Ümumi → Bakı yarmarkaları (1920-ci illər)
Birinci Bakı Yarmarkası[redaktə]
Birinci Bakı Yarmarkası 1922-ci il sentyabrın 15-də təntənəli şəkildə açılmış və öz işini 1922-ci il noyabrın 15-də sona çatdırmışdır.
Məqsədi[redaktə]
Bakı yarmarkasının məqsədi Rusiya və Yaxın Şərq bazarları ilə əmtəə dövriyyəsini qaydaya salmaq idi.
İştirakçılar[redaktə]
Sentyabrın 15-də hələ yarmarkanın açılışı ərəfəsində 37 ticarət firması qeydiyyata düşmüşdü. Onlardan 16-sı dövlət, 2-si kooperativ, 19-u xüsusi firmalar idi. 9 firma Rusiya və yerli, 4 firma İran firması idi. 4 firma təsadüfü müqavilələrlə işləyən firmalar idi. Noyabrın 15-də isə - yarmarkanın bağlandığı vaxt artıq 150 firma fəaliyyət göstərirdi ki, bunlardan da 28-i dövlət, 2-si kooperativ, 120-si xüsusi firmalar idi. Xüsusi firmalardan 45-i rus və yerli, 16-si İran, Ardı »