlərinin yaranmasını xəzərlərlə bağlamışdır. Eramızın ilk əsrlərindən başlayaraq xəzərlər Şimali Qafqazdan mütəmadi olaraq Qafqaz Albaniyası ərazisinə yürüşlər edirlər. VIII-IX əsrlərdə Xəzər-Ərəb müharibələrinin əksəriyyəti də məhz Azərbaycan ərazisində baş vermişdi. Bunların nəticəsində xəzərlərin bir hissəsi tədricən Azərbaycan ərazisində məskunlaşmışdır. Azərbaycanda Xəzərdağ (Füzuli rayonu), Xəzəryurd (Ordubad rayonu), Xəzər-yaylaq (Lerik rayonu) toponimləri xəzər etnonimini saxlamışdır. Qiyasəddin Qeybulayev qeyd edir ki, Azərbaycandakı Tərnəvit, Ulaşlı, Kəbirli, Qaraçorlu və b. toponimlər xəzərlərin tərnə, kulas, kəbər və karaçor tayfalarının məskunlaşdığı yerlərdir.

XX əsrin ortalarında xəzərlər haqqında Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Mirzə Cahangir xan Ziyai Yaradıcılığı

Mirzə Cahangir xan Ziyai yaradıcılıqla məşğul olmuşdu. Ziyai təxəllüsü ilə şeir yazırdı. Divanı var.

O, Əli ibn Əbutalibin vəsiyyətlərini fars dilində nəzmə çəkmişdir. Bu vəsiyyətnamə 1912-ci ildə İstanbulda, divanı isə şairin vəfatından sonra Tehranda çap olunmuşdur.

Divandan başqa, onun Siyasət namə, Həqiqət namə və Əli bin Əbutalibin oğlu Həsənə yazdığı vəsiyyətnaməsi şer şəklində yadigar galıbdır. İmam Hüseynə görədə bir oniki bəndli Möhtəşəm Kaşani üslubunda şeri var.[5]Ələsr surəsinin təfsirini farsca yazmışdır.[6]

O, Azərbaycan türkcəsindədə şerlər yazıbdır. onun o, şerləri başqa bir kitabda çap olmaq üçün divanının ikinci çapından ayrıldı amma bu iş olmadı.[7]

Mirzə Cahangir xan Ziyainın "Siyasətnamə" adlı əsəri 1909-cu ildə daşbasma üsulu ilə çap Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Mirzə Əli bəy Qarabaği

Həyatı[redaktə]
Mirzə Haqverdi bəyin ikinci оğlu Əli bəy Şuşa şəhərində anadan оlmuşdu. Ibtidai təhsilini atasından almışdı. Sоnra mükəmməl mədrəsə təhsili almışdı. Savadlı оlduğundan dоlayı mirzə adlanırdı. Mirzə Əli bəy Şuşa şəhərinin qazısı оlmuşdu. Şair idi. Xоştəb şeirlər yazırdı. Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab öz ünlü əsəri "Təzkireyi-Nəvvab"da yazırdı: "Mərhum Mirzə Əli Mirzə Haqverdi оğlu Qarabağ vilayətinin əhalisindəndir. Qarabağın Şuşa şəhərində birinci qazı оlmuşdur. Cənab xanlar xanı Mehdiqulu xan Ibrahim Xəlil xan Cavanşir оğlunun xanlığı zamanı sağ idi. 1255-ci ildə vəfat etmişdir (miladi 1839/1840-cı il). Tanınmış alim оlub, tibb elmində də məharəti var idi. Deyilənə görə, hərdəm şeir də demişdir. Belə ki, Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎A r a n

A r a n – I əsrin ortalarında Alban çarının adı. Türkcə erən, ərən – şücaətli, cəsur döyüşçü, mərd oğul, qoçaq, qüvvətli sözündəndir. Qeyd etmək lazımdır ki, ərən – döyüşçü sözü hələ er. əv. III minillikdə şumer dilində vardı. III əsrdə hun xaqanlarından Eran (bu ad V əsrə aid qədim erməni mənbəində qeyd olunub), XVIII əsrdə Xivə xanlığına aid sənədlərdə Aran-Qazi və b. şəxs adları ilə müqayisə olunur. I əsrdən IV əsrədək bəzi Alban çarlarının adları məlum deyil. Alban tarixçisi yazır ki, kitablar və Bibliyanın hissələri yandırıldığına görə (VIII əsrin əvvəlində Alban kilsəsi Ərəb xəlifəsinin əmri ilə erməni kilsəsinin tabeliyinə verildikdən Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Gürcüstan, Misir və Suriya yürüşləri

Uzun Həsən feodal pərakəndəliyindən istifadə edərək Gürcüstanı öz hakimiyyəti altına salmaq üçün cəhdlər etmişdi (1458, 1463, 1466, 1472 və 1475-ci illər). 1472-ci ildə Gürcüstana qarşı yürüş isə Ağqoyunluların osmanlılarla az sonra edəcəyi müharibəyə hazırlıq kimi düşünülmüşdü. Uzun Həsən asanlıqla qazanılmış qələbələrlə əsgərlərin döyüş ruhunu yüksəltmək istəmiş, onların müəyyən qədər qənimət əldə etməsinə şərait yaratmışdı.

Uzun Həsən müxtəlif illərdə(1462, 1464, 1472, 1475) Misir və Suriya məmlüklərinə qarşı da yürüş təşkil etmişdi.

1477-ci ildə Uzun Həsən özünün son yürüşünə – Gürcüstan üzərinə yürüşə gedir. Oradan zəngin qənimət və 5 min nəfərlik əsirlə qayıdır. Həmin əsirləri də öz yaxınlarına paylayır. Beləliklə, Uzun Həsən Şərqi Gürcüstanı ələ Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Quqarlar

Quqarlar — indiki Gürcüstanın Axalkalaki, Lori, Dmanisi, Ermənistanın Quqark rayonunun ərazilərində yaşayırdılar. Fransız tarixçisi Sen-Martinə görə buraya Quqark əyaləti ilə Ağstafaçayın yuxarı hövzəsi, Lori, Axuryan çayı sahilləri, Axalkalak, Tumanis, Göyəzən və b. mahallar daxil idi.

Erməni mənbələrində Qexarkunik kimi yazılan bu əyalət erməni tarixçilərinə görə, Ermənistanın indiki Kamo, Martuni, Basar keçər, Sevan və Razdan ərazisini əhatə edirdi. Bəzi tədqiqatçıların fikrincə Quqark Gürcüstanın indiki Borçalı və Axalsıx rayonlarının qədim adıdır . K. V. Trever Qoqarenanın Albaniya-İberiya sərhəddində yerləşdiyini yazır Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Uzun Həsənin islahatçılıq fəaliyyəti

Uzun Həsən hərbi-tayfa əyanlarının separatizmini zəiflətmək, ərazicə geniş olan dövlətini gücləndirmək üçün bəzi maliyyə və inzibati islahatlar həyata keçirməyə təşəbbüs göstərirdi.

Qaynaqlarda Uzun Həsənin islahatçılıq fəaliyyəti haqqında müfəssəl məlumat verilməmişdir. Onun tərtib etdiyi "Qanunnamə" nin mətni bizə gəlib çatmamışdırsa da, islahatlar haqqında salnaməçilərin "Həsən padşah qanunları" və ya "Dəsturi-Həsən bəy" adlandırdıqları qanunlar barədəki cüzi məlumatlarına əsasən mühakimə yürütmək mümkündür. Ağqoyunlular dövlətinin Osmanlı imperiyası tərkibinə qatılan (Diyarbəkir, Mardin, Urfa, Ərzincan, Xarput və s.) qərb ərazilərinə aid olan bəzi sənədlər Türkiyə arxivlərində saxlanılır. Bu mənbələr Ağqoyunlu dövlətinin vilayətlərində feodal münasibətlərini araşdırmaq baxımından əhəmiyyətlidir. Uzun Həsənin islahatının ümumi xarakteri haqqında "Tarix əl-Qiyasi" də deyilir:

"Uzun Həsən Ardı »