Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan coğrafiyasıVasif Adıgözəlov

Həyatı

Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğludur.
Müğənni Rauf Adıgözəlovun qardaşıdır.
Dirijor Yalçın Adıgözəlovun atasıdır.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının mə’sul katibi, Ardı »

Azərbaycan coğrafiyasıMərziyyə Davudova

Həyatı

XX əsrin 20-ci illərinə kimi Azərbaycan səhnəsi aktrisa tapa bilmirdi. Uzun illər qadın rollarını min cür maneə və təhqirə məruz qalan, sənət yanğılı kişi aktyorlar ifa ediblər. Sonra bir müddət özgə millətin aktrisaları böyük çətinliklərə dözərək zəif çiyinlərini bu ağır yükün altına verdilər. Beləliklə də Azərbaycan qadınlarının səhnəyə doğru gələn yolu qorxudan, qandan, ölümdən, maneədən qurtulmağa başladı. Təsadüfi deyildir ki, o illər səhnəyə gələn qadınlar haqqında görkəmli sənətşünas Mehdi Məmmədov belə yazırdı: "Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qəhrəmanlıq dastanıdır". Bu dastanın ilk səhifələrini Əzizə xanım və onun qızı Sona Hacıyeva yazdı. Bu aktrisaların sırasında Mərziyyə xanım Davudovanın Ardı »

Azərbaycan coğrafiyasıCəmaləddin Maqomayev

Maqomayev Cəmaləddin Müslüm — Azərbaycanın ictimai-siyasi xadimlərindən biri, Yerli sənaye naziri

Bakı Vilayət Komitəsinin katibi,

I Fəxri Xiyabanda dəfn olunmuşdur Ardı »

Azərbaycan coğrafiyasıİsmayıl Məmmədov (cərrah)

İsmayıl Məhəmməd oğlu Məmmədov — Azərbaycan sovet cərrahı, Azərbaycanda tibb təhsili və səhiyyəsində xidmətləri olan , Azərbaycan Respublikasının "əməkdar elm xadimi" (2000), Azərb. SSR Tibb institutunun ümumi cərrahiyə kafedrasının professoru Azərb, SSR səhiyyə nazirliyinin 4- cü xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri(1974), Tibb institutunun elmi işlər üzrə prorektoru (1975)
Həyatı

İsmayıl Məmmədov 1918-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olmuşdur. Professor İsmayıl Məmmədov ilk təhsilini doğulduğu Nehrəm kəndində aldıqdan sonra Naxçıvan Tibb Texnikomuna daxil olmuş 1938 ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.Qaraçuğ kənd sovetliyində Feldşer məntəqəsinin müdiri kimi əmək fəaliyyətinə başlamış İ.Məmmədov daha sonra Nehrəm kənd həkim məntəqəsinin müdiri eyni zamanda Naxçıvan rayon Səhiyyə şöbəsinin Ardı »

Azərbaycan coğrafiyasıƏlabbas İsgəndərov

Həyatı

25 iyul 1958-ci il Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, cavanlığında Kolanı obasında ad-san çıxarmış, əyilməzliyi ilə hamının hörmətini qazanmışdır. 18 yaşı tamam olduqda ordu sıralarına çağırılır, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olur. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu.
Döyüşlərdə iştirakı

1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirdən çıxa bilmirdi erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər. 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə o qəhrəmancasına həlak oldu.
Ailəsi

Evli idi, üç övladı yadigar qalıb.
Milli Qəhrəman

Azərbaycan Ardı »

Azərbaycan coğrafiyasıQəmər Almaszadə

Həyatı

Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür.

Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından "Qız Qalası" baletindən az sonra boşanma ilə sonuclanır. Sənət bağlılıqları isə illərlə davam edir. .
Sənəti

1930-cu ildə Qəmər Almaszadə Ardı »

Azərbaycan coğrafiyasıSidqi Ruhulla

Həyatı

Sidqi Ruhulla 1886-cı ildə Bakının Buzovna kəndində müəllim ailəsində anadan olmuş, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Əsl adı Ruhulla, soyadı Axundov olsa da, gəncliyində "Vətən" dramında Sidqi rolunu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhətilə Sidqi ləqəbini qəbul etmişdir.

Sidqinin mənəvi inkişafında atası Molla Fətullahın da təsiri olmuşdur. Qışda Bakıda, yayda isə Buzovnada müəllimlik edən Molla Fətullah özü də elmə, şer və sənətə çox həvəskar idi. Füzuli və Nəsimi kimi şairləri xüsusilə çox sevər və uzun qış gecələrində bu şairlərin əsərlərini oxuyub, oğluna izah edərdi. Sidqi uşaqlıq və gənclik illərini Buzovnada keçirmişdir. 1903-cü ildə 17 yaşında ikən atası onu Bakıda varlı bir Ardı »

Azərbaycan coğrafiyasıMixail Abramoviç

Mixail Abramoviç (pol. Michał Abramowicz) — Azərbaycan polyaklarından olan məşhur geoloq-neftçi, alim, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki.

İlk dəfə neft yataqlarında suyun paylanması üzrə Palmer sistemini tətbiq etmişdir. 1932-ci ildən ömrünün axırına qədər Azərbaycan Sənaye İnstitutunda Neft və Qaz yataqlarının axtarışı və kəşfiyyatı kafedrasında professor və kafedra müdiri işləmişdir. 1920-ci ildən 1930-cu ilə qədər “Azneft” Birliyinin Geologiya İdarəsinə rəhbərlik etmişdir. 1935-1937-ci illərdə SSRİ AZFAN-nın geologiya sektorunun rəhbəri olmuşdur. 1938-ci ildən İ.M. Qubkin adına neft-geologiya laboratoriyasına rəhbərlik etmişdir. Neft hasılatında təkrarı üsulların geoloji tətbiqi layihəsinin, Respublikada neft yataqlarında ehtiyatların hesablanmasının və yüksək ixtisaslı geoloq kadrların hazırlanmasında böyük rol oynamışdır. M.Abramoviç 100 çox elm Ardı »