Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan paytaxtlarıEkbatan Tarixi

Yunan mənbələrində qeyd edilir ki, şəhərin əsası e.ə. V əsrdə Midiyanın ilk hökmdarı (və ya Manna canişini) Deyok (assur mənbələrində Dayaukku) tərəfindən qoyulub. Deyok şəhərin ətrafına yeddi qatlı və hər qatı müxtəlif rəngli daşlardan inşa olunmuş qala divarı çəkdirərək, yaratdğı dövlətin mərkəzi elan edib. Herodot isə yazır:

"İndi Ekbatan adlanan və qala divarları nəhəng, güclü, bir-birinin üstünə yığılmış dairələri xatırladan şəhəri madaylar inşa ediblər. Qaladakı sarayın da planı qalanın planı kimidir, möhkəmləndirilmiş divarlar, künclərdəki mazqallı sipərlərlə mühafizə olunur. Ətrafdakı təbiət şəhərlə incə bir uyğunluq təşkil edir və bu daha çox sənət əsəri effekti yaradır. Qala divarlarının sayı yeddidir. Hökmdarın sarayı və dövlət Ardı »

Azərbaycan paytaxtlarıBakı (Adın etimologiyası)

Bakı şəhərinin adının tarixi ilə bağlı bir çox versiyalar mövcuddu. Müxtəlif dövrlərdə müxtəlif səyyahlar və tarixçilər tərəfindən Bakı adı müxtəlif cür təqdim olunmuşdu.

Ümumiyyətlə, Abşeron yarımadasında rast gəlinən adlar əsasən burda yaşayan tayfalar, əhali ilə bağlı olmuşdu. Massagetlərdən Maştağa, mərd tayfalarından Mərdəkan, türklərdən Türkan qəsəbələrinin adı formalaşmışdı. Bakı adına gəlincə isə, bu ad ilk dəfə V əsr Bizans müəlliflərinin əsərlərində rast gəlinmişdi. O, Skif padşahlığıdan Midiyaya gedən yolda "dəniz daşından partlayan" ərazi haqqda məlumat verirdi. VIII əsrin erməni tarixçisi Qevond Xəzər tayfaları ilə ərəblərin toqquşmasından məlumat verərkən Atşi-Baquan ərazisinin adını çəkir. Sara Aşurbəyli bu məlumata istinad edərək bildirir ki, "Atşi" sözü "atəş" Ardı »

Azərbaycan paytaxtlarıŞamaxı Tarix

S. Aşurbəyli və Q. Qeybullayevə görə Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə bağlıdır. Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Fars mənbələrinin məlumatına görə o, VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınmışdır. Lakin e.ə. II əsr yunan müəllifi Ptolomey 29 alban şəhəri içərisində bəzi alimlərin Şamaxı ilə eyniləşdirdikləri Kamexiya, yaxud Mamexiyanın adını çəkir. Son onilliklərdə Şamaxının həndəvərində, müasir Şamaxı şəhərindən 2 km qərbdəki Xınıslı deyilən yerdə 2000 m 2 sahədə aparılan arxeoloji qazıntılar nəticəsində qədim Şamaxı olduğu ehtimal edilən Ardı »

Azərbaycan paytaxtlarıTəbriz

Təbriz (fars. تبریز‎) — İranın üçüncü böyük şəhəri, Şərqi Azərbaycan ostanının inzibati mərkəzi. Təbriz şəhəri azərbaycanlıların mənəvi paytaxtı hesab olunur.

2011-ci siyahıyaalınmasına əsasən əhalisi 1.494.998 nəfərdir. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhər Aynalı ya Eynəli dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda, Surxab dağının ətəyində, dəniz səviyyəsindən 1350 metr yüksəklikdə yerləşir. Ardı »

Azərbaycan paytaxtlarıQazaka Şiz qalası

Şiz qalası və ya Gəncək qalası Qazaka şəhərini əhatə edən dairəvi formalı müdafiə qalasıdır. Atropatennın Parfiya vassallığında olduğu dövrdə inşa edilmiş qala, Sasani şahlarının sifarişi ilə əsaslı bərpa edilmişdir.

Tarixi mənbələr məlumat verir ki, atropatena hökmdarları tərəfindən inşa edilmiş qala divarları Bizans imperatoru İraklinin Atropatenaya hücumu zamanı qalaya atılan ağır vəznli cismlər vasitəsiylə dağıdılmışdır.

Tədqiqatçıların əksəriyyətinin fikrincə qala divarları parfların hakimiyyəti dövründə inşa edilmişdir. Divarların memarlıq üslubu ilk baxışdan parfların digər qalalarını xatırladır. Ümumiyyətlə Parfiya dövründə əksər qalalar dairəvi şəkildə inşa edilirdi. Lakin Tisifun və Təxti Süleyman ellips şəklində tikilmişdir.

Nuiumen Şiz qalasının Sasanilər tərəfindən tikildiyini göstərir. O deyir: "Ola bilsin ki, Sasanilər qalanı Ardı »

Azərbaycan paytaxtlarıŞamaxı Təbiəti

Şamaxı torpaqlarının təbii şəraiti lap qədim vaxtlardan insanlar cəlb edirdi. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, minqeral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonun ərazisində 50-dən çox adda dərman bitkiləri yetişir.

Meşələrin ən zəngin təbiəti burada heyvanların və quşların yaşaması üçün çox əlverişlidir. Şamaxının heyvanat aləmində cüyürlər, qabanlar, ayılar və çöl pişikləri üstünlük təşkil edir. Dağlıq ərazidə yayda azacıq isti, qışda isə mülayim iqlim şərati müşahidə olunur. Burada Ardı »