Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Şahbulaq qalası

Şahbulaq qalası (qəsri) - Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş XVIII əsr tarixi abidəsi.

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub.

Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan İran tərəfdən gözlənilən təhlükədən qorunmaq üçün strateji cəhətdən əlverişli bir yerdə, möhkəm qala tikdirmək qərarına gəldi. Bu qala, həm də xanlığın mərkəz qalası olmalı idi. Bu məqsədlə, Ağdamın 10 kilometrliyində dağların ətəklərində çeşməli bir ərazini seçdi. Şahbulaq qalasının burada salınması hər cəhətdən əlverişli idi. Daha doğrusu, təhlükəsiz idi. Xanlığın Ardı »

Ümumi → Həftəvantəpə

Həftəvantəpə – Güney Azərbaycan ərazisində, Urmiya gölü yaxınlığında, Şapur şəhərindən cənubda yerləşir. Həfətvantəpədə arxeoloji qazıntılar C.Barney tərəfindən aparılmışdır. Tədqiqatlar nəticəsində e.ə. III minillikdən başalamış orta əsrlər dövrünə kimi tarixi kəsimi əhatə edən yeddi dövr müəyyənləşdirilmişdir.

Təbəqələrin ardıcıllığı xırda sapmalar nəzərə alınmazsa Həsənli üçün qəbul edilmiş dövrlərlə uyğun gəlir.

Həfətvantəpə V dövrü intensiv tikinti fəaliyyətini üzə çıxarır. Binalardan boz gil məmulatından və özündən əvvəlki ənənələri əvəz etdirən qırmızı gil məmulatından ibarət keramika tapılmışdır. Onlar iri saxlanc küplərindən, boğazı və ya lüləyi açıq qablardan ibarətdir. Qablar dalğavari xəttlər və ya üçbucaqlılarla bəzədilmişdir.

Əsas tikililər təpənin başında (C.Barney onları Urartu dövrünə aid edir) eləcə də onun altında Ardı »

Ümumi → Məmməd Məmmədovun ata-anasının mənsub olduğu nəsillər

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bəy nəslinə mənsub olanların əksəriyyətinin soyadındakı bəy sözü ixtisar edilirdi. Yalnız bu halda onlara pasport verilirdi. Buna görə də Murtuza bəyin varislərinin soyadı Məmmədbəyli deyil, Məmmədov olmuşdur. [3]

Məmməd Məmmədovun atası Murtuza bəy 1876-cı ildə Çəmənli oymağında anadan olmuşdur. Onun usaqlıq və gənclik illəri Çəmənli oymağında keçmişdir. Onun atası Məmməd bəy Yusif bəy oğlunun Çəmənlidəki üzüm bağları adla tanımırmış. Murtuza bəy Çəmənli Hatəmxan ağanın kötücəsidir. Hatəmxan ağanın oğlu Nadirqulu bəy XIX əsrin əvvəllərində Çəmənli oymağının yüzbaşısı idi. Nadirqulu bəyin Yusif bəy (1788-1848), Məşədi Hatəmxan bəy (1798 - ?), Kazım bəy (1816 - ?) adlı üç oğlu olmuşdur. Ardı »

Ümumi → Girdiman qalası

Girdiman qalası əsası VII əsrdə qoyulmuş qədim Qafqaz Albaniyasının Girdiman vilayətinin mərkəzi – indiki Lahıc qəsəbəsinin olduğu güman edilir. Rayon mərkəzindən 37 km şərqdə Girdiman çayının sol sahilində yerləşir. Erkən orta əsrlərdə Girdiman vilayətinin, daha sonra Layizan məlikliyinin inzibati ərazisi olmaqla bərabər, eyni zamanda qədim Albaniya dövlətinin alınmaz qalası olub. Lahıc qəsəbəsində 1980-cı ildə yaradılmış Tarix və Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Qoruq ərazisində 93 ədəd tikili tarix və mədəniyyət abidəsi mühafizə olunur ki, bunlardan 71-i şəxsi yaşayış evləri, 22-si isə müxtəlif təyinatlı tikililərdir. Qoruğun ərazisi 80 hektardır. Lahıc – Bakı – Laqodexi şossesinin 163 km-dən şimali şərqə 27 km məsafədə yerləşir. Ardı »

Ümumi → Sumqayıt hadisələri (1973)

Sumqayıt hadisələri — 1973-cü ilin noyabrında Sumqayıt şəhərində baş vermiş hadisələr.

Mənbələrin yazdığına görə, fəhlələrin qiyamının arxasında iqtisadi tələblər dururdu: "Fəhlələr şəhərin çörəklə təminatında yaranmış problemə və qiymətlərin artmasına etiraz edirdilər. Başqa bir versiyaya görə, kortəbii qiyamın arxasında ermənilərin əleyhinə çağırışlar dururdu. Bu ərəfədə Xankəndində azərbaycanlılarla ermənilər arasında dava düşmüşdü və bir azərbaycanlı gənc qətlə yetirilmişdi. Üçüncü versiyaya görə, 1963-cü il qiyamının təşkilatçıları 1973-cü ildə onun 10 illiyini qeyd etmək üçün hazırlıq tədbirləri görmüş, lakin Azərbaycan ”DTK"-sı onun qarşısını almışdır". Ardı »

Ümumi → Azərbaycan legionu

Azərbaycan legionu — müstəqil Azərbaycan dövləti yaranması uğrunda Almaniya tərəfdə döyüşən azərbaycanlılardan ibarət ordu. Müharibə illərində siyasi mühacirlər Azərbaycan Milli Komitəsini yaratdılar, komitə almanlar Qafqazı ələ keçirdikdən sonra ölkəyə rəhbərlik edəcəkdi. 1941-ci ildə Qafqaz Müsəlman legionu yaradılıb, 1942-ci ildə adı dəyişdirilərək Azərbaycan (Azerbajdzansche) legionu qoyulub.

Qafqaz cəbhəsində 4,500 azərbaycanlı əsgərdən ibarət 5 batalyon döyüşüb, onlar özlərini ən yaxşı tərəfdən göstəriblər. Məsələn, 804-cü "Aslan" batalyonu bütün xarici hissələrlə müqayisədə daha çox sayda əsgərinin müxtəlif döyüş "xidmətlərinə" görə təltif edilməsi ilə fərqlənirdi. Həmçinin, "Berqman", "Donmek" batalyonları da fərqləniblər.

1943-cü ilin yayında 162-ci türk piyada diviziyası yaradıldı. 1944-cü ildə Azərbaycan legionu Azərbaycan milli-azadlıq ordusunun birləşmiş qərargahına Ardı »

Ümumi → Bayıl qalası - TARİXİ

Qala mənbələrdə müxtəlif adlarla ("Sualtı şəhər" , "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və s.) anılsa da elmi ədəbiyyatda daha çox "Bayıl qəsri" adı ilə tanınır.

Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 -ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306 – cı ildə baş vrən güclü zəlzələ Ardı »

Ümumi → Naxçıvan şəhəri - Türk imperiyalarının münaqişə bölgəsi

Naxçıvan şəhəri 1412 – ci ildən Azərbaycanın türk mənşəli Qaraqoyunlu, 1468 – ci ildən isə Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur. XVI əsrdə isə Naxçıvan Səfəvilər dövlətinin tərkibində idi. 1501 – ci ildə Naxçıvan ərazisində Səfəvilər və Ağqoyunlular arasında Şərur döyüşü baş vermişdi. Səfəvi qoşunları bu döyüşdə qalib gəldikdən sonra Naxçıvan şəhərini fəth etmişdilər.

XVI – XVII əsrlərdə Səfəvi–Osmanlı müharibələri (1514, 1553, 1554, 1579, 1585, 1590, 1605, 1635) zamanı Naxçıvan şəhəri dəfələrlə əldən - ələ keçərək dağıdılmış, qarət edilmişdi. 1603 – cü ildə isə I Şah Abbas Naxçıvanı hakimiyyəti altına alıb hərbi düşərgəyə çevirmişdi. Şəhərin idarəsi Maqsud Sultan Kəngərliyə həvalə olundu. 1605 – ci Ardı »