Ümumi → Pirəmsaq döyüşü
Pirəmsaq döyüşü — 1918-ci ilin mart ayının əvvəllərində indiki Ağsu rayonunun Bico kəndində kəndin könüllü döyüşçüləri ilə Rus ordusundan buraxılmış silahlı erməni quldur dəstəsi arasında qədim Pirəmsaq qəbirstanı ərazisində baş vermiş döyüş. ("Pirəmsaq" sözü "sak qocası" mənasında izah edilir.)
Bico kəndi 1918-ci il hadisələri ilə bağlı məşhurdur. Bolşeviklərin dəstəyi ilə azərbaycanlıların soyqırımını həyata keçirən erməni hərbi quldur dəstələri 14 mindən çox dinc müsəlman Azərbaycan türkünün vəhşicəsinə qətlə yetirildiyi 1918-ci ilin mart ayında Bakıdan Kürdəmir yolu ilə kəndlərdə, qəsəbələrdə, müsəlmanların soyqırımını həyata keçirərək irəliləyirdilər. Dövrün siyasi və ictimai böhran çağını yaşayan Azərbaycanda xalqı müdafiə etmək iqtidarına malik hökumətin olmaması bir çox yaşayış məntəqələri Ardı »