Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Azərbaycan müəllimlərinin VIII qurultayı

Azərbaycan müəllimlərinin VIII qurultayı — 26 yanvar 1967-ci ildə keçirilmişdir.

VIII qurultayın gündəliyindən[redaktə]
1967-ci ilin 26 yanvarında Bakıda Azərbaycan müəllimlərinin sayca VIII qurultayı başlamışdır. Azərbaycan KP MK, Respublika Ali Soveti Rəyasət Heyəti və Azərbaycan SSR Nazirlər Sovetinin təbriki ilə açılan qurultayda maarif naziri, akademik M.Mehdizadənin "Sov.İKP-nin XXIII qurultayının qərarları ilə əlaqədar olaraq Azərbaycan SSR-də ümumtəhsil məktəblərinin işinin daha da yaxşılaşdırılması haqqında" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə respublika ümumtəhsil məktəblərinin tədris-maddi bazasının möhkəmləndirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi, pedaqoji elmin inkişafı və s. məsələlər təhlil, təqdir və ya tənqid edilmiş, qarşıda duran vəzifələr konkretləşdirilmişdir.

Qurultayda SSRİ maarif naziri, professor M.A.Prokofyev, Azərbaycan KP MK-nın katibi Ş.Q.Qurbanov, Bakı Xalq Maarif Ardı »

Ümumi → Horadiz əməliyyatı

Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam etmişdir. Həmin vaxt Sarkisyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum etdilər. Hücumun qarşısını kəsmiş milli ordumuz əks-hücuma keçmiş və qısa müddətdə Füzuli rayonun böyük hissəni azad etmişdir. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edirdi, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəlilədilər. Lakin əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmadı. Ermənilərin köməyinə yeni bölmələr gəldi. Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bildi. 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. Bu döyüşlərdə erməni tərəfin itkiləri Ardı »

Ümumi → Azərbaycan filmlərinin il siyahısı (1930-1939)

1930[redaktə]
"Azneft"in onilliyi (film, 1930) (tammetrajlı sənədli film)
Həmkarlar İttifaqının 10 illiyi (film, 1930) (qısametrajlı sənədli film)
İliç Buxtasında qaz fontanı yanğını və Qara Şəhərdə neft çənlərində yanğın (film, 1930) (qısametrajlı sənədli film)
İlk komsomol buruğu (film, 1930) (tammetrajlı bədii film)
Qızıl kol (film, 1930) (tammetrajlı bədii film)
Lətif (film, 1930) (tammetrajlı bədii film)
Milisin onilliyi (film, 1930) (qısametrajlı sənədli film)
Raport veririk (film, 1930) (tammetrajlı sənədli film)
S. Orconikidze adına Azərbaycan Diviziyasının onilliyi (film, 1930) (qısametrajlı sənədli film)
Şərqə doğru (film, 1930) (tammetrajlı sənədli film)
Tütünçülük (film, 1930) (qısametrajlı sənədli film)
1931[redaktə]
XI çağırış Bakı sovetinin I plenumu (film, 1931) (qısametrajlı sənədli film)
Azərbaycan (film, 1931) (tammetrajlı sənədli film)
Bizim əkinimiz (film, 1931) (tammetrajlı sənədli Ardı »

Ümumi → Sührəvərdiyyə

Sührəvərdilik – Azərbaycan təsəvvüf məktəbinə aid olan və dünyada ən geniş yayılmış sufi təriqətlərindən biridir. Qurucusu Şihabəddin Ömər Sührəvərdidir.

Şihabəddin Ömər Sührəvərdi Şeyx Əbülqahir Sührəvərdinin qardaşı oğludur. 1144-cü ildə Güney Azərbaycanın Zəncan şəhəri yaxınlığındakı Sührəvərddə doğulmuş, 1234-cü ildə sentyabr (məhərrəm) ayında vəfat etmişdir. Əmisi böyük alim Əbunnəcib Əbülqahir Sührəverdi onu təhsil alması üçün Bağdada aparmışdı. Burada bir çox dini elmləri öyrənən Şihabəddin Sührəverdi təsəvvüf elmlərini də əmisindən öyrənmişdir. Şihabəddin Sührəverdi fəqih, fazil, sufi, vəra sahibi, zahid, arif, həqiqət elmində zamanın şeyxi idi.

Çox ibadət edərmiş. Əlinə keçən malı, mülkü kasıb və möhtaclara paylayardı. Mənbələr onun Bağdaddakı bütün təkyələrin irşadda ən yetkin mürşidi sayıldığını Ardı »

Ümumi → Qızıl Ordanın Azərbaycana yürüşləri

Azərbaycanda Hülakular dövləti yarandığı zamandan etibarən həmin dövlətlə Qızıl Orda xanları arasında tez-tez hərbi toqquşmalar baş vermişdir. Ərəb tarixçiləri bu mübarizənin səbəbini dini təfriqə ilə əlaqələndirirlər. Tarixi faktlardan görünür ki, iki dövlət arasındakı ziddiyyətlər Hülakularin İslam dinini qəbul etdikdən (XIII əsrin sonu) sonra da davam etmişdir. Bu da həmin dövlətlər arasındakı münaqişənin dinlə əlaqədar olmadığını göstərir. Qızıl Orda xanları Azərbaycanı öz əraziləri hesab etmiş və bu ərazinin Elxanilər dövlətinə daxil edilməsini qeyri-qanuni saymışlar. Onlar öz iddialarını Çingiz xanın vəsiyyətinə görə Azərbaycanın Batı xanın payına düşməsi ilə əsaslandırmağa çalışmışlar. Şərqlə Qərbi birləşdirən əsas karvan yollarından biri Azərbaycandan çekirdi və Qızıl Orda dövlətinin Ardı »

Ümumi → Əmirgunə xan Ağcaqoyunlu-Qacar

Həyatı[redaktə]
Əmirgunə xan Gülabi xan oğlu Çuxur Səəd əyalətinin İrəvan mərkəzi olan şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili aimışdı.1605-ci ildən, Qızılbaşların İrəvanı osmanlılardan geri almağı tarixindən Çuxur Səəd bəylərbəyi təyin olunmuşdu. Səfəvi-Osmanlı savaşlarında iştirak etmişdi.Əmirgunə xan Ağcaqoyunlu-Qacar1625-ci ildə vəfat edib.


Əmirgunə xanın Təhmasibqulu xan, Abbasqulu xan adlı oğulları vardı.



Fəaliyyəti[redaktə]
Əmirgunə xanq urucu, xeyriyəçi bir şəxs idi. Tarixçi Zəkəriyyə yazır: "Əmirgunə xan İrəvana sahib olan kimi quruculuq işlərinə başladı, şenlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-bağça saldırdı, arxlar çəkdirib, şəhərin suyunu artırdı. Onun hakimiyyət illəri Çuxur Səədin çiçəkləndiyi dövr olmuşdu.Tarixçi Kanakersi də yazır: "Şah Abbas İrəvanı alandan sonra Əmirgunə xanı ora hakim təyin edir. O, hakimiyyətə Ardı »

Ümumi → Tiyuldar

Tiyuldar - tiyul sahibi. T. vergi toplamaq və məhkəməinzibati hüquqlara malik olsa da, tiyul sahəsi onun xüsusi mülkiyyəti hesab olunmurdu. Sonralar, xüsusilə də xanlıqlar dövründə t.-lar mütəmadi şəkildə xan təliqəsi ilə təsdiqlənirdilər. Quba xanlığında rəiyyətin t.-dan şəxsi asılılığı və ona xidmət göstərməsi xanın əmri ilə qanuniləşdirilirdi. Ardı »

Ümumi → Qarasu qalası

Naxçıvan MR,Şərur rayonu,Gümüşlü qəsəbəsi yaxınlığında e.ə. II minilliyə və I minilliyin əvvəllərinə aid qala.Sahəsi 5 ha-dır.Terraslarda salınmış möhtəşəm qala divarları ilə iki hisəyə ayrılır.Aşağı terraslardakı hissənin iri daşlardan tikilmiş divarı var.İçqala (Narınqala) 50-60 metr aralıda dağdadır.Divarı kiçik daşlarla tikilib.Qalanın daxilində yonulmuş daşdan tikilmiş bina qalıqları var.Qarasu qalası Azərbaycanın qədim siklopik tikililərinə daxildir.Qalanın daxilində qayalıqda bir neçə su hovuzu da qazılıb.Arxeoloji qazıntılar zamanı qaladan dən daşları,obsidian və çaxmaqdaşından lövhələr,gil qablar,tunc bilərziklər və Erkən Dəmir dövrünə aid ox ucluqları tapılıb.Naxçıvan mədəniyyəti üçün səciyyəvidir. Ardı »