Ümumi → Always (mahnı)
"Always" (Azərbaycanca: Həmişə) 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Aysel Teymurzadənin ifa etdiyi mahnıdır. Mahnının bəstəkarı və sözlərinin müəllifi tanınmış İran və İsveç ifaçısı Arəşdir.
Seçim[redaktə]
İngilis dilində yazılan "Always" fevralın 5-ində təklif olunmuş 30 mahnı arasında İctimai TV tərəfindən seçilmişdir.
Münasibətlər[redaktə]
"Always" mahnısı və müğənnilərinə tənqidi fikirlər də mövcuddur.
Bəstəkar Eldar Mansurovun fikrincə, həm mahnı, həm müğənnilərlə bağlı seçim səhvdir: "Mən Araşı və Ayseli tanımıram. Ehtimal ki, Aysel zəif müğənni olduğu üçün Araşı ona qoşublar ki, daha uğurlu olsun. Amma sonra Araş öz yoluna davam edəcək. Ancaq bununla kimi aldatmaq istəyirlər" Onun fikrincə, "Always" mahnısında milli elementlər yoxdur.
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, xalq artisti Firəngiz Ardı »