Ümumi → Növləri - Xaçın xaçdaşları
Xaçın xaç daşları əsasən Kəlbəcər, Daşkəsən, Qazax və Ağstafa rayonları ərazisində yayılmışdır. Bu xaçdaşlar Xaçın knyazlığının yadigarlarıdır. Kəlbəcər rayonunun böyük bir hissəsi Alban Xaçın Knyazlığının tərkbində olmuşdur. Bu rayon ərazisində tədqiq edilmiş bütün stellalar memarlıq bədii obrazlarının özümlülüyü ilə fərqlənir, eyni zamanda onlar Qafqaz Albaniyasının xaçdaşları və digər stella tipləri üçün səciyyəvi olan kanon və formalardan kənara çıxmamışdır. Çahartağ (dördtağlı kompozisiya) şəklində həll olunmuş və tağbəndli hündür stilobat üzərində qaldırılmış qədim bütxananın yaxınlığında qeydə alınmış stellalarda iki dinin – Xristianlıq və çox güman ki, Mitraizm dinlərinin incəsənəti müşahidə olunur. Həmçinin ayrı-ayrı yerli dini təriqətlərin təsiri ehtimal olunur.
Bir başdaşı alimlər D. A. Ardı »