Ümumi → Baqramda təyyarə qəzası (6 iyul 2011)
Məlumat[redaktə]
Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə hazırlanıb və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.
Bakı-Baqram marşrutu ilə hərəkət edən və 5 iyul 2011-ci il tarixində, saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev adına beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Azərbaycan Mülki Aviasiya Administrasiyasından bildiriblər ki, İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsində 9 nəfər heyət üzvü olub. Təyyarənin kapitanı 1969-cu il təvəllüdlü Kuzmin Sergey Viktoroviç 4576 saat uçuş həyata Ardı »