Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Soyurqal

Soyurqal (monqolca hərfi mənası ehsan, bəxşiş, hədiyyə, güzəşt) - orta əsrlərdə hərbi xidmət müqabilində feodal əyanlara bağışlanılan torpaq sahəsi, mülk. Qızıl Orda, Orta Asiya, İran, İraq və Azərbaycanda (XIV-XIX yüzilliklərdə), habelə Hindistanda (XVI-XIX yüzilliklərdə) və bir sıra başqa ölkələrdə geniş yayılmışdı. Zaman keçdikcə soyurqal torpaq sahibliyi ilə əvəz olunmuşdur. Ardı »

Ümumi → Naxçıvan şəhərinin tarixi məhəllələri

Ağabəylilər məhəlləsi – Naxçıvan şəhərinin ən qədim məhəllələrindən biridir. Adı Kəngərli mənşəli Ağabəylilər nəsli ilə bağlıdır.

Anbar məhəlləsi – Naxçıvan şəhərində, indiki “Yaşıl aptek” yerləşən yaşayış binasının yerində qədimdə mövcud olmuş bazara gələn kəndlilər və Yaxın Şərq ölkələrindən gələn tacirlər satacaqları malları bir neçə günlüyə indiki mədəniyyət sarayı ilə üzbəüz binaların yerində mövcud olmuş anbarlara yığırdılar. Buna görə də ətraf ərazi Anbar məhəlləsi adlandırılırdı. Məhəllədə mehmanxana, yeməkxanalar, çayxanalar. Məscid və sair olmuşdur. Məhəllə bir neçə yüz illik tarixə malikdir. Onun adına XVII əsrə aid sənəslərdə rast gəlinir.

Atabəylər məhəlləsi – Məhəllənin adı Naxçıvan şəhərinin tarixində mühüm rol oynamış və onu paytaxt şəhərə çevirmiş Ardı »

Ümumi → Nəhənglərin qəbristanlığı

Nəhənglərin qəbristanlığı — Lənkəran rayonunun Bəlləbur kəndində yerləşən qəbristanlıq.

Nəhənglər qəbristanlığında üstünə 5-8 tonluq daşların qoyulduğu 1000-ə yaxın qəbir var. Bu daşların hansı yolla və nə vaxt qəbirlərin üstünə qoyulduğu dəqiq məlim deyil.

Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Ardı »

Ümumi → Şəhidlər Xiyabanında dəfn olunanlar (Mingəçevir)

A[redaktə]
Ağayev Fərid Rüfət oğlu (31.12.1994, Mingəçevir - 06.02.2015)
C[redaktə]
Cəfərov Alış Zeynalxan oğlu (1960-1994)
H[redaktə]
Həmzəyev İlqar Əli oğlu (1968-1993)
M[redaktə]
Məmmədov Amil Hümbət oğlu (1975-1994)
Mirabov Rəşad Akif oğlu (1975-1995)
Müşfiq Mustafa oğlu Mirzəyev (1970-1993)
Muradov Ruslan Həmid oğlu (1973-1992)
N[redaktə]
Nağıyev Dilqəm Heydər oğlu (1975-1995) Ardı »

Ümumi → Şamaxı qırğını

Şamaxı qırğını — 18 mart 1918-ci ildə Erməni quldur dəstələrinin Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğını.

Öldürülənlər arasında Rusiya I Dövlət Dumasının (1906-1907) deputatı Məmmədtağı Əliyev də vardı. Bir neçə gündən sonra azərbaycanlı əhaliyə qarşı qətliamlar İrəvandan Bakıyadək əksər bölgələri əhatə etdi Ardı »

Ümumi → Mir İmad Qəzvini

Mir İmad Qəzvini – mənşəcə azərbaycanlı olan xəttat. Onun yaratdığı, bu gün nəfis sənət nümunələri sayılan əsərlər hazırda dünyanın bir çox muzeylərində nümayiş etdirilir.

Həyatı[redaktə]
XVII əsrin ən yaxşı xəttatlarından biri "İmad ül-mülk" ("Dövlətin dayağı") adlandırılan və buna görə də xalq arasında Mir İmad deyə çağırılan Mir Məhəmməd bin Hüseyn Həsani Qəzvini idi. Mir İmad 1553-1554-cü ildə Qəzvində anadan olmuşdur. O, uşaqlıq və gənclik illərini Təbrizdə keçirərək, nəstəliq xəttinin mahir ustadı Mövlana Məhəmməd Hüseyn Təbrizidən xəttatlıq dərsini öyrənmişdir. Mir İmad onun ən sevimli şagirdlərindən idi. Ölümünə az qalmış ustadı Mir İmaddan xahiş edir ki, onun qələmin mədhinə həsr edilmiş şerlərini təlimat şəklində tərtib Ardı »

Ümumi → Dalmatsiya (Roma əyaləti)

Dalmatsiya (lat. Dalmatia) — adı böyük ehtimal ki, e.ə. I minillikdə Adriatik dənizinin şərq sahillərində məskunlaşmış illiriya qəbiləsi olan dalmatların adından alınmış Roma İmperiyası əyaləti. Ardı »

Ümumi → Şəmşəddil distansiyası

Şəmşəddil distansiyası (rus. Шамшадильская дистанция) — Rusiya İmperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyası tərkibində 12 sentyabr 1801 - 10 aprel 1840-cı illərdə mövcud olmuşdur. Ardı »