Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Azərbaycan Əhəmənilər İmperiyasının tərkibində

Azərbaycan Əhəmənilər imperiyasının tərkibində – türk madaylar fars Əhəmənilər sülaləsi tərəfindən devirildikdən sonra Midiya dövlətinə tabe olan ərazilərin böyük bir hissəsi Əhəmənilərin əlinə keçdi.

İlk Əhəmənilər dövründə Azərbaycan ərazisinin hansı hissəsinin fars dövləti tərkibinə daxil olduğunu bilmirik. Maraqlıdır ki, Madanın birinci satrapı Oybar "Nabonidin salnaməsi"ndə a"mçtpehat mat Gutium" adlanır. Sonuncu ad (Gutium) qədim Mada vilayətlərinə – Cənubi Azərbaycana, güman ki, qədim Urartuya da işarədir. Ksenofontun məlumatından aydın olur ki, Mada Kirin dövründə Ermənistan və kadusilərlə eyni canişinliyə daxil idi.

Deməli, Cənubi Azərbaycan torpaqlarının xeyli hissəsi, bəlkə də onun bütün ərazisi bu dövrdə Mada satraplığına daxil idi. Herodot farsların hökmranlığının Qafqaz sıra dağlarınadək yayıldığını Ardı »

Ümumi → Sədr

Sədr – Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Qiyasəddin Məhəmməd bin Əmir Yusifi vilayət sədrinə nümunə olaraq göstərmək olar. I Şah İsmayıl hicri 916 (1510)-cı ildə Xorasanı tutduqdan sonra Əmir Qiyasəddini "şəriətin bütün işlərində vahid və müstəqil hakimiyyətlə" Xorasana qazi təyin etdi. Hicri 922 (1516)-ci ildə Təhmasib Mirzə Xorasan hakimi təyin edilərək oraya göndəriləndə, onun lələsi olan Əmir sultan (Əmir xan Türkman) əməli hakim oldu. Əmir Qiyasəddin isə şahzadəyə sədr təyin edildi.

Sədr dini idarəyə rəhbərlik edir və antifeodal bidətçi hərəkatların qarşısının alınmasıkökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı. İskəndər bəy Münşi Ardı »

Ümumi → Goranboy əməliyyatı - Hücumun başlanması

12 iyun, 1992-ci il tarixində, Azərbaycan Xalq Cəbhəsi sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sadəcə 5 gün sonra, Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağ mərkəzində Əsgəran bölgəsi istiqamətində şərqdən geniş miqyaslı hücum başlayır. Ümumi 4.000 qoşundan ibarət 2 qrup Əsgərana şimal və cənub istiqamətində hücum edir. Şiddətli döyüşlərin nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. Ardı »

Ümumi → Azərbaycan Respublikası Prezident seçkiləri (2003)

2003-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri - Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 5-ci rəsmi seçkilərdir. Seçkilər 15 oktyabr 2003-cü ildə keçirilib. Seçkilərdə qeydə alınmış seçicilərin 71.5%-i (3,046,401 vətəndaş) iştirak edib. Seçkilərdə YAP-ın namizədi İlham Əliyev səslərin 76.8%-ni toplamaqla qalib gəlib.
Reaksiyalar[redaktə]
Namizədlərin reaksiyaları[redaktə]
Seçkilərdə II yeri tutmuş Bizim Azərbaycan SB-nin namizədi İsa Qəmbər seçkilərin nəticələrini tanımadığını açıqlayıb.
Seçkilərdə IV yeri tutmuş AMİP-in namizədi Etibar Məmmədov seçkilərin nəticələrini tanımadığını açıqlayıb.
Beynəlxalq reaksiyalar[redaktə]
ATƏT seçkini qeyri-qənaətbəxş qiymətləndirib, seçki nəticələrini tanımayıb. Avropa Şurası seçkini qənaətbəxş qiymətləndirib, seçki nəticələrini tanımışdır.
Etirazlar[redaktə]
16 oktyabr 2003-cü ildə seçkilərin nəticələri açıqlandıqdan dərhal sonra Bizim Azərbaycan SB-nun dəstəkçiləri başda olmaqla müxalif seçicilər tərəfindən Bakıda Azadlıq meydanında Ardı »

Ümumi → Bürcələr

Bürcələr — XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş kənd.

Yaranması[redaktə]
1904-cü ildə Qarabulaq adlı xəzinə kəndinin 20 ailəsi yerli hökumət idarələrinin özbaşınalığına dözməyərək, öz yurdlarını tərk etmiş və Bürcələr dərəsi adlı əlçatmaz yerə köçmüşdü. Onlar burada, meşədə, Bürcələr kəndinin əsasını qoymuş, qonşu kəndlilərin sakinləri də bu kəndə köçüb gəlmişdilər.

Bürcələr camaatı yerli hakimiyyət orqanlarını tanımayaraq, vergiləri ödəməkdən imtina edir və tez-tez malikanələrinə, varlı kəndlilərin evlərinə hücum edirdilər. Onlara Dəli Aslan Həsən oğlu başçılıq edirdi. Çoxsaylı cəza ekspedisiyalarına baxmayaraq, bürcələrlilər təslim olmamış və silahlı mübarizəni bir neçə il davam etdirmişdilər. Ardı »

Ümumi → Azərbaycanlıların ilkin qaçqınlıq dövrü

Qərbi Azərbaycandan — indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlamışdır. Ardı »

Ümumi → Əmir əl-üməra

Əmir əl-üməra -yəni "əmirlər əmiri". Marşal hərbi rütbəsinə bərabər idi.

İlk Səfəvilər dövründə nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edilirdi. Əmir əl-üməra mahiyyətcə Səfəvi ordusunun baş komandanı idi. Hərbi iş bütünlüklə Azərbaycan feodallarının əlində olduğuna görə, əmir əl-üməra vəzifəsi təbii olaraq qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz sayılırdı. Bu vəzifəni tutanlar arasında, eyni vaxtda həm də vəkil olmuş Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş Məhəmməd bəy Süfrəçi Ustaclını (Çayan Sultanı), onun oğlu Bəyazid sultanı göstərmək olar. Div sultan Rumlu, Çuxa sultan Təkəli və Hüseyn xan Şamlı bir-birinin ardınca vəkil Ardı »

Ümumi → Manna dovləti - Tarixi coğrafiyası

S. Qaşqay qeyd edir ki, mənbələrin məlumatlarına əsasən, Manna dövlətinin möhkəmlənməsini və tarixi coğrafiyası müəyyən dərəcədə izləmək mümkün olmuşdur. Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər tayfanın (və ya tayfaların) yaşadığı Mes/s/i (Misi, Misu) ölkəsinin böyük əhəmiyyəti var idi. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə bir çəkilir. Daha sonrakı qaynaqlardan məlum olur ki, bu vilayət Mannanın cənub qurtaracağında idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin Messi hökmdarları onda da özlərini müstəqil aparmağa cəhd etmişlər. Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası Mesunun adını II Aşşurnasirapal e. ə. IX əsrin 80-ci illərində Ardı »