Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan coğrafiyasıZülfü Hacıyev

Həyatı

Zülfü Hacıyev 21 mart 1935-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi medalla, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıtmış, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan Qırmızı Əmək Bayrağı Ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsinə irəli çəkilmişdir.

O, Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışmış, plenum üzvü, Ardı »

Azərbaycan coğrafiyasıTağı İsmayılov

Tağı İsmayılov (tam adı:Tağı Mahmud oğlu İsmayılov; d. 1887,Çomaxtur, Şərur rayonu, Rusiya İmperiyası - ö. 1958, Çomaxtur, Şərur rayonu,Naxçıvan MR, Azərbaycan SSR) — istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən.
Həyatı

Tağı Məşədi Mahmud oğlu İsmayılov 1887-ci ildə Naxçıvanın Şərur mahalının Çomaxtur kəndində anadan olmuşdur. Onun Xorasan Ali Ruhani məktəbində təhsil almış atası Məşədi Mahmud İsmayıl oğlu dövrün uzaqgörən və mütərəqqi şəxsiyyətlərindən olmuşdu. O,yalnız Naxçıvan elində deyil, Cənubi Azərbaycanın bəzi şəhərlərində (Xorasan, Təbriz, Xoy və Makuda) yaşayan dövrün mütərəqqi fikirli maarifçi ziyalıları ilə yaxından dostluq etmişdi. Məşədi Mahmud ali ruhani təhsilli olsa da, onun Avropasayağı dəbdə geyiminə işarə ilə tanıyanlar hörmət və ehtiram əlaməti olaraq Ardı »

Azərbaycan coğrafiyasıElnur Cəfərov - Həyatı

Həyatı

Elnur Cəfərov 1978-ci ildə doğulub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılıb.

2014-cü il yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqeləri atəşə tutublar.

Kapitan Elnur Cəfərov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən 2014-cü il yanvarın 23-də şəhid olub.

2014-cü il yanvarın 23-də şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Elnur Cəfərovun cənazəsi doğulduğu Naxçıvan Muxtar Respublikasına aparılıb. Mərhumun nəşi Naxçıvan hava limanında izdihamla qarşılanıb. Elnur Cəfərovun nəşi Naxçıvanda dövlət səviyyəsində qarşılanıb. Onu doğulduğu kənddə deyil, Şərur rayonunun mərkəzində olan Şəhidlər Ardı »

Azərbaycan coğrafiyasıƏliş Lənbəranski

Həyatı

Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Şuşa qəzasının Ləmbəran kəndində anadan olmuşdu.

M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyasını) bitirmişdir.

Bakıdakı bir çox mühüm tikinti obyektlərinin ucaldılmasında onun böyük əməyi olmuşdur.

«Bağırov körpüsü», «Dövlət sirki», «Respublika» sarayı, Qaqarin körpüsü, Məişət Kondisionerləri zavodu, Opera və Balet Teatrının bərpası, Yeni Bakı Neftayırma zavodu, Musiqili Komediya Teatrı və s. sənaye və mədəniyyət ocaqları onun rəhbərliyi ilə tikilmişdir.

Əliş Ləmbəranski bir çox orden və medallarla təltif edilmişdir.

SSRİ dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar mühəndisidir.

O, 1999-cu ildə Ba

kıda vəfat edib. Ardı »

Azərbaycan coğrafiyasıHidayət Rüstəmov

Həyatı

19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirən Hidayət daha sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1991-ci il Ağdam rayon Daxili İşlər Şöbəsinin post-patrul alayına daxil olur.
Döyüşlərdə iştirakı

Vətənimizin cəsur övladı qaynar döyüşlərə girərdi. Şərəfli döyüş yolu keçən Hidəyət bu yolda çox yürüyə bilmədi...23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət qəfil sərrast atəşlərlə erməni quldurlarının xeyli qüvvəsini məhv etdi. Murdar erməni faşistləri evə od vurdular. Qorxunun nə olduğunu bilməyən Azərbaycan Ardı »

Azərbaycan coğrafiyasıKamil Balakişiyev

Kamil Balakişiyev — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim, ölkəmizdə elmi anatomiyanın banisi, uzun illər qayğıkeş pedaqoq, bacarıqlı təşkilatçı kimi insan anatomiyası kafedrasının müdiri vəzifəsində çalışmış əməkdar elm xadimi, tibb elmləri doktoru, professor.
Həyatı

Kamil Əbdülsalam oğlu Balakişiyev 1906-cı il sentyabr ayının 20-də Bakının Novxanı kəndində anadan olmuşdur.

O, orta təhsilini ikinci dövlət kişi gimnaziyasında almış, 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. Hələ ikinci kurs tələbəsi ikən pedaqoji və elmi-tədqiqat işlərinə ciddi maraq göstərdiyinə görə insan anatomiyası kafedrasına qəbul olunmuşdur. Onun fitri istedadı kafedra rəhbərliyinin diqqətini cəlb etmiş və bir qədər sonra insan anatomiyası fənni üzrə sərbəst surətdə Ardı »

Azərbaycan coğrafiyasıFridrih Şleqel

Fridrih Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır.
Həyatı

Fridrih Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrih özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir.

Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrih orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa Ardı »

Azərbaycan coğrafiyasıBirinci Fəxri xiyabanda dəfn olunanların siyahısı

A

Abbasəliyev Sabit Qasım oğlu (1932-1982)
Abbasov Akim Əli oğlu (1911-1992)
Abbasov Qurban Abbasqulu oğlu (1926-1994)
Abdulla Şaiq (Talıbzadə Abdulla Mustafa oğlu) (1881-1959)
Abdullayev Həsən Məmmədbağır oğlu (1918-1993)
Abdullayev Mikayıl Hüseyn oğlu (1921-2002)
Abramoviç Mixail Vladimiroviç (1884-1965)
Adıgözəlov Vasif Zülfüqar oğlu (1935-2006)
Ağa Nemətulla (1896-1958)
Ağamalıoğlu Səməd ağa Həsən oğlu (1867-1930)
Ağayev Bəhram Cəfər oğlu (1884-1956)
Ağayev Böyük Məmməd oğlu (1907-1965)
Ağayev Ardı »