Ümumi → Tərtər hərbi təxribatı, 2008
Tərtər hərbi təxribatı - 2008-ci ilin mart ayında Ermənistan silahlı qüvvələri tərəfindən 1994-cü ildə imzalanmış Ermənistan-Azərbaycan atəşkəsin ən şiddətli pozuntusu. 2008-ci il Martın 4-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunda işğal etdikləri mövqelərdən Azərbaycan silahlı qüvvələrinin istqamətində hücuma cəhd göstərmişlər. Erməni hücumunun qarşısını alan Azərbaycan silahlı qüvvələrinin hissələri əks-hücuma keçərək, Ermənistan ordusunun işğal etdikləri bəzi hərbi mövqeləri azad etmişlər. Müdafiə Nazirliyinin məlumatına görə yaranmış hərbi münaqişə nəticəsində dörd Azərbaycanlı əsgər şəhid olub və 12 erməni əsgər məhv edilib.
"Mən sözün düzü, bilmirəm Müdafiə Nazirliyi həmin 12 nəfər adam xəbərini hardan götürüb, amma mənim məlumatıma görə, düşmən tərəfindən onlarla əsgər, ən azı 50-dən çox Ardı »