Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Azərbaycan Demokratik Respublikası"Mahaçqalanın fəthi

İki gün davam edən qanlı müharibələrdə, cəbhədəki ərazi çox narahat idi. Ətrafda sıx kolluqlar ilə çox dik və sərt qayalıqlar vardı. Dayanmadan yağan yağışdan sonra ərazi sürüşkən və palçıqlı idi. Əsgərlər ümumiyyətlə yolu olmayan ərazini dırmanmaq, tullanmaq, sürünməklə keçib irəliləyə bilirdilər. Ağaclı-Tarki arasındakı cığırlar isə heyvanların keçməsi üçün belə əlverişli deyildi. Buna görə də bütün sursat (cəbbəxana) yalnız döyüşən əsgərlər vasitəsilə daşına bilirdi. Yaralanan Mehmetçik isə yenə də silah yoldaşlarının kürəyində daşınıb səhiyyə bölüklərinə çatdırılırdı. Mehmetçiyin üç gün boyunca gözünə yuxu getməmişdi, bu müddət ərzində Tarki dağı ətrafında düşmənə qarşı güclü həmlə etmiş, bəzən geri çəkilmiş, bəzən də qanlı döyüşlərə girmişdi. Ardı »

"Azərbaycan Demokratik Respublikası"Abram Dastakov

Haqqında məlumat çox az qalmışdır. 1864-cü ildə tacir ailəsində anadan olmuşdur. Əsl adı Abram Mkrtiçyeviç Dastakyandır. Sankt Peterburq Universitetində oxuyarkən "Narodnaya Volya" təşkilatına qoşulmuşdu. Bu təşkilat daha sonra II Aleksandrı öldürən təşkilat olacaqdı. Daha sonra 1884-cü ildə "Gənclər birliyi" (rus. Союза молодежи) təşkilatını yaratdı. Bu təşkilat sayəsində 1907-1908-ci illərdə Bakıda fəaliyyətə olmuş bolşevik Mixail Stepanoviç Olminski ilə tanış oldu. "Narodnaya Volya" təşkilatının üzvü olduğu üçün Zaqatala şəhərində 3 il çar polisindən gizləndi. 1890-cı ildə Aleksandr Xatisyanla birlikdə Daşnaksütun partiyasının qurulması mərasimində iştirak etdi və onun proqramının müəlliflərindən biri oldu. 1896-cı ildən 1917-ci ilədək Bakı Şəhər Dumasında "Neft işləri üzrə komitə"nin Ardı »

"Azərbaycan Demokratik Respublikası"Göyçay Savaşının siyasi və hərbi nəticələri

Qafqaz İslam Ordusuna bağlı 5-ci Qafqaz piyada diviziyası başkomandan vəkili Ənvər paşa da gücləndirici qüvvə göndərilməsi ilə bağlı cəbhədən gələn raportları dəyərləndirirdi. Osmanlı dövləti ilə müttəfiq olan Almaniya türk əsgərinin Bakıya girməsinə qarşı çıxırdı. Ənvər paşa isə almanları ləngitməyə çalışırdı.

Başkomandan vəkili Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına 26 iyun 1918-ci il tarixində göndərdiyi açıq əmrdə deyirdi:

"Bakı üzərinə irəliləmənin Bakıdakı neft qaynaqlarının bolşeviklər tərəfindən məhv edilməsi təhlükəsini doğuracağından ümumi hərb sövq və idarəsi baxımından nə bahasına olursa olsun bundan qaçınmaq lazımdır. Bu səbəblə 5-ci Qafqaz piyada diviziyasının mənim razılığım olmadan kəskinliklə Bakı üzərinə hücum etməməsini əmr edirəm"
Başkomandan vəkili Nuru paşaya göndərdiyi Ardı »

"Azərbaycan Demokratik Respublikası"Şimali Qafqaz hərəkatı

Birinci dünya müharibəsində Rus Çarlığı devrildikdən sonra, Qafqazdakı türk və müsəlman xalqlar bir tərəfdən ingilis işğalçılarının, digər tərəfdən çar tərəfdarlarının, o biri tərəfdən isə bolşeviklərin təzyiqinə məruz qalmışdılar. Azərbaycanda isə bolşeviklərin hakimiyyəti ələ keçirməsi və ordu quruculuğu ilə məşğul olması narahatçılığı daha da artırırdı. Bu vəziyyət qarşısında birləşmək yollarını axtaran Qafqaz xalqları müstəqil bir dövlət qurmaq üçün hərəkətə keçdilər. Bölgədəki türk və müsəlman xalqlar 5 may 1917-ci il tarixində Vladiqafqaz şəhərində bir konqres çağırdılar. Gərgin mübahisələrdən sonra bütün Qafqazı əhatə edə biləcək bir dövlət qurmaq qərara alındı. Temirxan-Şura şəhərində, Şimali Qafqaz xalqları və Dağıstan türklərini əhatə edən "Dağıstan İcmalar Birliyi" adlı Ardı »

"Azərbaycan Demokratik Respublikası"Musa bəy Rəfiyev

Həyatı[redaktə]
Musa Rəfiyev 1888-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini Gəncənin "Şah Abbas" məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə almış, sonradan Gəncə klassik gimnaziyasında oxumuşdu. 1911-ci ildə Xarkov Universtitetinin tibb fakültəsini bitirdikdən sonra Gəncəyə qayıtmış və həkim işləmişdi. Nümunəvi fəaliyyətinə görə 1913-cü ildə "Titulyar müşavir", 1914-cü ildə "Kollej assesoru", 1916-cı ildə "Saray müşaviri" çinləri verilmşdi. 1914-cü ilin sonlarında M. Rəfiyev Həsən bəy Ağayevlə birgə Gəncədə ilk səhiyyə cəmiyyətinin yaradılmasında iştirak etmişdi.

Fevral inqilabından sonra Müvəqqəti hökümətin yaratdığı Xüsusi Zaqafqaziya Komitəsinin Yelizavetpol quberniyası üzrə müvəkkli olmuşdu. "Müsavat" partiyasının fəallarından olmuş Rəfiyev Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, ZDFR süqutundan sonra isə Milli Şuranın üzvü olmuşdur. 1918-ci Ardı »

"Azərbaycan Demokratik Respublikası"III hökumət kabineti: 26. 12. 1918 – 14. 03. 1919.

1. Nazirlər Şurasının sədri və Xarici işlər naziri – F.Xoyski (bitərəf).

2. Daxili İşlər naziri – X.Xasməmmədov (Müsavat).

3. Malliyyə naziri – İ.Protasov (Slavyan-Rus Cəmiyyəti).
4. Yollar naziri – X. Məlikaslanov (bitərəf).

5. Ədliyyə nazırı – T.Makinski (?) .

6. Maarif və Dini Etiqad nazırı – N.Yusifbəyli (Müsavat ).

7. Poçt-Teleqraf və Əmək naziri – A.Səfikürdski (sosialist).

8. Hərbi nazir – S.Mehmandarov (bitərəf).

9. Sosial – Təminat naziri – R.Xoyski (bitərəf).

10. Xalq Səhiyyəsi naziri – Y.Gindes ( Slavyan-Rus Cəmiyyəti ).

11. Ticarət və Sənaye naziri – M.Əsədullayev (bitərəf).

12. Dövlət müfəttişi – M.H.Hacinski (16.01. 1919 ).

13. Ərzaq naziri – K.Lizqar (Slavyan-Rus Cəmiyyəti).

14. Əkiçilik naziri – X.Sultanov (Müsavat). Ardı »

"Azərbaycan Demokratik Respublikası"Osmanlı dövlətinin Qafqaza ordu göndərmək qərarı

İnqilab nəticəsində Çar Rusiyasındakı vəziyyət haqqında rus əsirliyindən Mosula qaça bilmiş Avstriyalı bir yarbayın 6-cı Ordu komandanı Xəlil paşaın köməyi ilə baş komandan vəkili Ənvər paşa ilə İstanbulda görüşərək ona məlumatlar vermişdir. Kazan türkləri Milli İdarə rəisi Sədri Məqsudi Arsal 10 may 1918-ci ildə Osmanlı dövlətinin Moskva böyük elçisi Qalib Kəmali bəyi ziyarət etdiyi zaman Türküstanın birinci qapısının Bakı olduğunu, buranın hər tərəfdən bir anbar xüsusiyyəti daşıdığını və irəli hərəkatı üçün baza olaraq istifadə oluna biləcəyini bildirmişdi. Kazan, Türküstan və Azərbaycan türkləri, rus işğalının sona çatması və müstəqilliklərini qazana bilmələri üçün Qafqaz və Bakının bir an öncə ələ keçirilməsinin vacibliyi görüşünü Ardı »