Xəlifət əl-xüləfa -("xəlifələr xəlifəsi") Səfəvi-Ərdəbil təriqətinin geniş yayılmış nümayəndələr şəbəkəsinin başçısı idi (xüləfa - ərəbcə "xəlifə" sözünün cəm halıdır). Əslində o, Səfəvi təriqətinin bütün fəaliyyətini istiqamətləndirir və ona nəzarət edirdi. Öz nümayəndələrinin yaxşı təşkil edilmiş xidməti sayəsində Səfəvilər Azərbaycanı, indiki Ermənistan ərazisini, Kiçik Asiya və İranın şimal vilayətlərini əhatə edən geniş ərazilərə səpələnmiş qızılbaş tayfalarını öz tərəflərinə çəkib şiəlik bayrağı altına toplaya bildilər. Beləliklə, xəlifət əl-xüləfa idarəsi ŞeyxSəfiəddin tərəfindən əsası qoyulmuş "Səfəviyyə" təriqətinin teokratik təşkilatının qalığı idi.
V.F.Minorskinin göstərdiyi kimi, hakimiyyətə gələn Səfəvilər ikili idarəçiliklə qarşılaşdılar, onlara başçılıq etdilər. Onlar "krallar kimi öz sələflərinin (əsasən, Ağqoyunluların) idarəetmə sistemini irsən qəbul etdilər. Onlar Ardı »