Azərbaycan paytaxtları → Təbriz Etimologiyası
Şəhərin adı barədə mütəxəssislərin yekdil qərarı yoxdur. Bəzi tarixçilər Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu iki qat qala müasir Təbriz şəhərinin yerində olmuşdur. Müasir Təbriz sözünün tələffüzünün özü-özlüyündə müəyyənləşdiyi ehtimal edilir.
Mənbələrdə Tarui, Tarmakis, Turi, Taris, Tavrez, Tavriz, Toris, Təvreş, Tarbiz, Tabriz, Terbiz və s. kimi qeyd olunan “Təbriz” sözünün etimologiyası və şəhərin salınma tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi müəlliflər bu adın Surxab dağı nın qədim adı “Tori” ilə əlaqədar olduğunu, digərləri isə Təbriz kəlməsinin Təbriz-Tavris-Tavaris, yəni (tav)+(aris) “dağ+arası” deyərək qeyd edirlər. İ.M.Dyakonov “Təbriz” sözünün ilk forması olan “Tarui-Tarmakis” sözünün qədim aşşur Ardı »