Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan paytaxtlarıBakı İqtisadiyyatı

Bakı Cənubi Qafqazın ən böyük sənaye və iqtisadi mərkəzidir. Bakı nefti müxtəlif dövrlərdə dünya neftində aparıcı çəkiyə malik olub. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.[27] Bundan başqa sürətlə böyüyən kapitalist Bakısı XIX əsrin sonralarında zərgərliyin ən böyük mərkəzinə çevrilmişdi. Şəhərin küçələrindən birinin indi də "Zərgər palan" adlanması buna sübutdur. 1900-cü ildə burada 130 nəfər təkcə qeydiyyatdan keçmiş zinət ustası və 89 nəfər şagird çalışırdı. XIX əsrin sonu və XX əsrin Ardı »