Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → A.Bakıxanov adına Tarix İnstitutu - Əldə etdiyi elmi nəticələr

1997-2003-ci illərdə Azərbaycan tarixinin müxtəlif problemlərini əks etdirən 50 monoqrafiya və kitab, 300-dən artıq məqalə çapdan çıxmışdır. Bunlardan ən mühümü 7-cildlik Azərbaycan tarixinin I, II, III, IV, V, VI cildlərini, "XX əsrin əvvəllərində Azərbaycanın siyasi partiyaları (1900-1917-ci illər)", "Azərbaycan Xalq Cumhuriyyəti" (Azərbaycan və rus dillərində), "Türklərə qarşı erməni terrorizmi" (ingilis dilində), "Azərbaycan Respublikası. Əsrə bərabər on il. 1991-2000", "Bərdə şəhərinin tarixi (b.e.ə III əsr - b.e. XVIII əsri)", "Quba tarixi" və s. göstərmək olar. 2004-2011-ci illərdə Azərbaycan tarixinin müxtəlif problemləırini əks etdirən 300 yaxın monaqrafiya və kitab, 1500 dən artıq məqalə çapdan çıxmışdır. Bunlardan ən mühümləri "Azərbaycan Xalq Cümhuriyyəti” (Azərbaycan və Ardı »

Ümumi → Atropatena-Roma əlaqələri

Selevkilərin parflar tərəfindən Şərq ölkələrindən qovulmasından sonra güclü olan romalılar Parfiyanın ciddi rəqibi kimi tarix meydanına çıxdılar. Romalılar Ermənistanı və ona qonşu olan ölkələri, eyni zamanda Şərq ilə Qərbi birləşdirən ticarət yolunu ələ keçirməyə səy göstərirdilər. E.ə. 69-cu ildə romalılar Ermənistanı tutmaq istədikləri vaxt Atropatena öz ordusu ilə birgə Ermənistanın müttəfiqi kimi çıxış etdi və Tiqranakert döyüşlərində birləşmiş Atropatena-Ermənistan orduları Romaya güclü zərbə endirdi. Həmçinin Atropatena Romaya qarşı Parfiya ilə də müttəfiqlik edirdi.

Strabonun göstərdiyinə görə bu dövrdə Atropatena qüdrətli hərbi qüvvəyə malik idi. Onun məlumatına görə Atropatena 10.000 süvari və 40.000 piyada orduya malik olmuşdur. E.ə. 36-cı ildə böyük bir qüvvə Ardı »

Ümumi → Azərbaycan müəllimlərinin XI qurultayı

Azərbaycan müəllimlərinin XI qurultayı — 24 sentyabr 1998-ci ildə keçirilmişdir.

XI qurultayın gündəliyindən[redaktə]
Hər bir hadisə, hər bir fakt bu və ya digər özəl cəhəti ilə yadda qalır, seçilir. Bu fikir baxımından Azərbaycan müəllimlərinin XI ali məclisi bir neçə yöndən fərqli olmuşdur. Əvvəla, bu, müstəqillik qazanmış respublikanın təhsil işçilərinin qurultayı idi. İkincisi, ilk dəfə olaraq Azərbaycan müəllimlərinin himni səsləndirilmişdir. üçüncüsü, ilk dəfə olaraq Azərbaycan Respublikası Təhsil Şurası seçilmişdir.

1998-ci il sentyabrın 25-də saat 10.00-da Respublika Sarayında işə başlamış ali məclisdə 1995 nəfər nümayəndə iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qurultaya təbriki oxunmuşdur.

Qurultaya xarici ölkələrdən çoxlu sayda təbriklər göndərilmiş, Azərbaycanda olan səfirliklərin nümayəndələri çıxış etmişlər.

Ali Ardı »

Ümumi → Arəş (müğənni)

Həyatı[redaktə]
Arəş Ləbaf 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Əslən azərbaycanlı olduğunu bildirsə də öz rəsmi internet səhifəsində fars mədəni irsinin daşıyıcısı kimi təqdim olunur və Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk fars olduğu bildirilir.

10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə, 5 il sonra isə Malmöyə köçüb.

Arəşin əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur. Bu fikirlər GAMOH tərəfindən səsləndirilir.

35 yaşlı Arəş hazırda Malmödə yaşayır. Bəstəkar, prodüser və müğənni kimi ixtisaslaşıb. Dayvinq, basketbolla maraqlanır, şlyapa kolleksiyası toplayır. 2004-cü il sentyabrın 22-də farscadan tərcümədə "Get-get" Ardı »

Ümumi → Chitipa (mahal)

Coğrafiya[redaktə]
Chitipa ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aid olub ölkənin ən şimal mahalıdır. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Chitipa şəhəridir. Mahal şərqdə Karonga mahalı, cənubda Rumphi mahalı, şimalda Tanzaniya, qərbdə Zambiya ilə qonşudur.

Əhali[redaktə]
Chitipa mahalında 16,628 nəfər yaşayır. Əhali baxımından Malavi mahalları arasında ən az əhalisi olan mahallardan biri sayılır.

Şəhərləri[redaktə]
Chitipa Ardı »

Ümumi → Cəbrayıl qəzası

Cəbrayıl qəzası 1867-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin ərazisində yaranmışdı. 1905-ci ildə Qaryagin qəzası adlanmış, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının baş nazirinin sərəncamı ilə yenidən Cəbrayıl qəzası adlanmışdır. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, sahə iclasçıları və şəhər polisi idarə ədirdi. Qəzada məhkəmə yaradılmışdı. Cəbrayıl qəzası Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yelizavetopol(Gəncə) quberniyası tərkibində inzibati ərazi vahidi olmuşdur.Mərkəzi eyni adlı yaşayış məntəqəsi idi.XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycana qarşı işğalçılıq müharibəsində vuruşmuş rus zabitlərindən P.M.Karyaginin (1761-1807) adı ilə Karyagin qəzası (1905) adlandırılmışdı.Qəza idarə sistemi mövcud idi. Qafqaz təqviminin (1917)məlumatına görə,ərazisi 3276,31 kv.verst(1verst=1,0668 km), əhalisi isə 89584 nəfər idi.Qəza əhalisinin 44493 nəfəri(49,66%)kişi,45091 nəfəri(50,33%) qadın Ardı »

Ümumi → Cavanşir qəzası

Cavanşir qəzası (rus. Джеванширский уезд) - Yelizavetpol quberniyasının bölgələrindən biridir. Cavanşir qəzasının inzibati mərkəzi Yelizavetapol - Şuşa şəhərləri arsındakı Tərtər poçt stansiyası hesab olunurdu; Yelizavetapoldan 681/6 vers. məsafədə Tərtər çayının üzərində Bərdə kəndi yerləşmişdir. Bərdə Qafqaz Albaniyasının paytaxtı olmuş, VII əsrdə ərəb istilalarına, 943 ildə Xəzərdən Kür çayı ilə keçərək gəlmiş ruslların, XIV əsrdə isə Teymurləngin dağıdıcı hücumları nəticəsində viran qoyulmuşdur. Şəhərdən yarı dağılmış qala divarları qalmışdır. Qəza 213 kəndi əhatə edirdi. Əhalinin əksəriyyəti əkinçilik və madarlıqla məşğul idi. Orta və düzən sahələrdə bağçılıq və ipəkçilik mühüm yer tuturdu. Əkin sahələrində əsasən buğda, arpa əkilirdi. Xüsusən düzən yerlərdə düyü və pampıqda Ardı »

Ümumi → Telets xan

Telets xan — (bolq. Телец) - Bulqar xanı. 762-765 illərində hökmdarlıq etmişdir. Uqaiin sülaləsindən idi.

Hakimiyyətə gəlməsi[redaktə]
Vinek xanın ailəsi ilə birgə öldürülməsindən sonra anti-slavyan saray əyanları tərəfindən taxta çıxarılmış, energetik, cəsur adam idi.

Hakimiyyəti[redaktə]
İmperator V Konstantin ilə geniş müharibəyə başlayan xan slavyan əsgərlərinin qaçması nəticəsində məğlub olaraq geri çəkilməli oldu. Öncəki xanlar kimi Telets də eyni sonu yaşadı və məğlubiyyətin cəzası olaraq edama məhkum edildi. Ardı »