Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan coğrafiyasıQulu Xəlilov

Həyatı

Qulu Xəlilov 1930-cu ildə indiki Ermənistan SSR-nin Sisyan rayonunun Qızılcuq kəndində anadan olub.

1948-ci ildə ailəsi oradan məcburən Ağcabədi rayonun Poladlı kəndinə köçürülmüşdür.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirəndən sonra, aspiranturada oxumuşdur. Qulu Xəlilli ""Vaqif pyesi və tarixi dram janrı" mövzusunda namizədlik, sonralar isə "Azərbaycan romanının inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Bir müddət AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışan Qulu Xəlilli sonralar ADU-nun (indiki BDU) professoru kimi çalışmışdır.

Qulu Xəlilov 1995-ci ildə Bakıda vəfat edib. Onuu ikinci Fəxri Xiyabanda dəfn etmək qərara alınsa da vəsiyyətini və ailəsinin istəyini nəzərə alıb onu öz atasının yanında - Xəzər rayonunun Şağan qəsəbəsindəki qəbiristanlıqda dəfn Ardı »

Azərbaycan coğrafiyasıZahid Xəlilov

Həyatı

Zahid Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olmuşdur.

Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930-1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləmişdir.

1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universitetində məşhur riyaziyyatçı, professor S. Berqmanın rəhbərliyi altında "Kleb məsələsi və onun ümumiləşməsi" mövzusunda dissertasiya müdafiə edərək Qafqaz türkləri arasında ikinci (İbrahim İbrahimovdan sonra) fizika-riyaziyyat elmləri namizədi — alimlik dərəcəsi alan Ardı »

Azərbaycan coğrafiyasıİlya Safonov

Həyatı

İlya Safonov 1913-cü ildə Rusiyanın Krasnodar diyarı Kurqan rayonunun Novomixaylovskaya stansiyasında anadan olub. Milliyətcə rusdur. 1943-cü ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Kapitan, 320-ci atıcı diviziyanın 478-ci minomyot alayının komandiri İlya Safonov Dnepr çayının alınmasında fərqlənmişdir.

3 iyun 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin, A.Nevski ordenləri və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. Müharibə qurtardıqdan sonra Bakı şəhərində təyyarə meydanında dispetçer işləmişdir.

17 mart 1967-ci ildə vəfat etmişdir. Birinci Fəxri xiyabanda dəfn olunmuşdur. Ardı »

Azərbaycan coğrafiyasıSabit Abbasəliyev

Həyatı

Sabit Abbasəliyev 12 may 1932-ci ildə anadan olmuşdur. 1958-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə Bakı Şəhər Komsomol Komitəsinin ikinci katibi seçilmişdir. Özü üçün aktiv həyat tərzi seçən S.Abbasəliyev komsomol, partiya işçisi, daha sonra görkəmli dövlət xadimi kimi şərəfli həyat yolu keçmişdir.

1962-ci ildən 1964-cü ilə qədər S.Abbasəliyev Azərbaycan KP MK-də işləmiş, 1964-cü ildə isə Sov.İKP-nin XXII qurultayı adına Bakı Neftayırma Zavodunun partiya komitəsinin katibi seçilmiş, artıq 1965-ci ildə Azərbaycan KP MK-nin neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir.

1971-ci ildən Azərbaycan KP-nin Sumqayıt şəhər komitəsinin birinci katibi Ardı »

Azərbaycan coğrafiyasıYakov Aqarunov

Bioqrafiya

Bağban ailəsində anadan olub. 1915-1919-cu illərdə yəhudi məktəbində tədris alıb, eyni zamanda rus məktəbində oxuyub.

1920-ci illərdə komsomolçu olmuş, həvəskar dram klublarında iştirak etmişdir. 1924-1925-ci illərdə Üzeyir Hacıbəyovun Arşın mal alan pyesini cuhuri dilinə tərcümə etmişdir.

1925-1928-ci illərdə Moskva və Bakıda fəhlə institutlarında təhsil almış, Bakı Pedaqoji institutunun tarix fakültəsini və Sov.İKP(b) Mərkəzi Komitəsinin Ali Partiya məktəbini bitirmişdir.

1932-ci ildən - Azərbaycan KP (b) Mərkəzi Komitəsinin aparatında olmuş, 1934-1938 illərdə edir. - Dağ-yəhudi ləri dilində çap olunan Kommunist qəzetinin redaktoru, eyni zamanda - Azərbaycan Dövlət Nəşriyyatının direktor müavini idi (Dağ-yəhudilərinin dilindəki kitabların nəşrinə nəzarət edirdi).

1937-ci ildən — Azərbaycan KP (b) Mərkəzi Komitəsi üzvlüyünə Ardı »

Azərbaycan coğrafiyasıDilarə Əliyeva (ədəbiyyatşünas)

Həyatı

Dilarə Əliyeva 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub. Tbilisidəki Azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilmişdir. Burada "Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası" mövzusunda namizədlik dissertasiyasını işləmiş, 1954-cü ildə müdafiə etmişdir.

Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük Ardı »

Azərbaycan coğrafiyasıRəşid Behbudov - Həyatı

Həyatı

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır.

1943-cü Ardı »

Azərbaycan coğrafiyasıMusa Əliyev

Həyatı

Əliyev Musa Mirzə oğlu 11 aprel 1908-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.

Orta məktəbi əla qiymətlərlə bitirərək 1926-cı ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1931-ci ildə "Geoloji-kəşfiyyat" fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, aspiranturaya qəbul olunmuş, daha sonra assistent vəzifəsinə təyin edilmiş və 28 yaşında namizədlik dissertasiyasını müdafiə etmişdir.

Musa Əliyev Azərbaycanda mezozoy fauna­sının sistemli öyrənilməsinin əsasını qoymuşdur. 1936-1938-ci illərdə Zaqafqaziya Geologiya Trestinin Azərbaycan bürosunun rəisi, Azərbaycan Geologiya İdarəsinin baş mühəndisi, Azərbaycan Sənaye İnstitutunda fakültə dekanı, 1939-1941-ci illərdə rektor vəzifəsində çalışmışdır. 1941-1942-ci illərdə Moskva Neft İnstitutunun "Paleontologiya və tarixi geologiya" kafedrasının dosenti, SSRİ Xalq Neft Sənayesi Komissarlığının tədris müəssisələri Baş idarəsinin rəisi vəzifəsində işləmiş, Ardı »