Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiQaxaç qalası

Qala IX əsrdə 3000 metrlik dağ yüksəkliyində tikilmişdir. Həmin dövrdə bu qalanın tikilməsində məqsəd buradakı iri yaşayış ərazilərinin əhalisinin qorunması olmuşdur. Qaladan Meşəli, Xankəndi, Badara, Dəhrəz aydınlıqla görünür.

Ermənilər hazırda bu qalanın adını dəyişdirərək Kaçaxakaberd qoymuşlar.

Arxitektura[redaktə]
Qalanın hündürlüyü 50 metrdir. 500 kvadrat metr sahəni tutur. Daşdan hazırlanmışdır. Ardı »

ÜmumiAzərbaycan Respublikasının Milli Məclisinə seçkilər (2000)

Seçkilər[redaktə]
2000-ci ilin payızında II çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirildi. Milli Məclisə seçkilər həmin il noyabrın 5-nə təyin olunmuşdu.

İyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə ölkədə əsas siyasi qüvvələri təmsil edən 17 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası təşkil olundu. Tərkibinin 1/3 prinsipi ilə formalaşdırılması nəzərdə tutulan Komissiyanın 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyasını), 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları, qalan Ardı »

ÜmumiAzərbaycan 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında

2010-cu avqustun 14-dən 26-dək davam etmiş olimpiyadada Azərbaycan üçün kvota olaraq 12 idmançı və 6 məşqçi yeri ayrılmışdır. Azərbaycandan yarışlarda sərbəst, yunan-Roma və qadın güləşində 5, boks üzrə 3, cüdo, taekvondo, ağırlıqqaldırma və kanoe növlərində isə 1 idmançı iştirak etmişdir. Ardı »

ÜmumiMart hadisələri (1995)

Mart hadisələri (1995-ci ilin 13-17 mart hadisələri) - Rövşən Cavadovun başçılığında XTPD ilə daxili qoşunlar arasında silahlı münaqişə və Rövşən Cavadovun öldürülməsi, OMON-çuların təslim olması ilə nəticələnən hadisə.

Hadisələrin başlanğıcı[redaktə]
Mart hadisələri 1995-ci il martın 13-də Qazaxda başladı. Həmin gün XTPD-nin Qazax bölməsinə hücum olundu və qanlı döyüş baş verdi. Bununla da mart hadisələrinin əsası qoyulub. Martın 14-də daxili işlər naziri "OMON"un buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalayıb. Əmrə görə, silahı könüllü təhvil verənlər bağışlanacaq (törətdikləri cinayət əməllərinə görə) və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində prezident Heydər Ardı »

ÜmumiŞamxor mahalı

Mahal haqqında qısa bilgi[redaktə]
Sahəsi -
Əhalisi - Əsasən Qacarlar
Yaranması — 1747-ci il
Mərkəzi — Dəllər kəndi
Sərhədləri — Qərbdən Ayrım mahalı, şimaldan Şəmşəddil mahalı, şərqdən Şəki xanlığı, cənubdan Gəncə mahalı.
Mahalın tarixi[redaktə]
Xanlıqlar dövründə Şamxor mahalı Gəncə xanlığının tərkibində olmuşdur. Qazax sultanlığından başlayaraq Kür çayı boyunca cənuba doğru uzanan Gəncə xanlığı İrəvan və Qarabağ xanlıqları əhatəsində yerləşirdi. Samux, Kürəkbasan, Gəncə, Şamxor (Şəmkir) və Ayrım mahallarından ibarət idi. Ərazisi 5000 kv. verst idi. [Obozrenie Rossiyskix vladeniy za Kavkazam, I hissə, SPb., 1836, s.322.] Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin Ardı »

ÜmumiGəncə qalası

Fərhad Paşa Sultan III Muradın əmri ilə Səfəvilərin əlində qalan Gəncə üzərinə gedir. Gəncə 1 sentyabr 1588/9 şəvval 996 tarixində alınır. Gəncə alındıqdan sonra Fərhad Paşa qala inşasına başlanmasına əmr verir (3 sentyabr 1588/11 şəvval 996). Qırx günə 3800 Zira (1 Zira=1 Arşın, Təqribən 61 cm.) uzunluğunda, 10 Zira yüksəkliyində və 3 Zira qalınlığında qala inşa olunur. Səlatini Səbuktəkindən qalma xarab bir məscid sürətlə təmir edilmiş və ilk cümə namazı 14 oktyabr 1589/23 zilqadə 997 tarixində bu məsciddə qılınaraq Murad bin Səlim adına ilk xutbə oxunmuştur[Mənbə göstərin] . Qalanın tikintisində gil-palçıq, çay daşı və Gəncə memarlığı üçün ənənəvi olan qırmızı kərpicdən Ardı »

ÜmumiŞirvanşahın azad edilməsi

Təbrizdə Qara Yusif əsir Şirvanşah İbrahimlə danışıqlar aparmağa başladı. O, İbrahimdən 1200 İraq tüməni, Şeyx Bəhluldan 200 tümən, qazı Mövlana Zahirəddindən 100 tümən məbləğində can bahası tələb etdi. Sonra Qara Yusif Şirvanşahdan sarayda (Bakıdakı Şirvanşahlar sarayında) saxlanılan cavahiratın və qızılın öz xəzinəsinə gətirilməsi tələbini irəli sürdü. Lakin bu zaman Təbrizin tacir və sənətkar rəisləri, başda Şeyx Əxi Qəssab olmaqla, Qara Yusifin divanına gələrək əgər Qara Yusif pul əvəzinə mal qəbul etməyə razılıq verərsə, Şirvanşahın can bahasını dərhal ödəməyə hazır olduqlarını bildirdilər. Qara Yusif buna razı oldu və təbrizlilər Şirvanşahın azad edilməsi üçün Qara Yusifın divanına 1200 tümən məbləğində mal verdilər, əvəzində Ardı »

ÜmumiAzərbaycan Demokratik Respublikasının hərbi məktəbi

1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan Ardı »