Fəlsəfə → Modernizm
XX əsrin ictimai-siyasi, iqtisadi, mədəni, elmi-texniki sahələrində baş verən köklü keyfiyyət dəyişiklikləri incəsənətə böyük təsir göstərmişdir. Qarmaqarışıqlıq ideyası, yəni varlığın irrasional, dərkedilməz, absurd olması anlayışı və insanın dünya ilə əlaqəsinin pozulması Modernizmin əsas ideyalarındandır. Bütün mədəniyyət xadimlərinin yaradıcılığı keçmişdə qaldı, varlığı tam əhatə edən əsərlər artıq yoxdur. Bədii əsərlərin mövzusu, modernistlərə görə, elmi tədqiqatın və fəlsəfi əsərlərin mövzusu kimi dar, natamam, tək, təsadüfi, xarici, empirik məlumatlar ilə məhdudlaşır. İncəsənətin və fəlsəfənin xarakterlərinin oxşarlığını qeyd edərkən, onların eyni zamanda bir-birindən kəskin fərqləndiklərini də nəzərə almaq lazımdır. Modernistlər göstərirlər ki, əgər incəsənət əsəri hətta dar, na-tamam, məhdud sahədə gerçəkliyi əks etdirərkən öz simasını Ardı »