Ümumi → Qara İsgəndər II hakimiyyət dövrü
İsgəndərin Şirvana sonuncu basqını daha dağıdıcı olmuşdur. Münaqişəyə İsgəndərin atasından küsmüş və 1432-cı ildə 2 min süvari döyüşçü ilə Şirvana qaçıb Şirvanşah Xəlilüllaha pənah aparan oğlu Yar Əli səbəb olmuşdur.
Şirvanşah İsgəndərin Yar Əlini tələb etməsinə rədd cavabı vermiş, onu öz döyüşçüləri ilə Bakı limanında gəmiyə mindirib dəniz yolu ilə Herata, Şahruxun yanına göndərmişdir.İsgəndər Yar Əlinin xəyanətindən Şirvana soxulmaq üçün istifadə etdi. Cənnabinin məlumatına görə, o, böyük süvari qoşunla Şirvanşah üzərinə hərəkət edərək Şamaxıya daxil oldu və burada Xəlilüllahla onun arasında vuruşma baş verdi.
Mənbələrin məlumatına görə İsgəndər Şamaxını 1427-ci ildə və sonralar, 1433-ci ildə dağıtmışdır. Həm də, sonuncu dəfə o, təkcə Şamaxını Ardı »