Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan paytaxtlarıGəncə Mədəniyyəti

Fiziki mədəniyyət və idman mərkəzlərindən savayı şəhərdə Cəfər Cabbarlı (Azərbaycanın tanınmış dramaturqu) adına Gəncə Dövlət Dram teatrı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, "Zarrabi"poeziya teatrı, Gəncə Dövlət kukla teatrı kimi bizə miras qalan ən qədim mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Şəhərdə 5 Musiqi məktəbi, Uşaqlar üçün peşə məktəbi, İncəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 klub, musiqi evi, 27 kitabxana fəaliyyət göstərir.

Yuxarıda qeyd etdiyimiz dövlət tərəfindən maliyyələşdirilən məktəb və mərkəzlərdən başqa burda həmçinin orkestr şöbəsi, İstirahət mərkəzi, 3 istirahət parkı, tətbiqi və dekorativ incəsənət mərkəzi, "Gülşən" rəqs ansamblı və "Ulu Gəncə" ansamblı kimi özəl müəssisələr də fəaliyyət göstərir. Təhsil sahəsində 1300 Ardı »

Azərbaycan paytaxtlarıBakı Metropoliteni

Bakı metropoliteni ümumi uzunluğu 34,6 km olan 2 xətdən, 23 işləyən və iki tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 23 vestibülü var. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17,1 kilometrdən artıqdır. Bakı metropoliteninin nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur. Ardı »

Azərbaycan paytaxtlarıTəbriz Universitetlər

Təbriz Universiteti
Səhənd Texniki Universiteti
Tərbiyət Müəllim Universiteti
Azade Islame Universiteti
Serac Universiteti
Rüşdiyyə Universiteti
Nəbi Əkrəm Universiteti Ardı »

Azərbaycan paytaxtlarıBakı

Bakı — Azərbaycan Respublikasının paytaxtı; Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi; Xəzər dənizində ən böyük liman.

Şəhərin ərazi dairəsinin sahəsi – 2 130 km²-dir . Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Şəhər öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən iri şəhərlərindən biridir.

1918-ci ildən respublika tabeli şəhərdir. Şəhər 12 inzibati rayona və 48 kənd, qəsəbəyə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdirlər.

Bakı Azərbaycanın elmi, mədəni və sənayə mərkəzidir. Azərbaycanın bir çox iri şirkətlərinin Bakıda baş ofisləri var. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlanğıc nöqtəsi Bakıda yerləşir. Ardı »

Azərbaycan paytaxtlarıBakı Hərbi sənaye kompleksi

Bakıda Azərbaycanın hərbı- sənayə kompleksinin bir sıra müəssisələri yerləşir. Onların arasında Elektron Hesablayıcı Maşınlar zavodu, "İqlim" Elmi-İstehsalat Müəssisəsi, "Avia-Aqreqat" zavodu, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi, "Radioquraşdırma" zavodu, "Telemexanika" zavodu, "Alov" zavodu və digərləri var. Ardı »

Azərbaycan paytaxtlarıTəbriz Otellər

Pars oteli
Şəhriyar oteli
Qostəreş oteli
Təbriz beynəlxalq oteli
Azərbaycan oteli
Ərk oteli
Dərya oteli
Park oteli
Negin oteli
Sina oteli
Mərmər oteli Ardı »

Azərbaycan paytaxtlarıGəncə Təhsili

Gəncə Azərbaycanın əsas elm və təhsil mərkəzlərindən biri olub, Bakıdan sonra elm və tədrisin miqyasına görə ikinci şəhəridir. Burda tərkibində 24000 tələbə və 2800 dən çox müəllimi (99-u elmlər doktoru, 44-ü elmlər namizədi, 584-ü isə baş mühazirəçidir.) olan dörd dövlət və iki özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Yuxarıda qeyd edilənlərdən ilk öncə ölkəmizin ən qədim təhsil ocaqlarından biri olan [[Azərbaycan Dövlət Aqrar Universiteti]nı (ADAU) qeyd etmək olar. Akademiya 45 şöbə, 8 fakültə və 24 müxtəlif ixtisas üzrə fəaliyyət göstərir. ADAU şəhərlərdə və ümumiyyətlə ölkə daxilindəki fəaliyyət göstərən digər ali məktəblər üçün yararlı kadrlar hazırlamış və hal hazırda da hazırlamaqda davam edir. Ardı »

Azərbaycan paytaxtlarıTəbriz Xalçaçılıq

Təbriz orta əsrlərdən günümüzə qədər xalçaçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdır. Xalçaçılıqda Təbriz məktəbi məşhurdur. Bu günlərdə Təbriz xalçası dünya bazarlarında çox istənilənlərdəndir və Avropadan ABŞ-a kimi çox sayda müştəriləri vardır. Modern Təbriz xalçaları çeşidli dizayn və boyalarda olur. İran xalçalarını bütün dünyada məşhur edən Təbriz xalça tacirləri, İranın əyalətlərindən də xalça tədarük edib İstanbul bazarlarına Avropa və Amerika istehlakçıları üçün göndərirdilər. Ardı »