Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıFətəli xan Qubalı

Mənşəyi[redaktə]
Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsli Yengikənddə. Və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yenqikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan Ardı »

Azərbaycan xanlıqlarıƏsgər xan Xançobanlı Ailəsi

1800-cü ildə Nisa xanım Hacı Mərdi qızı ilə evlənərək 5 övladı olmuşdu:

Ağa bəy Sərkər (1802-1864)
Əlihəsən bəy Sərkər (1810-1862)
Məmmədhəsən bəy Sərkər (1805-1832)
Məmmədəli bəy Sərkər (1814 -?) - podpolkovnik rütbəsi var idi.
İsmət xanım Sərkər (1819 -?) - Mustafa xanın oğlu Teymuraz bəy ilə evlənmişdi. Ardı »

Azərbaycan xanlıqlarıÇulundur mahalı Tarixi

Çulundur mahalı əvvəlcə nahiyə kimi Qarabağ bəylərbəyliyinə bağlı idi. 1735-ci ildə Nadir şah Qırxlı-Avşar ziyadoğluların acığına bu nahiyəni Təbriz bəylərbəyliyinin Qaradağ vilayətinə tabe etdi.

1747-ci ildə Pənahəli xan Sarıcalı-Cavanşir mahalı yenidən Qarabağa bağladı.

Mahal I Rus-İran müharibəsi zamanında İrana tabe olmuşdu. Daha sonra Qapıcıq dağının zirvəsindən Ağlıdərə dərəsindən aхan çayın sol sahili ilə Oхcu kəndinə qədər və sonra Qapancay və yaхud Cuğundur çayının sağ sahili ilə onun Tir yaşayış yеri yaхınlığında Araz cayına tokulduyu yеrə və oradan Şabadin, Gеcalan, Oхçu kəndlərinə qədər. Umumiyyətlə, Qapançay və yaхud Cuğundur çayının sol sahilində yaşayan əhali Rusiyaya, sağ sahilində yеrləşənlər isə İrana məхsusdur Ardı »

Azərbaycan xanlıqlarıCavanşir-Dizaq mahalı

Cаvаnşir-Dizаq mahalının tarixi[redaktə]
Qədim-qаyım Qаrаbаğın mahallаrındаn biri də Cаvаnşir-Dizаqdır. Cаvаnşir-Dizаq mahalı qərbdən Хırdаpаrа-Dizаq, şimaldan Vərəndə, şərqdən Dəmirçi-Həsənli, cənubdan Ərdəbil vilаyəti, Şahsеvən хаnlığı ilə həmsərhəd idi. Cаvаnşir-Dizаq mahalı əski Arazbar qəzаsı ərаzisinin əksər hissəsini əhatə еdirdi. Аrаzbаr qəzаsı isə tа qədimdən Cаvаnşir еlinin yurd yеridir. Pənahəli xan Sarıcalı-Cavanşir hаkimiyyətə yiyələnəndən sоnrа Qarabağ хаnlığını mahallаrа böldü. Arazbar qəzаsının əsаs hissəsi Cаvаnşir-Dizаq mahalının ərаzisinə düşdü. Qаrаbаğ хаnlаrı əslən Cаvаnşir-Dizаq mahalındаn оlduqlаrındаn bu bölgənin cаmааtınа хüsusi qаyğı göstərirdilər. Tаriхçi Mirzə Camal Cavanşir Qarabaği yаzır: "Mərhum Pənah хаnın əsil-nəsəbi Dizаğın Cаvаnşir еlindəndir. Bu еl qədim zаmаnlаrdа Türküstаndаn gəlmiş Bəhmənli еlinin bir qоlu оlаn Sаrıcаlı оymаğındаndır. Bunlаrın аtа-bаbаlаrı Ardı »

Azərbaycan xanlıqlarıNavahı mahalı

Tarixi[redaktə]
Hacıqabul rayonu ərazisində mövcud olmuşdur.

Əhalisi[redaktə]
1821-ci ildə 3 obada (Muğanlı, Quşçu və Navahı) 128 ailə yaşayırdı.

İqtisadiyyatı[redaktə]
Navahı mahalının sakinləri əkinçilik və maldarlıqla məşğul olurdular. Ardı »

Azərbaycan xanlıqlarıÇar Rusiyasının Azərbaycanda həyata keçirdiyi etnik təmizləmə siyasəti

II Rusiya-İran müharibəsi 1828-ci ilin 10 fevral tarixində Təbriz yaxınlığındakı Türkmənçay kəndində Türkmənçay sülh müqaviləsi imzalanması ilə başa çatır. Bu müqavilənin 15-ci bəndinə əsasən İran dövləti ölkə ərazisində yaşayan erməni mənşəli əhalinin Cənubi Qafqaza hərəkətinə mane olmamalıydi. Nəticədə Osmanlı imperiyasında və İranda məskunlaşmış ermənilər Cənubi Qafqaza köçürülürlər. İlk vaxtlar erməni ailələri əsasən Qarabağa, Şəkiyə, Naxçıvana, İrəvana, Göyçəyə və Şamaxıya köçürülür. Təkcə 1828-ci ilin sonunda Bərdədə mindən çox erməni ailəsi məskunlaşdırılmışdır.

Q.D. Lazarev, İ.F. Paskeviç və s. rus generalları erməniləri daha çox İrəvan ərazisinə köçürtməyə çalışırdılar. Bu da təsadüfi deyil, Osmanlı imperiyası, Gürcü xanlıqları, İranla Naxçıvan vasitəsi ilə qonşu olan İrəvan xanlığının ərazisi Ardı »

Azərbaycan xanlıqlarıPənahəli xan

Həyatı[redaktə]
Qarabağ xanlığının yaradıcısı, tanınmış sərkərdə və dövlət xadimi Pənahəli bəy Sarıcalı Cavanşir 1693-cü ildə Qarabağda ,Alaqarğu kəndində Cavanşirlər boyuna mənsub əsl-nəcabətli bir ailədə anadan olub. Lap gənc yaşlarında Pənah xan Əfşar şahı Nadir şah Əfşarın yanında xidmətə başlayır. Nadir şah öz müasirləri arasında parlaq hərbi istedadı ilə seçilirdi və gənc Pənah xan da onun yanında yaxşı məktəb keçərək, döyüş aparılması taktika və stratekiyasını mənimsəyir. Elə dövlət idarəçiliyini də Nadir şahın xidmətçisi olarkən öyrənir.

Pənah xanın xüsusi qabiliyyətləri və cəsurluğu şahın diqqətini cəlb edir və Nadir onu özünün yaxın əhatəsinə daxil edir. Ancaq az keçməmiş Pənah xan bədxahlarının sayeyi-mərhəmətindən Nadirin qəzəbinə gəlir və Ardı »

Azərbaycan xanlıqlarıQarabağ xanlığı

Qarabağ xanlığı — 1747-1805-ci illər arasında[1] müasir müasir Azərbaycan ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olmuş, Qacar xanədanının hegemoniyası altında[2], de-fakto müstəqil[3][4][5][6][7] türk[3][8] feodal dövləti, xanlıq. Digər Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranmış və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilmişdir. İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Rusiya İmperiyasının tərkibinə keçmişdir[9][10]. İran və Rusiya arasında imzalanmış Gülüstan (1813) və Türkmənçay müqavilələri (1828) nəticəsində Qacar dövləti buranın Rusiyaya birləşməsinə razılıq vermişdir. Rusiya İmperiyasının Xəzər vilayətinin, daha sonra Yelizavetpol quberniyasının tərkibində olmuşdur. Ardı »