Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Yarıkərlər

Yarıkərlər — xanlıqlar dövründə Azərbaycanda kəndli kateqoriyası. Aztorpaqlı və torpaqsız kəndlilər divan və ya feodal torpaqlarını ağır şərtlərlə icarəyə götürürdülər. İcarənin belə forması paydarlıq adlanırdı. İcarə haqqının həcmi feodalın icarədarı toxum, avadanlıq və işlək heyvanlarla nə dərəcədə təmin etməsindən asılı idi. İcarə haqqı məhsulun 1/2 hissəsindən 3/5 hissəsinə (bəzi hallarda isə 2/3 hissəsinə) qədər çatırdı. Paydarlığın geniş yayılmış forması məhsulun yarısını vermək şərti ilə olan icarədarlıq idi. Belə icarədarlar "yarıkərlər" adlanırdı. Ardı »

Ümumi → Kür çayı sahilində döyüş

Qney Pompey VI Mitridatın ardınca hərəkət edərək, albanların ölkəsinə gəlib çatdı. Tit Livi yazırdı:

"Mitridatı izləyən Qney Pompey ən ucqar və naməlum xalqlara-iberlərə və albanlara rast gəldi. Onlar yolu kəsdilər, lakin o, döyüşdə qələbə çaldı".

Plutarx isə xəbər verir ki,

"albanlar əvvəlcə Pompeyin onların ərazisindən keçməsinə razılıq verdilər. Lakin qış Roma ordusunu yaxalayanda və romalılar Saturnali bayramını qeyd edən zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür çayını keçdilər və onlara hücum etdilər."Pompey bu yürüş zamanı Ermənistandan Sevan gölünün yanı və Dilican dərəsindən keçərək Qazax və Ağstafa tərəfə uzanan yeganə rahat ticarət yolu ilə hərəkət edirdi. Anait məbədinin yaxınlığı romalılara bir çox cəhətdən Ardı »

Ümumi → Gəncə hücumu

General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. «Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır. Bax, buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir».

Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə səmimi diplomatik münasibətlər saxlayırdı. Sisianovun Rusiyanın himayəsini qəbul etmək tələbinə Cavad xan belə cavab verdi: «1796-cı ildə sənin padşahın fərman göndərdi, mən də onun təklifini qəbul edib qalanı təhvil verdim. Əgər indi isə sənin padşahın belə bir fərman veribsə, onun mənə göstər, mən də onun iradəsini görərək, buna uyğun hərəkət edərəm».

Sisianov Rusiya hakimiyyətinin qəbul etmiş digər xanlıqlardan fərqli olaraq Gəncə xanlığına qarşı daha amansız Ardı »

Ümumi → Orta əsrlər

Azərbaycan tarixi-Orta əsrlər dövrü

Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər klassik feodalizm və 16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. III-VII əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran Sasani imperiyası (224-651) ilə bağlı idi. Sasanilərin sonuncu şahinşşaha III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını Ardı »

Ümumi → Ağcaqala

Ağcaqala - Şəki rayonu ərazisində yerləşən qala.

Qalanın əhatə etdiyi ərazi o qədər də böyük deyil. Yerli daşlardan tikilən və mükəmməl memarlıq quruluşuna malik olan Ağcaqala Şəkinin müdafiə qurğuları arasında mühüm əhəmiyət daşıyıb. Dövrümüzə xarabalıqları çatan qalanın yüksək gözətçı qüllələri də olub. Ardı »

Ümumi → Gülüstan qalası (Goranboy)

Gülüstan qalası – Azərbaycanda qədim qala.

Qala Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da müəyyən bürcləri qorunmuşdur. Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb. Ardı »

Ümumi → Azərbaycan Respublikası Prezident seçkiləri (2013)

2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən VII rəsmi seçkilərdir. Seçkilər 2013-cü ilin oktyabr ayının 9-da keçirilib. 10 namizəd seçkidə iştirak edib. Seçici fəallığı 72.31 % olub. İlham Əliyev 3-cü dəfə seçkilərin qalibi olub.

Seçki qaydaları[redaktə]
Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da keçiriləcək prezident seçkisinin təqvim planını təsdiqləyib. Təqvimə görə, seçkiqabağı təşviqat sentyabrın 16-da başlanacaq və oktyabrın 8-dək davam edəcək. Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlanır və sentyabrın 9-da başa çatır. Seçkilərin monitorinqinin aparılması ilə bağlı vətəndaşlardan, namizədin nümayəndələrindən, QHT-lərdən, beynəlxalq müşahidəçilərdən (qanunda nəzərdə tutulmuş qaydada dəvətlə gələn və MSK-da qeydiyyatdan keçən) müraciətlər sentyabrın Ardı »

Ümumi → Əbdülhüseyn xan Teymurtaş

Həyatı[redaktə]
Əbdülhüsеyn хаn Kərimdad xan oğlu 1883-cü ildə anadan olmuşdu. Sankt-Peterburq şəhərində аli hərbi təhsil аlmışdı. Müəzzəmülmülк ləqəbini dаşıyırdı.

İngiltərə İranа göndərdiyi səfir Sеr Prеsli Lоrеn çаlışırdı кi, Tеymurtаşlа əlаqə qursun. Məsud Bеhnud yаzır: "Lоrеn Tеymurtаş кimi nаtiq, şüurlu, ədəbli bir şəхs tаpdı кi, оnun vаsitəsilə Sərdаri-Sipəhin (Rzа şаh Pəhləvinin) qulаğınа lаzım gəldiyi vахt pıçıldаyа bilsin. Tеymurtаş təк dеyildi, оndаn əvvəl Füruği Lоrеnin məşvərətçisi, еtimаd еtdiyi şəхs idi. Lакin, ingilislər yахşı bilirdilər кi, gənc Tеymurtаş Füruğidən bаcаrıqlıdır".

Rzа şаh Pəhləvinin vəziri idi. Türкlərə qаrşı nifrət bəsləyən bu аdаm Əbdülhüsеyn хаnı 1933-cü ildə Qəsri-Qаcаr zindаnındа zəhərlətdi.

Ailəsi[redaktə]
Əbdülhüsеyn хаn Хəzənülmülк (Sürurəssəltənə) хаnım Əlirzа хаn qızı Qоvаnlı-Qаcаrlа Ardı »