Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiVaterloo döyüşü

Vaterlou vuruşu — Napoleon Bonapart, tarixdəki ən müvəffəqiyyətli generallardan biri olaraq qəbul edilir. Napolyon, orduları ilə Orta və Cənubi Avropanın böyük qisimini idarə edirdi. 1814-cü ildə məğlub olan və sürgünə göndərilən Napolyon, bir il sonra qaçdı və ölüm-dirim müharibəsinə Vaterlouda başladı. Napolyon, ehtiyat qüvvələrinin döyüş sahəsinə çox gec gəlməsi ilə Lord Vellinqtonun koalisiya ordusuna məğlub oldu və bir daha döyüş meydanlarında görünmədi. Bu gün müharibələrin baş verdiyi ərazidə çox sayda muzey və abidələr var. Ardı »

ÜmumiChiradzulu (mahal)

Coğrafiya[redaktə]
Chiradzulu ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Chiradzulu şəhəridir. Mahal şərqdə Mulanje mahalı, cənubda Thyolo mahalı, şimalda Zomba mahalı, qərbdə Blantyre mahalı ilə qonşudur.

Əhali[redaktə]
Chiradzulu mahalında 290,946 nəfər yaşayır.

Şəhərləri[redaktə]
Chiradzulu Ardı »

ÜmumiŞükrullah Xəlvəti

Şükrullah Xəlvəti - tanınmış xəlvəti şeyxlərindən biri, Seyid Yəhya Bakuvinin tələbəsidir.

Şeyx Şükrullahın atasının adı Qasımdır. Atası Mədinəli olub ərəb əsillidir. Anadoluda Sandıqlıda doğulmuşdur. Qaramanoğulları ilə Zülqədəroğulları arasındkı müharibədə burdan köç edərək Bakıya gəlmişdir. Bakıda Seyid Yəhyaya biət edən Şeyx Şükrullah uzun illər Seyid Yəhyaya xidmət edərək xəlvətilik təriqətində şeyxdən sonra ən yüksək məqam olan pişuqədəm məqamına yetişmişdir.

Seyid Yəhyanın vəfatı üzərinə Bakıdakı xanəgahda Seyid Yəhyanın ortancıl oğlu Fəthullah şeyxlik iddiası edib, ondan öncə posta oturmuşdur. O, dərvişlik ədəbi ilə "Şeyxin oğludur" - deyə onun bu hərəkətinə dözmüşdür. Tezliklə Seyid Yəhyanın oğlu Fəthullah vəfat etdiyinə və buradakı dərvişlərin təkidi ilə Bakıya gələrək uzun Ardı »

ÜmumiXocalı soyqırımının tanınması

Beynəlxalq aləmdə tanınması[redaktə]
Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.

2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19-26-da Türkiyənin İstanbul şəhərində və 25 vilayətində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı Ardı »

ÜmumiAvesta Məzmunu

İ.Purdavudun yazdığına görə Avesta, o cümlədən qatların məzmunu xoşniyyət, xeyirxalıq və bunlara əməl etməkdən ibarətdir.

Qatlarda deyilir: "Biz o şəxsə hörmət edirik ki,o,birinci dəfə Zərdüştün beş duasını müqəddəs sayıb onu oxusun."

Bu ideologiya məzdəizmi qəbul edənlərin əlində Əhrimənə qarşı mübarizədə ən gözəl silahdır. Onlara görə dünyada xeyir ilə şər mövcuddur. Xeyiri seçmək və şərə qrşı mübarizə aparmaq hər bir fərdin şərəfli borcu olmalıdır. Zərdüştə görə bu şüar insanları müdafiə etməli və axirətdə hesabat vaxtı isə onlara bəraət qazandırmalıdır.

Dinkorda görə böyük hökmdar Ərədşir Avestanın toplanmasını herbdane-herbud Tanserə tapşırdı. Tanser həmin dövrün ən görkəmli alimlərindən biri idi. Bu haqqda Məsudi deyir: "O, asılı dövlətlər sisteminin Ardı »

ÜmumiKuti dövləti

Kutilər erkən tayfa birliyi şəklində[redaktə]
E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və Ardı »

ÜmumiXIX-ХХ əsrlərdə ermənilərin Cənubi Qafqaza köçürülməsi

Ermənilərin Cənubi Qafqaza köçürülməsi və Azərbaycan ərazilərinə yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi.

Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.
Köçürülmə planının məqsədi[redaktə]
Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Dəli Pyotorun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilyan, Ardı »

ÜmumiHeydər Əliyevin ölümü və dəfni

Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-ın Klivlend xəstəxanasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir. 13 dekabrda Azərbaycan prezidenti İlham Əliyevin dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 14 dekabr mərhumun qəbri Bakıya gətirilib.

Vida mərasimi Respublika Sarayında (hal-hazırda - Heydər Əliyev Sarayı) 15 dekabr 2003-cü il tarixində keçirilib və əsas Azərbaycan telekanallarında canlı yayımlanıb. Mərasimə müxtəlif dövlətlərin cari və keçmiş rəhbərləri iştirak edib. Həmçinin, bir sıra dövlət başçıları başsağlığı verib. Heydər Əliyev Fəxri Xiyabanda həyat yoldaşı Zərifə Əliyevanın yanında dəfn edildi. Cənazə mərasimi əsnasında artilleriya atəşi verildi. Ardı »