Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiYusif Küseyir oğlu türbəsi - Fasadı

Türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilmişdir.Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılmış,sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilmişdir. Quruluşu etibarı ilə türbənin yalnız bir səthi, Qərb tərəfə baxan səthi,başqa şəkildə həll edilmişdir.Burada türbənin giriş qapısı yerləşdirilmişdir.Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsi ilə bir portal şəklini almışdır.Türbənin rəis,xoca Yusif Küseyir oğlu üçün hicri 557-ci ildə,yəni miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilmişdir.

Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılmış və burada da kitabə yerləşdirilmişdir.Kufi xətlə yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılmışdır:"Naxçıvanlı memar Əcəmi Əbubəkr Ardı »

ÜmumiGöyçay savaşı - Daşnak-bolşevik qüvvələrinin qərb yürüşü

Şaumyanın liderliyindəki Bakı Soveti, türk ordusunun Gəncədə toparlanmasına fürsət verməmək üçün hərbi hərəkata başlanması istiqamətində qərar aldı. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz işləri üzrə komissarı Korqanov, 4 iyun 1918-ci il tarixində bir əmr imzalayaraq, Qızıl Ordu qüvvələrinin hərəkətə keçməsini istədi. Rus bolşevik və erməni daşnaklardan ibarət olan hərbi qüvvələrə Yevlax şəhərinə qədər olan düzlükdəki bölgələri işğal etməsi və Yevlax körpüsünü ələ keçirməsi üçün təlimat verdi. Erməni və rus dəstələri 6 iyun 1918-ci il tarixində Bakıdan yola çıxaraq toplanma yeri olan Hacıqabula doğru hərəkət etdilər. Yolları üzərindəki yaşayış məntəqələri ilə Qazıməmməd və ətrafındakı kəndləri talan etdilər. Bir çoxunu yandırıb məhv Ardı »

Ümumi20 Yanvar abidə-kompleksi

20 Yanvar abidə-kompleksi — Bakıda 1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış kompleks.

1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış bu kompleks Bakı şəhərinin Yasamal rayonundakı "20 Yanvar" dairəsində yerləşir. Kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanıb. Azərbaycan paytaxtında "20 Yanvar abidə-kompleksi"nin açılışı 20 yanvar 2010-cu ildə olmuşdur. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyev olan kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə mərhum prezident Heydər Əliyevin Ardı »

ÜmumiBəzz qalası

Bəzz qalası - Güney Azərbaycanın Şərqi Azərbaycan ostanının Qaradağ mahalındakı Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala.

Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir. Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb"[2].

Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans İmperiyası və Azərbaycan Atabəyləri dövlətinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala Ardı »

ÜmumiNaxçıvan şəhəri - Azərbaycan Atabəyləri dövləti

Naxçıvan şəhəri XII əsrin 30 – cu illərindən 70 – ci illərin ortalarına kimi Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuşdur. “Əcaib əd–dünya” əsərində göstərilir ki, “Naxçıvan Eldənizin dövründə yüksək tərəqqiyə çatdı. Orada padşahlıq iqamətgahı yaratdılar və dövlətxana təsis etdilər.”. Atabəylərin xəzinəsi həmişə atabəyin olduğu yerdə saxlanılırdı. Əsas xəzinə isə Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu.Şəmsəddin Eldənizin hakimiyyəti dövründən başlayaraq dövlətin bütün gəlirləri burada toplanırdı.

Dövrün mötəbər alimləri Atabəylərin Naxçıvandakı sarayında toplaşmışdılar. Bu dövrdə Naxçıvan müxtəlif məzhəblərdən olan fiqh və hədis alimləri ilə məşhur olmuşdu.

Feodal tipli şəhərə çevirilən Naxçıvan qala divarları içərisində yerləşən Şəhristandan, geniş bazar və karvansaraları olan Rabatdan ibarət idi. Ardı »

ÜmumiQara İsgəndər II hakimiyyət dövrü

İsgəndərin Şirvana sonuncu basqını daha dağıdıcı olmuşdur. Münaqişəyə İsgəndərin atasından küsmüş və 1432-cı ildə 2 min süvari döyüşçü ilə Şirvana qaçıb Şirvanşah Xəlilüllaha pənah aparan oğlu Yar Əli səbəb olmuşdur.

Şirvanşah İsgəndərin Yar Əlini tələb etməsinə rədd cavabı vermiş, onu öz döyüşçüləri ilə Bakı limanında gəmiyə mindirib dəniz yolu ilə Herata, Şahruxun yanına göndərmişdir.İsgəndər Yar Əlinin xəyanətindən Şirvana soxulmaq üçün istifadə etdi. Cənnabinin məlumatına görə, o, böyük süvari qoşunla Şirvanşah üzərinə hərəkət edərək Şamaxıya daxil oldu və burada Xəlilüllahla onun arasında vuruşma baş verdi.

Mənbələrin məlumatına görə İsgəndər Şamaxını 1427-ci ildə və sonralar, 1433-ci ildə dağıtmışdır. Həm də, sonuncu dəfə o, təkcə Şamaxını Ardı »

ÜmumiGülüstan müqaviləsi (1813)

Gülüstan müqaviləsi (ingiliscə: Treaty of Gulistan) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilə. Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir. 1812-ci ildə Napoleonun Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır. Bu hallar İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir. 1813-cü Ardı »

ÜmumiAzərbaycan Milli Hökuməti

Azərbaycan Milli Hökuməti (ing. Azerbaijan People's Government; rus. Азербайджанское народное правительство) və ya 21 Azər Hərəkatı — 1945-ci ilin noyabr ayından 1946-cı ilin noyabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist hökümət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına və bilavasitə Sovet İttifaqının İrana qarşı siyasi, ideoloji və hərbi müdaxiləsi nəticəsində yaranmasına baxmayaraq, AMH tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur. Ardı »