Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Müsavat və Birtərəflər fraksiyası fraksiyasının üzvləri

Məhəmməd Əmin Rəsulzadə
Həsən bəy Ağayev
Nəsib bəy Yusifbəyli
Xəlil bəy Xasməmmədov
Məhəmməd Həsən Hacınski
Abbasqulu Kazımzadə
Musa bəy Rəfiyev
Cavad bəy Məlikyeqanov
Mehdi bəy Hacınski
Mehdi bəy Hacıbababəyov
Rəhim bəy Vəkilov
Şəfi bəy Rüstəmbəyli
Hacı Səlim Axundzadə
Mustafa Mahmudov
Asəf bəy Şıxəlibəyov
Abuzər bəy Rzayev
Əhməd Həmdi Qaraağazadə
Ağa Əminov
Nəriman bəy Nərimanbəyli
Mirzə Sadıx Axundzadə
Müseyib bəy Axıcanov
Mustafa bəy Vəkilov
Məmməd Bağır Şeyxzamanov
Məmməd Əli Rəsulzadə
Murtuza Axundov
Rza bəy Axundov
Məmmədrza ağa Vəkilov
Cəlil bəy Sultanov
Əşrəf Tağıyev
Məmməd Yusif Cəfərov
Mirzə Əsədullayev
Yusif Əhmədzadə
Baxış bəy Rüstəmbəyov
Fətəli Xan Xoyski
Ağa bəy Səfərəliyev
Əsədulla Əhmədov
Ağa Aşurov
Qulamhüseyn bəy Kazımbəyov Ardı »

"Azərbaycan Demokratik Respublikası"Abbas Atamalıbəyov Həyatı

Abbas bəy Atamalıbəyov 1895-ci ildə doğulmuşdur. Sankt-Peterburqda dəniz donanması mühəndisliyi ixtisası üzrə ali təhsil alarkən Rusiyada sosialist inqilabı baş verdi. O zaman, Sosial İnqilabçılar partiyasının üzvü idi. O, Qafqaza dönərək, Transqafqaz hökumətinin üzvü seçirlmişdir. Daha sonra, Azərbaycan müstəqillik əldə etdi və o, ilk Azərbaycan parlementinin üzvü seçildi.

Abbas bəy Atamalıbəyov 1919-cu ildə Xarici İşlər Naziri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin üzvü olmuşdur. Heyətin digər üzvləri arasında Miryaqub Mirmehdiyev, Məmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Əkbər Ağa Şeyxülislamov da var idi.

O, ABŞ Prezidenti Vudru Vilsonla görüşmüşdü. Onlar Konfransda Azərbaycan Demokratik Respublikasının de-fakto tanınmasına nail olmuşdular. Lakin, təssüflər Ardı »

"Azərbaycan Demokratik Respublikası"Abbas Atamalıbəyov

Abbas Atamalıbəyov (1895-1971) – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Qafqaz İslam Ordusunun geri çəkilməsi

Bakının ingilislər tərəfindən işğalı
Ənzəlidəki ingilis komandanı General Tomson, 12 noyabr 1918-ci ildə Bakıya bir heyət göndərərək, şəhərin 17 noyabr 1918-ci il tarixində saat 10.00-da işğal ediləcəyini, bu səbəbdən Bakının boşaldılmasını, Qafqaz İslam Ordusu Komandanı Nuru paşadan rəsmən tələb etdi. İngilis heyəti Mudros sazişi imzalandıqdan sonra davam edən Mahaçqala hücumu və bölgənin ələ keçirilməsinin, barışıq şərtlərinə zidd olduğunu nəzərə çatdıraraq, 17 noyabr 1918-ci il tarixində saat 10.00-dan sonra Bakıda və bölgədə qalan türk əsgərlərini əsir götürəcəyini bildirdi.

Nuru paşa ingilislərə verdiyi cavabda, Bakının işğal edilməsi məsələsini Azərbaycan hökuməti ilə müzakirə etmək lazım olduğunu söylədisə də, General Tomson belə bir hökuməti tanımadıqlarını bildirdi. Bundan Ardı »

"Azərbaycan Demokratik Respublikası"Fəhlə sinfinin yanında olan Cavad bəy

Cavad bəy Cümhuriyyətin ictimai-siyasi xadimləri arasında, artıq qeyd etildiyi kimi, fəhlə sinfinə çox yaxın olmasıyla fərqlənirdi. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması ilə bağlı tədbirdə demişdi: "Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar".

Cavad bəy həm də üzvü olduğu Müsavat Partiyasının sıralarında həmişə sadə zəhmətkeş xalqın həyat və güzəranı ilə bağlı radikal çıxışların müəllifidir. Məsələn, 1919-cu il dekabr ayının 8-də başlanan Müsavatın dördüncü iclası tamamilə partiyanın aqrar siyasətinin müzakirəsinə həsr edilmişdi. Çıxış eləyənlər arasında Cəfər Cabbarlının, bir də Cavad bəy Məlikyeqanovun çıxışları daha çox diqqəti çəkmişdir. Geniş nitqlə çıxış eləyən Cavad bəy partiyanın zəhmətkeşlərin Ardı »

"Azərbaycan Demokratik Respublikası"Mahmud bəy Səfikürdski

Həyatı[redaktə]
Bala bəyin üçüncü oğlu Mahmud bəy 1898-ci ildə Səfikürd kəndində dünyaya boy göstərmişdi. 1909-cu ildə Gəncə gimnaziyasına daxil olmuşdu. Gimnaziyanı bitirmədən orduya çağrılmışdı. Rus qoşunlarının tərkibində rumın cəbhəsində döyüşlərdə iştirak еtmişdi. Hərbi xidmətdən sonra Gəncəyə dönmüşdü. Gəncənin müsəlman-türk əhalisinin rusların himayəsi ilə еrmənilər tərəfindən kütləvi şəkildə qırılmasının qarşısının alınmasında yеni yaradılmış "Yaşıl qvardiya" adlı özünmüdafiə dəstəsinin tərkibində çıxış еtmişdi. "Yaşıl qvardiya" əsasən gənclərdən, tələbələrdən ibarət idi. Mahmud bəy Səfikürdskinin döyüş təcrübəsini nəzərə alaraq, onu qvardiyanının sədr müavini təyin еtmişdilər. Gimnaziyanı 1919-cu ildə başa vurduqdan sonra bir müddət Gəncə Dairə məhkəməsində müstəntiqliyə namizəd kimi hüquq еlminin incəliklərini öyrənməyə çalışmışdı. Еlə həmin il Ardı »

"Azərbaycan Demokratik Respublikası"Mirzə Əsədullayev

Həyatı[redaktə]
Mirzə Əsədullayev 1875-ci ildə Bakı şəhərində anadan olmuşdur[1]. Orta təhsilini Bakı gimnaziyasında başa vurduqdan sonra atası milyonçu Şəmsi Əsədullayevin neft şirkətində əmək fəaliyyətinə başlamışdır. M.Əsədullayev neft satışı ilə bağlı müəyyən vaxtlarda Rusiyanın Sankt-Peterburq, Moskva kimi şəhərlərində yaşamış və rus mədəniyyəti ilə yaxından tanış olmuşdur. Onun ictimai xadim kimi fəaliyyəti çoxşaxəlidir. Sədrlik etdiyi Müsəlman Xeyriyyə Cəmiyyəti müxtəlif mütərəqqi tədbirlər həyata keçirmiş və maarifçilik işində fəallıq göstərmişdir. Ana dilində dövri nəşrlərin azlığı onu daim narahat etmiş, 1915-ci ildə "Qardaş köməyi" adlı qəzet buraxmağa başlamışdır. Xalq Cümhuriyyəti dövründə M.Əsədullayev Azərbaycan parlamentinə üzv seçilmiş, F.Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində ticarət Ardı »

"Azərbaycan Demokratik Respublikası"Tağı bəy Səfərəlibəyov

Həyatı[redaktə]
Tağı bəy Səfərəlibəyov Riqa Politexnik İnstitutunu bitirmişdi. İri neft və balıq sənayeçisi olmuşdu. ADR dönəmində Sənaye və Ticarət nazirinin müavini idi. Sovet dönəmində Azərbalığın kommersiya direktoru vəzifəsində çalışmışdı.

Tağı bəy Səfərəlibəyov 1932-ci ildə tutlmuşdu. Ardı »