"Azərbaycan Demokratik Respublikası" → Qafqaz İslam Ordusunun quruluşu və güclənməsi
Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında 4 iyun 1918-ci ildə Batumda bir Dostluq və Əməkdaşlıq müqaviləsi imzalanmışdı. Müqaviləyə Osmanlı Dövləti Ədliyyə naziri Xəlil bəy və Şərq Orduları komandanı Vəhib paşa ilə Azərbaycan Şurayı Milli rəisi Məmməd Əmin Rəsulzadə və Xariciyyə naziri Məmməd Həsən bəy imza atmışdılar. Rəsulzadə, bu müqavilə hökmlərinə görə, Qafqazdakı türk və müsəlman xalqa qarşı qətliamın bir an öncə dayandırılması üçün Osmanlı Dövlətindən hərbi yardım istədi. Başkomandan vəkili Ənvər paşa isə gələn raportlara istinadən durumun ciddiliyini anladı və Şərq Orduları Komandanlığı tərkibində olan 5-ci Qafqaz piyada diviziyasının Qafqaz İslam Ordusu sıralarına qatılması üçün əmr verdi. Bundan sonra 5-ci Qafqaz Ardı »