Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan coğrafiyasıMəhəmməd Cahan Pəhləvan

Həyatı

Səlcuqların İraq Sultanlığı əsasında XII əsrin ortalarında Azərbaycan Atabəylər dövləti yaranır. İl-Dənizin oğlu Nüsrət Əd-din Məhəmməd Cahan Pəhləvan 1175-ci ildə Azərbaycan Atabəylər dövlətinin İl-Dənizlər sülaləsindən ikinci hakimi olur. Onun zamanında bu dövlət daha da möhkəmlənərək tanınır, atabəylərin hökuməti sabitləşir.

Cahan Pəhləvan həmin sülalənin banisi Şəms Əd-Din İl-Dənizlə Mömünə xatunun (səlcuq sultanı II Toğrulun dul qadını) oğludur. O öz gəncliyini hərbi yürüş və döyüşlərdə keçirmiş və erkən yaşlarından hərbi işi, həmçinin dövlət idarəçiliyini və diplomatiya sənətini də yaxşı mənimsəmişdir. Hələ uşaq yaşlarından o, cəngavər gücünə malik olması ilə seçilirdi. Bu günə qədər də xalq arasında atasının Novruz bayramları şənliklərində keçirdiyi güləş yarışlarında onun Ardı »

Azərbaycan coğrafiyasıƏmir Bəhlul - Həyatı

Əmir Şeyx Bəhlul Dərbəndi — Şirvanşah şahzadəsi, Sultan Məhəmməd Dərbəndinin oğlu, I İbrahimin qardaşı, Şirvan ordusunun baş komandanı.
Həyatı

Bəhlulun doğum tarixi məlum deyil. Uşaqlığı atası və qardaşı ilə Şəkidə gizlənərək keçmişdir.Qardaşı I İbrahimin dövründə Şirvan ordusunun baş komandanı təyin olunmuşdur. Çalağan döyüşündə Şirvan ordularına başçılıq etmiş, məğlub olduqdan sonra 200 tümən can bahası tələb olunmuşdu. Bəhlulun ölüm tarixi məlum deyil. Oğlu Əmir Təhmuras daha sonralar onun kimi sərkərdə olmuşdur. Ardı »

Azərbaycan coğrafiyasıKarl Adolf Gellerup

Karl Adolf Gellerup (dan. Karl Adolph Gjellerup; 2 iyun, 1857 — 13 oktyabr, 1919), Danimarkalı şair və yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917). Bəzi əsərlərini "Epiqonos" təxəllüsü ilə çap etdirib.
Həyatı

Həmvətəni Henrik Pontoppidanla 1917-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatını bölüşən Karl Gellerup lüteran keşişi ailəsində doğulmuşdu. Üç yaşında atasını itirdiyindən ana qohumu, ruhani, teoloq və şair Yuhans Fibigerin evində böyümüş, onun nüfuz və təsirini öz üzərində hiss etmişdi. Yaradıcılığa məktəb illərində başlamışdı. 17 yaşında ikən antik ədəbiyyatın təsiri altında "Afrikalı Stsipion" və "Armini" dramlarını yazmışdı. Lakin sonralar bəlli səbəblərdən bu ilk qələm təcrübələrinin çapı haqqında düşünməmişdi.

Təhsilini Kopenhagen universitetinin ilahiyyat fakültəsində almışdı. Ardı »

Azərbaycan coğrafiyasıFariz Səfərov

Səfərov Fariz Məcid oğlu (d. 20 iyun, 1920 Ağdaş rayonu, Nehrəxəlil (bəzi mənbə: Ləki qəsəbəsi) – ö. 27 avqust 1964, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (19 mart 1944).
Həyatı

Fariz Səfərov 1920-ci il iyunun ayının 20-də Ağdaş rayonunun Nehrəxəlil kəndində (bəzi mənbə: Ləki qəsəbəsi) anadan olmuşdur. Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri Biləcəri qəsəbəsindəki 5 nömrəli rus dilli məktəbin hazırlıq kursunu bitirmişdir. Az bir müddət Kürdəmir rayonunda rus dili müəllimi işləmişdir. 1939-cu ildə Bakı ŞHK-dan hərbi xidmətə çağrılmış, Litvada, daha sonra Minsk şəhərində Hərbi Hava Qüvvələri hissəsində xidmət etmişdir.

On günlük məzuniyyətə gedən baş serjant Fariz Səfərov müharibə başladığından Ardı »

Azərbaycan coğrafiyasıMikayıl Abdullayev

Həyatı

Mikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda doğulmuşdur. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir.

Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin (5–9-cu çağırış) deputatı seçilmişdir. Lenin ordeni və Oktyabr İnqilabı ordeni ilə təltif edilmişdir.

2002-ci il avqustun 21-də 80 yaşında vəfat etmişdir.
Rəssamlıq fəaliyyəti

Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik ümumiləşdirilməsi xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Bu xüsusiyyətlər onun "Mingəçevir işıqları", "Xaçmaz Ardı »

Azərbaycan coğrafiyasıMəleykə Terequlova

Məleykə Terequlova — Üzeyir Hacıbəyovun həyat yoldaşı.

Üzeyir bəylə Məleykə xanım 1909-cu il dekabrın 20-də ailə həyatı qururlar. Amma cütlük övlad sahibi ola bilmir. Üzeyir Hacıbəyov həyat yoldaşı Məleykə xanıma konservatoriyaya daxil olmaqda da yardımçı olub. Məleykə xanım yoldaşına başqa qadınla evlənib övlad sahibi olmağı da təklif edib. Lakin təklif bəstəkar tərəfindən qəbul edilməyib. 6 il Bakıda kirayə yaşayan cütlük sonradan 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzilə köçürlər.

Məleykə xanım Terequlova milliyətcə tatar idi. Məleykə xanımın böyük bacısı Badigülcamal xanım Müslüm Maqomayevin arvadı idi. Azərbaycanın bu iki dahi şəxsiyyəti həm də bacanaq olublar. Məleykə xanım dahi bəstəkarımızın ölümündən sonra (1948) Ardı »

Azərbaycan coğrafiyasıSadıq Rəhimov

Həyatı

1914-cü il sentyabrın 27-də Bakının Balaxanı kəndində neftçi fəhlə ailəsində anadan olmuşdur. Atası Yarəli Balaxanıda neft mədənlərində əvvəllər fəhləlik etmiş, sonralar qazmaçı və qazma ustası olmuşdur.

Usta Hacıyarəli oğlunu savadlı və dövrünün ziyalı adamlarından olmasını istəyirdi. O, bu məqsədlə də oğlu Sadığı Balaxanıda yeni açılmış kənd 7 illik məktəbinə oxumağa qoyur. S.Rəhimov 1929-cu ildə Balaxanı kənd məktəbini bitirmiş və Bakı neft texnikumuna daxil olmuşdur. 1931-ci ildə texnikumu müvəffəqiyyətlə bitirən S.Rəhimov Bakı maşınqayırma zavodunda texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

S.Rəhimov 1932-1936-cı illərdə Azərbaycan Yüngül Sənaye komissarlığının 2 saylı Bakı ayaqqabı fabrikində əvvəl texnik, sonra isə mexaniki emalatxananın müdiri olmuşdur. Elmə, təhsilə, savadını artırmağa daima Ardı »

Azərbaycan coğrafiyasıTeymur Bünyadov (general-mayor)

Teymur Bünyadov (azərb. Teymur Nağdalı oğlu Bünyadov; d. 25 dekabr 1911 – ö. 9 aprel 1974) — Tanınmış hərbi xadim, general-mayor (1966)
Həyatı

Teymur Bünyadov 25 dekabr 1911-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Girətağ kəndində anadan olub

1941-ci ildə Qafan RHK-dan orduya çağırılmışdır. F.E.Dzerjinski adına Artileriya Akademiyası nəzdində artileriya birləşmələri üçün komissarlar hazırlayan birillik kursu bitirmiş, Stalinqrad və Cənub-qərb cəbhələri siyasi idarələrində baş təlimatçı olmuşdur.

1946-1952-ci illərdə "Buzovnaneft" tresi rəisinin müavini, Azərbaycan SSR yeyinti sənayesi nazirinin birinci müavini və başqa vəzifələrdə çalışmışdır.

1952-ci ildə yenidən hərbi xidmətə çağırılmış, diviziya siyasi idarəsinin rəisi təyin edilmiş, 1955-ci ilədək bu vəzifədə işləmişdir.

1955-1960-cı illərdə Azərbaycan SSR Daxili İşlər Nazirinin müavini, Ardı »