"Azərbaycan Demokratik Respublikası" → Türk ordusunun Mahaçqala üzərinə yürüşü
Komandanların verdiyi qərara görə 15-ci piyada diviziyası, Mahaçqala üzərinə yeriyərək Dağıstanı işğalçılardan azad edəcəkdi. Şimali Qafqaz Respublikası Prezidenti Çermiyev, rus kazakı polkovnik Biçeraxova 13 oktyabr 1918-ci il tarixində bir ultimatum verərək, Dərbənd və Mahaçqala arasındakı ərazinin Şimali Qafqaz Respublikasının ərazisi olduğunu bildirdi və Dağıstanı boşaltması üçün 20 oktyabra qədər vaxt verdi. Biçeraxov isə 16 oktyabrda göndərdiyi cavabda qafqazlı və rus kazakı olduğunu bildirərək, onu məmləkətindən heç kəsin qova bilməyəcəyini və Dağıstanı da Rusiyanın bir parçası olaraq gördüyünü bildirdi. Biçeraxov məktubda bunları yazmışdı:
"Bu torpaqlar Rusiyanındır. Tabeliyimdəki əsgər isə böyük Rus Ordusunun bir parçasıdır. Dağıstandan çıxmayacağam. Ancaq siz, özünüzün kim olduğunuzu bilmirsiniz. Şimali Ardı »