Həyatı[redaktə]
Mahal İbrahimxəlil oğlu 12 sentyabr 1938-ci ildə Gürcüstanın Tetriskaro (Ağbulaq) rayonunun Kosalar kəndində ahadan olmuş, ilk təhsilini kəndin səkkizillik məktəbində aldıqdan sonra 1955-1959-cu illərdə Marneuli şəhərində Pedaqoji Məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə doğma kənd məktəbində başlamışdır.
1959-1962-ci illərdə əskəri xidmətə olmuşdur. Sonra doğma kəndində müəllimlik fəaliyyətinə qayıtmışdır. 1963-1967-ci illərdə N.İ.Lobaçevski adına Qorki (Nijni-Novqorod) Dövlət Universitetinin tarix fakültəsini bitirərək tarixçi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra yenidən doğma kəndlərinə dönərək 1973-cü ilin oktyabr ayina qədər orada tarıx fənnini tədris etmişdir.
1973-cü il oktyabr ayının 1-dən M.F.Axundov adına APRDƏİ tarix kafedrasında laborant, kabinet müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. O, İnstitutda pedaqoji fəaliyyətlə yanaşı tarix elmi Ardı »