Ümumi → Təbriz üsyanı (1908-1909)
Məşrutə inqilabının(1905-1911) gedişində Məhəmməd Əli şah Qacarın Məşrutəni ləğv etmək yolunda başladığı əksinqilabı fəaliyyətə qarşı baş vermiş üsyan.
Üsyanın başlanması[redaktə]
Tehranda baş verən 10(23) iyun 1908-ci il əksinqilabi çevrilişindən sonra irtica İranın bütün əyalətlərində hücuma keçdi. Rəştdə, Ənzəlidə, Məşhəddə, Səbzəvarda, Kuçanda, Kirmanşahda, Buşirdə, Bəndər-Abbasda, eləcə də başqa şəhərlərdə qubernatorlar şahın əmri ilə bütün əncümənləri qovdular və bir çox qəzetləri bağladılar.23 iyun 1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edəndə, Mir Haşimin başçılığı altında Təbriz irticaçıları şəhəri ələ keçirməyə və mücahidlərlə, fədailərlə və əncümənlərlə birdəfəlik haq-hesab çəkmək fikrinə düşdülər. Mir Haşimin dəvəçılərınə Mərənd xanı Şüca-Nizamın və Təbrizin qərb hissəsinin-Qaraməlik məhəlləsinin dəstələri də qoşuldular. Ardı »