Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Sülü bəy Zülqədər

Həyatı[redaktə]
Xəlil bəyin öldürülməsindən sonra bəyliyin basına kiçik qardaşı Süli bəy keçdi. Bu sırada Misirdə olan Osman bəy və İbrahim bəy Sultan Bərkuk tərəfindən tutuldular. Zülqədərlilərin toplanmasını istəməyən Sultan Bərkuk, Süli bəyin başa keçdiyini xəbər alar-almaz Həmadaki qüvvələrinə Süli bəyin üstünə yürüş etmələrini əmr etdi. Süli bəy Maraş üzərindən Əlbistana gələn bu qüvvələr ilə Göksun yaylağında qarşılaşdı. Baş verzn çarpışmada məmlük qüvvələri yenildilər. Bu savaşda Həma və Besni valiləri də öldürüldü. Bu xəbər üzərinə Süli bəyin qarşısına rəqib olaraq çıxarılmaq üçün Qahirədə tutuqlu olan qardaşları İbrahim bzy və Osman bəy sərbəst buraxıldı. Bu qardaşlardan Osman bəy Süli bəyə itaət etdi. İbrahim bəy Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Deyok

D e y o k (er. əv. VIII əsr) Asur mənbəyində Dayaukku. Asur dilində "k" səsi qoşalaşdırılmışdır. Əsl forması Dayauk olmuşdur. İ. M. Dyakonov bu adın qədim farsca dahuyi – ölkə, tayfa ittifaqi (fars dilində dəh – kənd sözünün qədim forması) və -k şəkilçisindən ibarət olduğunu yazmışdır[87], lakin düşünməmişdir ki, ölkə, tayfa ittifaqı sözü heç vaxt şəxs adına çevrilə bilməz. Ad şumercə da – (Allahın) qərarı ilə və uku – övlad, varis (qədim türkcədə də uk – varis, oğul, nəsil sözlərindən ibarətdir. Ad Allahın qərarı ilə doğulmuş övlad mənasındadır. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Amazonlar

anda yaşamış, döyüşkən qadınlardan ibarət tayfadır. Tayfada bir nəfər belə kişi olmayıb. Əsasən Azərbaycanın Şimal-Qərb və Cənub-Qərb ərazilərində məskunlaşıblar. Lakin aborigen olmayıblar. Amazonkalar Azərbaycana Skif-Sak-Massaget tayfalarının axını zamanı gəliblər. Herodot Amazonkaların şimali Qara dəniz hövzəsində skiflərlə qonşuluqda yaşadığını göstərirdi. Amazonkaların Azərbaycanda yaşamaları haqqında əsas məlumatları isə Strabon "Coğrafiya" əsərində verib. Strabon bu haqda yazır:" Albaniyanın yuxarı dağlarında amazonkalar yaşayır. Pompeyi yürüşdə müşayət edən və Albaniyaya gələn Feofan söyləyir ki, skif tayfaları olan Hell və Lehlər Amazonkalar və Albanlar arasında yaşayırlar. Bu ölkədə həmin tayfalar ilə Amazonkalar arasında Mermodalida çayı axır. Bu yerlərlə yaxşı tanış olan başqa yazıçılar, onların içərisində Skepsiyalı Metrodor Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎İ z z i b i a

İ z z i b i a – Assur çarı II Sarqonun (er. əv. 721-705) Manna ərazisinə hərbi səfəri haqqında mənbədə qeyd olunur. Güman ki, şumercə izi – od, türkcə issi, izzi (tuvaca iziq, altayca üzü, uyğurca izik, azərbaycanca isti) və Altay dillərində bia – su sözlərindən ibarət olub İsti su mənasındadır. İndiyədək Cənubi Azərbaycanda Ziviyə yaşayış məntəqəsinin adında qalmışdır. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Abdulla xan Ustaclı

Həyatı[redaktə]
Abdulla xan Qara xan oğlu Diyarbəkirdə anadan olmuşdu. Ustaclı elinin Təmişli oymağındandır. Savaş sənətinə yiyələnmişdi. I Şah Təhmasibin əmirülümərası vəzifəsində bütün qızılbaş əmirlərinə başçılıq etmişdi. 1527-ci ildə özbək xanı Ubeydulla xan Qızılbaşlar məmləkətinə qoşun çəkdi. I Şah Təhmasib ordu toplayıb qarşı çıxdı. Ustaclı elindən Abdulla xan 200 nəfər seçmə bahadırla toplantı yerinə gəldi. Elin digər qruplarından isə 16 mindən yuxarı atlı yığılmışdı. Yığılanlar içində Ustaclı eli birinci yeri 17 min atlıyla, ikinci yeri Avşar eli 16 min atlıyla tuturdu. Özbəklər məğlub olub geri çəkildilər.

Abdulla xan 1549-cu ildən 1567-ci ilədək Şirvanın bəylərbəyisi olmuşdu. O, Şirvanda olarkən bir çox xarici səyyah və səfirləri Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Xorasanın hökmdarları

Sultan Miranşah mirzə 1380—1397
Sultan Şahrux 1397—1447, imperiyanın ulu xaqanı 1409—1447
Sultan Baysunqur mirzə Tusun hakimi 1417—1433
Sultan Əlaüddövlə mirzə 1447—1448 (Tusun hakimi 1433—1447)
Uluqbəy 1448—1449
Sultan Əbdüllətif mirzə 1449—1450
Əbülqasim Babur mirzə 1452—1457
Şah Mahmud mirzə 1457—1458
Sultan Əbu Səid mirzə imperiyanın ulu xaqanı 1458—1469
Sultan Hüseyn Bayqara 1469—1506
Sultan Bədiüzzaman mirzə 1506—1507 (Bəlxin hakimi 1497—1506)
Müzəffər Hüseyn mirzə 1506—1507
Əbülmöhsün mirzə Mərvin hakimi 1506—1507 Ardı »