Azərbaycan coğrafiyası → Hüseyn sultan Kəngərlinski
Həyatı
M.T.Sidqinin oğlu Məmmədəli Sidqinin xatirələri öz məzmun və mündəricəsi etibarilə digərlərindən fərqlənir. Xatirələrdə M.T.Sidqinin pedoqoji və maarifçilik fəaliyyətindən, «Əxtər» məktəbini, «Məktəbitərbiyə»ni açmasından, bununla əlaqədar qarşıya çıxan çətinliklərdən bəhs edilir. M.Ə.Sidqi yazır ki, «o zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur. Atamın təbi oldu¬ğuna görə, xüsusən Şərq ədəbiyyatına yaxşı bələd olduğuna görə haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami kimi şairlərin şeirləri oxunur və təhlil olunarmış. Eyni zamanda atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetələr də alıb oxuyarmış. Məsələn, İrandan «Nasiri», Bağçasaraydan İsmayıl bəy Qaspirinskinin nəşr etdiyi «Tərcüman», İstanbulda çıxan «Əxtər» qəzetələrini alırmış. Bu qəzetələr çox vaxt atamın həmməsləkləri Ardı »