Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Mir Hidayət bəy Seyidov

Həyatı[redaktə]
Mir Hidayət bəy Mir Adil oğlu 1887-ci ildə Azərbaycanın ən qədim şəhərlərində birində – Gəncədə anadan olub. Onun atası Mir Adil bəy dövrünün açıqfikirli, maarifpərvər ziyalılarından idi. Bu ziyalılıq ulu əcdadlarından gəlirdi. Mir Adil bəy XIX əsr Azərbaycan ədəbiyyatında orijinal bir yer tutan və Ordubad ədəbi mühitinin fəxri Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndinin oğul nəvəsidir. Əldə edilən arxiv sənədlərindən aydın olur ki, Mir Adil bəyin atası Hacı Mir Ağa bəy Qüdsi Vənəndinin ikinci oğludur. Dövrünün alimi və din elmlərini dərindən bilən şəxs kimi Naxçıvanda və Ordubadda məşhur olub. Böyük yazıçı M.S.Ordubadi də öz gündəliyində onu "davamlı seyid" kimi yazıb. Öz varidatını Ardı »

"Azərbaycan Demokratik Respublikası"Məhəmməd Əmin Rəsulzadə Əsərləri

1910 — "E'tidaliyyun" Partisinin Tenkiti, Tehran. (fars.)
1911 — Seadeti-Beşer, Ardebil. (fars.)
1912 — Acı bir həyat, Bakı.
1917 — Şekli-İdare Hakkında İki Bakış (Ahmetbey Salikov'la birlikte), Moskva.
1917 — Bizə hansı hökümət yararlıdır. Bakı.
1923 — Azərbaycan Cumhuriyeti Keyfiyet-i Teşekkülü ve İndiki Veziyyeti, İstanbul.
1925 — Esrimizin Siyavuşu, İstanbul.
1925 — İstiqlal Mefkuresi ve Gençlik.
1928 — Kafkasya Türkleri, İstanbul.
1927 — Azərbaycan Misak-ı Millisi.
1928 — Milliyetçilik ve Bolşevizm.
1930 — Kafkaz Problemi İle Elakedar Olarak Panturanizm, Paris. (rus.)
1933 — Azerbaycan Cumhuriyeti Hakkında, Berlin. (alm.)
1938 — Azerbaycan Problemi, Berlin. (alm.)
1939 — Azerbaycan'ın Hürriyyet Savaşı, Varşava. (pol.)
1949 — Azerbaycan'ın Kültür Gelenekleri, Ankara.
1950 — Çağdaş Azerbaycan Edebiyatı, Ankara.
1951 — Çağdaş Azerbaycan Tarihi, Ardı »

"Azərbaycan Demokratik Respublikası"Bəhram bəy Vəzirov

Həyatı[redaktə]
Ismayıl bəyin ikinci oğlu Bəhram bəy 1886-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Bakı real məktəbini bitirib, Sankt-Peterburq Meşəçilik Institutuna daxil olmuşdu. Oranı tamamlayıb, aqronom-meşəçi ixtisası almışdı. Qax bölgəsində meşəbəyi işləmişdi. Bəhram bəy Vəzirov 1929-ci ildə Ağdam həbsxanasında vəfat edib.

Ailəsi[redaktə]
Bəhram bəy Dilarə xanımla ailə qurmuşdu. Gülrux xanım adlı qızı, Isgəndər bəy adlı oğlu vardı.

Mənbə[redaktə]
Ənvər Çingizoğlu, Vəzirovlar soyu, “Soy” dərgisinin özəl buraxılışı, Bakı, 2008. 88 səh. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Cahangir Zeynaloğlu

Cahangir bəy Zeynal bəy oğlu 1892-ci ildə Şuşada varlı zadəgan ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə almışdır.

Məlum olduğu kimi, çar Rusiyasında yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar orduya çağırılmırdılar. Yalnız zadəganlar istisna təşkil edirdilər. Birinci Dünya müharibəsi başlayanda C.Nəsirbəyov hərbi xidmətə çağırılmış, əvvəlcə podporuçik, sonra isə poruçik rütbəsində Qafqaz cəbhəsində vuruşmuş, orden və medallarla təltif olunmuşdur.

O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən milli hərbi kadrların yaradılmasında iştirak etmişdir. 1918-ci il martın 1-də Zaqafqaziya Seymi C.Nəsirbəyovu müvəqqəti olaraq Tiflisdə yerləşən unter zabit məktəbinin – "Müsəlman praporşiklər məktəbi"nin rəisi təyin etdi. Hərbi rütbəsi də artırıldı: əvvəlcə ştabs-kapitan, sonra Ardı »

"Azərbaycan Demokratik Respublikası"Parlament və təhsil

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.

Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın Ardı »

"Azərbaycan Demokratik Respublikası"Teymur bəy Makinski

Teymur bəy Makinski(1874-?) Azərbaycanda milli azadlıq hərəkatının fəal üzvü, ictimai-siyasi xadim. Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın “Məclisi-Məbusanının təsisi haqqında qanun”-na (1918, 19 noyabr) əsasən, seçkiisz Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Azərbaycan hökumətinin tərkibi - IV kabinə: 14.03.1919-22.12.1919

Nazirlər Şurasının sədri və daxili işlər naziri – N.Yusifbəyli (bitərəf)
Maliyyə naziri – Ə.Həsənov (bitərəf)
Ticarət və sənaye naziri – A.Əminov (bitərəf)
Xarici işlər naziri – M.Y.Cəfərov (müsavat)
Yollar naziri – X.Məlikaslanov (bitərəf)
Poçt-teleqraf naziri – C.Hacınski (sosialist)
Hərbi nazir – S.Mehmandarov (bitərəf)
Sosial-təminat naziri – V.Klenevski (Slavyan-Rus cəmiyyəti)
Səhiyyə naziri – Abram Dastakov (daşnaksütun)
Maarif və dini etiqad naziri – R.Kaplanov (əhrar)
Əkinçilik naziri – A.QardaĢov (əhrar)
Portfelsiz nazir – X.Amaspür (daşnaksütun)
Dövlət müfəttişi – N.Nərimanbəyli (müsavat)
Ədliyyə və əmək naziri – A.Səfikürdski (sosialist)
Sonralar daxili işlər naziri – X.Xasməmmədov (müsavat) Ardı »