Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Azərbaycan Demokratik Respublikasının milli ordusu

Azərbaycan Demokratik Respublikasının milli ordusu - 1918-ci ildə, Şimali Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı milli ordu. Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı.

Ermənistan yaranmış gərgin vəziyyətdən istifadə edərək zorla Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədi ilə onun sərhədlərini pozur və sərhədyanı rayonlarda hərbi toqquşmalar yaradırdı. Belə bir şəraitdə ölkənin ərazi birliyini, müstəqilliyini müdafiə etmək üçün güclü ordu yaratmaq dövlətin birinci dərəcəli vəzifəsi idi. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Mehdi bəy Hacıbababəyov

Mehdi bəy Hacıbababəyov -ictimai-siyasi xadim. Azərbaycanın istiqlal mübarizəsinin fəal iştirakçılarından biri. Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur. Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. Bakı realnı məktəbini bitirmiş, 1901 ildən 1-ci Bakı rus-tatar məktəbində dərs demişdir. "Nicat" xeyriyyə cəmiyyətinin katiblərindən biri olmuş, axşam kurslarında dərs demiş, "Nicat" cəmiyyətinin teatr bölməsinə başçılıq etmiş, eyni zamanda, "Nicat" cəmiyyətinin 1-ci şəhər rus-tatar məktəbinin direktoru seçilmişdir. Müəssislər Məclisinin çağırılması üzrə mərkəzi komissiyanın üzvü idi. Hacıbababəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsis edilməsi haqqında qanun"una (1918, 19 noyabr) əsasən Ardı »

"Azərbaycan Demokratik Respublikası"Stanislav Vonsovic

Həyatı[redaktə]
1888-ci ildə Vitebsk quberniyasında anadan olmuşdur. 1918-1920-ci illər ərzində AXC parlamentində IX Milli azlıqlar fraksiyasında fəaliyyət göstərmişdir. Sanislav Vonsovic əsasən Bakı şəhərində yaşayan polyakların məsələləri ilə məşğul olurdu. Daha sonra Dno şəhərində qatar stansiyasında yanğınsöndürən işləmişdir. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Qara bəy Qarabəyov

Həyatı[redaktə]
Tiflis gimnaziyasını, sonra isә Derpt (indiki Tartu) un-tinin tibb fakültәsini bitirmişdir. Q. Bakıda һәkimliklә yanaşı, şәһәrin ictimai һәyatında fәal iştirak etmiş, Azәrbaycan vә rus dillәrindә çıxan qәzetlәrә mәqalәlәr yazmışdır. Bir müddәt "Haqq yolu" һәftәlik jurnalının (1911—1912) vә cәmi beş nömrәsi çıxmış "Yeni hәyat" qәzetinin (1918) redaktoru olmuşdur. "İttiһad" partiyasının sәdri olan Qarabəyov Azәrbaycan parlamentinә deputat seçilmişdir. (1918—1920). H. müxalifәtçi Q.-un parlamentdә Azәrbaycanın müstәqilliyi әleyһinә yönәldilmiş dağıdıcı siyasәtinә, pozucu nitqlәrinә qarşı çıxaraq onu ciddi tәnqid etmişdir. ("Azәrbaycan" qәz., 16 dekabr, 1918, № 66). Ardı »

"Azərbaycan Demokratik Respublikası"Bakıdakı hərbi qüvvələr

Bakı rəhbərliyi erməni əsilli həkim Araratyanın başçılığı ilə bir heyəti, ingilis generalı Deustervildən kömək istəmək üçün təlimatlandırmışdı. General Deustervil Azərbaycan heyəti ilə keçirdiyi görüşlərdə Bakıya köməyə gələcəklərini, müdafiə üçün bəzi təşkilati işlər görəcəklərini, ancaq türk ordusuna qarşı erməni və rusların da onlarla birlikdə döyüşmələrinin vacibliyini qeyd etmişdi.[79]

Azərbaycanın cənubundakı Lənkəran bölgəsində yaşayan ruslar, 10 avqustda Ənzəlidə olan Deustervil ilə əlaqə yaratmışdılar. Lənkəran və ətrafındakı ruslar 5 min nəfərlik bir hərbi birləşmə də təşkil etmişdilər. Əllərində kifayət qədər top və tüfəngləri də var idi. İngilislərə un, ərzaq, taxıl tədarükü görmüş, iki dənə də gəmi hədiyyə etmişdilər. Türklərə qarşı ingilislərlə birlikdə döyüşəcəklərini bildirmiş, üstəlik Ardı »