Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan paytaxtlarıBakı Tarixi

Abşeron yarımadası ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Suraxanı,Əmircanvə s. yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır.

Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V-VI əsr mənbələrində Bakı "Bağavan" və "Atəş-i Baquan", ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (XV əsr) "Baka", Səfəvilər dövrü fars dilli mənbələrdə "Badi kubə" adlandırılır.bu da tərcümədə küləklər şəhrəri anlamına gəlir.

Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər Ardı »

Azərbaycan paytaxtlarıBakı Təhsil mərkəzləri

Bakı Azərbaycanın ən vacib təhsil mərkəzlərindən biridir. Burada çoxlu təhsil obyektləri yerləşib.

ADA Universiteti
Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Texniki Universiteti
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Azərbaycan Tibb Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Dillər Universiteti
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Azərbaycan Milli Konservatoriyası
Azərbaycan Teatr Universiteti
Azərbaycan Turizm İnstitutu
Bakı Musiqi Akademiyası
Bakı Dövlət Universiteti
Bakı Slavyan Universiteti
Bakı Asiya Universiteti
Bakı Avrasiya Universiteti
Bakı Biznes Universiteti
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
Bakı Qızlar Universiteti
Qərb Universiteti
Milli Aviasiya Akademiyası
Azərbaycan Universiteti
Odlar Yurdu Universiteti
Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti
Xəzər Universiteti
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası Ardı »

Azərbaycan paytaxtlarıTəbriz Tarixi abidələr

Təbriz qədim dövrlərdən Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri olmuşdur. Hazırda Təbriz yaxınlığında Allahu-əkbər dağı üstündə (Baba dağı yaxınlığında) möhkəm daş divarlara malik olan atəşgah binasının qalıqları saxlanlır. Bu atəşgah xalq arasında Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur. Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan Adının etimologiyası

Ən qədim yer adlarından olan “Naxçıvan” toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçi və coğrafiyaşünasları Naxçıvan şəhərinin e.ə. 1539 – cu ildə salındığını göstərmişlər.Brokhauz və Efronun ensiklopedik lüğətində də Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir.

Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur.

Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yun. Αποβατήριον) toponimini qeyd edir ki, bu toponim də erməni dilinə Ardı »

Azərbaycan paytaxtlarıEkbatan

Ekbatan (qədim türkcə:Aqbatan,yunanca: Ἀγβάτανα , latınca: Ecbatana, ibranicə: אַחְמְתָא, Nabonidin xronikası və Bisütun yazılarında Aqmatana) – Herodotun "Ἐκβάτανα" kimi qeyd etdiyi[1] qədim dünyanın ən böyük şəhərləeindən biri olmuşdur. İ. M. Dyakonov yazır ki, bu şəhər qədim Midiyanın ürəyi idi.[2] Şəhər mənbələrdə daha çox Astiaqın paytaxtı kimi xatırlansa da, digər maday hökmdarlarının hakimiyyəti dövründə də siyasi və mədəni mərkəz Ekbatan olub. Sonuncu Midiya hökmdarı Astiaqın Fars qiyamını yatıra bilməməsi nəticəsində farslar tərəfindən işğal olunub və bu hadisə Midiyanın süqutu ilə nəticələnib.

Farsların əlinə keçdikdən sonra isə, Əlvənd dağının ətəyində yerləşən gözəl şəhər Əhəməni hökmdarlarının yay iqamətgahı olub. Daha sonra şəhər Parfiya hökmdarlarının paytaxtı Ardı »

Azərbaycan paytaxtlarıBakı Dəmir yolu nəqliyyatı

Hazırda Bakı dəmir yolu vağzalından Moskvaya, Kiyevə, Tiflisə, Sankt-Peterburqa, Xarkova, Tümenə, Rostov-na-Donuya, Ağstafaya, Balakənə, Horadizə, Gəncəyə, Astaraya qatarlar gedir.[36]. Bakı-Tbilisi-Qars dəmiryolu xətti açıldıqdan sonra Qarsa və İstanbula marşrutların açılışı gözlənilir. Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan Yeni dövr

Naxçıvan XVII əsrin əvvəllərində Nadir şah Əfşarın qoşunları tərəfindən fəth edilmiş və Əfşarların hakimiyyəti altına keçmişdir. Nadir şah öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Nadir şahın naibi Ağa Həsəni Naxçıvandan qovaraq özünü xan elan etdi və Naxçıvan xanlığının əsasını qoydu. Naxçıvan şəhəri xanlığın paytaxtı oldu.

1828 – ci il Türkmənçay müqaviləsinə əsasən Naxçıvan Çar Rusiyasının tərkibinə qatılmışdı. Naxçıvan Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra çar höküməti İrandan və Şərqi Anadoludan on minlərlə erməni ailəsini Naxçıvan xanlığı ərazisinə köçürmüş və Naxçıvanın demoqrafik quruluşu kəskin surətdə dəyişilmişdi.Naxçıvan ərazisi də Azərbaycanda yaradılmış Erməni vilayətinin tərkibinə daxil oldu.

1841 – ci ildə Naxçıvan qəza mərkəzinə Ardı »

Azərbaycan paytaxtlarıƏrdəbil

2011-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Ərdəbil şəhərinin 564,365,nəfər əhalisi var. Əhalinin əksəriyyəti azərbaycanlılar olmaqla, qalan qismi çox az sayda (1%-dən az) farslardan ibarətdir.

Ərdəbil özünün xalı, xalça, ipək və s. məhsulları ilə şöhrət qazanmışdır. Həmçinin, İranın kartof becərilən ən böyük bölgələrindən biridir. Məşhur Şeyx Səfiəddin və Şah İsmayıl məqbərələri bu şəhərdə yerləşir. Ərdəbilin digər tarixi abidələrinə gəldikdə, Cümə məscidini və şəhərin Kəhralan adlanan hissəsindəki Şeyx Cəbrayıl məzarlığını qeyd etmək olar.

Şəhərin cənub-qərb hissəsində yerləşən Şorəbil gölü və gölün ətrafındakı əyləncə məkanı Ərdəbilin yüksək turizm potensialının göstəricisidir. Bundan əlavə şəhər kənarında yerləşən Səreyn yaşayış məntəqəsi müalicə əhəmiyyətinə malik isti suyu ilə şöhrət Ardı »