Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan coğrafiyasıCəlal Abdullayev

Fəaliyyəti

Cəlal Abdullayev Azərbaycan ədəbiyyatında çağdaş ədəbi-nəzəri fikrin, ədəbi tənqid və ədəbiyyatşünaslığın inkişafında əvəzsiz xidmətlər göstərib. Zəngin yaradıcılıq irsinə malik olan tədqiqatçının ədəbi-tənqidi axtarışları xalq ədəbiyyatının ilk qaynaqlarından tutmuş çağdaş ədəbiyyatın nəzəri problemlərinə qədər bir çox mühüm problemləri əhatə edib.

Onun tədqiqatlarında Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Seyid Hüseyn və başqa klassiklərin elmi-nəzəri və ədəbi-bədii irsi bu və ya digər şəkildə araşdırmaya cəlb olunub. Cəlal Abdullayevin elmi axtarışlarının əsas istiqaməti poeziya ilə bağlı olub. Tədqiqatçının poeziyaya həsr olunmuş məqalələrinin bir qismi "Lirika və zaman" (1982) adlı məqalələr toplusuna daxil Ardı »

Azərbaycan coğrafiyasıYusif Qasımov (şəhid)

Qasımov Yusif Telman oğlu - Qarabağ müharibəsi şəhidi.
Həyatı

Yusif Telman oğlu Qasımov 13 avqust 1963-cü ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 6 iyun 1990-cı ildə hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə vzvod komandiri olmuşdur.

Yusif Qasımov 19 iyul 1992-ci ildə Ağdərənin Aterk bölgəsində gedən döyüş zamanı ağır yaralı vəziyyətdə itkin düşmüşdür. Ardı »

Azərbaycan coğrafiyasıMəmməd Arif

Həyatı

Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir.

Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920-1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin “Şərq” fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930-1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır.

Məmməd Arif 1932-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, “Rus ədəbiyyatı” kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Ardı »